BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Terrorçular intensiv hücumlara başladılar

11:47 / 30-07-2015   /   baxış - 160

Türkiyədə kürdlərin kompakt yaşadığı Hakkari vilayətində PKK terrorçuları intensiv hücumlara başlayıblar.Anspress-in məlumatına görə, Berçelan məhəlləsində keçirilən iznsiz aksiyaya müdaxilə etmək istəyən polislər etrirazçıların hücumuna məruz qalıblar.Etirazçılar polislərə aid TOMA avtomobilinə küstar üsulla hazırlanmış partlayıcı maddə atıblar. Partlayış zamanı insan tələfatı və yaralanan olmayıb.Bundan sonra aksiyaçılar polislərin yaşadıqları xidməti polis evlərinə dalbadal 3 bomba atıblar. Aksiyanı təzyiqli su ilə dağıtmağa çalışan polis əməkdaşları havaya da atəş açıblar.Daha sonra bir qrup maskalı aksiyaçı məhkəmə binası, MİT (Milli İstihbarat Təşkilatı) binasının qarşısındakı zirehli avtomobillərə səs bombası, fişəng və Molotov kokteyli ilə hücum ediblər. Bundan sonra PKK tərəfdarları köhnə bir maşını yandıraraq yolu bağlayıblar. Polis isə öz növbəsində aksiyaçılara qaz bombası və təzyiqli su ilə cavab verib.Diyarbəkirdə isə terrorçuların yaratdığı gərginlik ölümlə nəticələnib. Diyarbəkir vilayətinin Çinar rayonunda reyd keçirən polis avtomobili terrorçuların silahlı hücumuna məruz qalıb. Hücum nəticəsində bir polis ilə yoldan keçən bir mülki vətəndaş ölüb. Daha 2 mülki şəxs isə yaralanaraq xəstəxanaya çatdırılıb. Hücumu törədən terrorçu isə qaçaraq aradan çıxmağa müvəffəq olub.Analoji hücum Şırnak vilayətinin Beytüşşebap rayonunda da baş verib. Məlumata görə, rayonun Ayvalık kəndində reyd keçirən jandarm qüvvələri silahlı hücuma məruz qalıb. Yerli vaxtla saat 23.00-da (Bakı vaxtıyla 01.00) baş vermiş hücum zamanı jandarm çavuşu yaralanıb. Atəş açan terrorçular isə avtomobillə aradan çıxıblar. Yaralı çavuş helikopterlə Şırnak hərbi hosbitalına çatdırılıb.Şırnakın Cizre rayonunda isə polisə silahla hücum edən terrorçu məhv edilib. Rayon ərazisindəki polis idarəsinin qarşısından keçən avtomobildən binaya atəş açılıb. Terrorçu məhv edilərək zərərsizləşdirilib. Avtomobildə olan daha 3 terrorçu isə hadisə yerindən piyada qaçıb.



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018