AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surətini əldə edib.
AMEA-dan Trend-ə verilən məlumata görə, səkkiz min beytdən artıq həcmdə olan bu əsər türkcə ilk “İsgəndərnamə”dir.
Qeyd edək ki, Əhmədi Osmanlı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir. Şair bu əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib.