Ermənistan ordusunun banilərindən biri, Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi əməliyyatların aktiv iştirakçısı general-polkovnik Qurgen Dalibaltayan ölüb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, 89 yaşlı general 2007-ci ildən Ermənistanın müdafiə nazirinin baş məsləhətçisi idi.
SSRİ-nin müxtəlif yerlərində, o cümlədən Ermənistan və Gürcüstanda müxtəlif hərbi vəzifələrdə işləyən Dalibaltayan 1967-1969-cu illərdə Gəncədə 23-cü motoatıcılıq diviziyasının komandir müavini olub. Dalibaltayan 1992-ci ildə Şuşanın alınması ilə nəticələnən “Dağlarda toy” əməliyyatının planını hazırlayanlardan biridir.
Erməni general 1993-2007-cü illərdə Ermənistanın baş hərbi müfəttişi və prezidentin məsləhətçisi olub.