BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Trump: "Şimali Koreya ilə böyük münaqişə mümkündür"

11:50 / 28-04-2017   /   baxış - 51

Donald Trump Çin prezidenti Xi Jinping-in Şimali Koreya ilə bağlı addımlarını tərifləyib və onu öz ölkəsini sevən "çox yaxşı adam" adlandırıb.

ABŞ prezidenti Reuters xəbər agentliyinə açıqlamasında bildirib ki, o, böhranı diplomatik yolla həll etmək istəyir, amma bu, "çətindir" və "böyük, iri münaqişə" mümkündür.

O, həmçinin deyib ki, Kim Jong-un üçün belə gənc yaşda Şimali Koreyanı öhdəliyə götürmək "çox ağır" olub.

"Onun 27 yaşı var. Atası ölüb, rejimi öhdəliyinə götürüb. Yəni istədiyinizi deyə bilərsiniz, amma bu asan deyil, xüsusən o yaşda", o qeyd edib.

Lakin bu zaman cənab Trump onu da əlavə edib ki, Kim Jong-un-un "rasional olmasına ümid edir".

BMT Təhlükəsizlik Şurası cümə günü Şimali Koreyanı müzakirə etmək üçün görüşür.

Çin ABŞ-a Şimali Koreya gələcəkdə nüvə sınaqları ilə məşğul olarsa, ona qarşı sanksiya tətbiq edəcəyini deyib, ABŞ Dövlət Katibi Rex Tillerson bildirib.

Cənab Trump prezident seçildikdən bir müddət sonra Çini "Şimali Koreyanı kifayət qədər cilovlaya bilməməkdə" ittiham edib və ABŞ-ın birtərəfli addımlar ata biləcəyini deyib.

Bu ayın əvvəlində Cənab Xi ilə görüşən cənab Trump Reuters agentliyinə geniş müsahibəsində deyib ki, Çin prezidenti "əlbəttə, sarsıntı və ölüm görmək istəmir".

"O, çox yaxşı insandır və mən onu çox yaxşı tanıdım", Donald Trump deyib.

Şimali Koreya (16 April 2017)Fotonun müəllifiEPA

Müsahibə zamanı ABŞ prezidenti qeyd edib ki, Şimali Koreya ilə böyük, iri münaqişə mümkündür.

Şimali Koreya son aylarda dəfələrlə raket sınaqları həyata keçirib və altıncı nüvə sınağını aparmaqla təhdid edir.

Cümə axşamı cənab Tillerson Fox News-a məlumat verib ki, Çin Şimali Koreyanı daha çox sınaq keçirməkdən çəkinməyə çağırıb.

Çin fevral ayında Şimali Koreyadan kömür idxalını qadağan edib. Əgər Pxenyan davranışlarını dəyişməsə, Çinin neft ixracının məhdudlaşdırılmasını nəzərdən keçirəcəyi də bildirilir.

Bundan əvvəl, yarımadada gərginliyin artması fonunda Rusiya prezidenti Vladimir Putin Şimali Koreya danışıqlarını bərpa etməyə çağırış edib.

Yaponiyanın baş naziri Shinzo Abe ilə Moskvadakı danışıqları zamanı o, tərəfləri "hərbi ritorikadan istifadə etməkdən çəkinməyə" çağırıb. 



Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər
16:57 / 09-08-2017
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirir
13:28 / 06-06-2017
UNICEF: Mosulda 100 min uşaq təhlükəli vəziyyətdədir
13:21 / 06-06-2017
ABŞ keçirdiyi mükafatlandırma mərasimində şok : Türk zabit ABŞ-ın verdiyi medalı rədd etdi
20:59 / 12-05-2017
Türkiyə təhlükəsizlik qüvvələri İran və İraq vətəndaşı olan PKK terrorçularını məhv etdi
20:57 / 12-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya keçiriləcək
19:32 / 04-05-2017
Azərbaycanlılardan xəbərdarlıq- Qan töküləcək
22:26 / 24-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya keçiriləcək
21:08 / 14-04-2017
"BAKI-TƏBRİZ-ANKARA KONFEDERATİV DÖVLƏTİ QURULMALIDIR!!!" - Yasəmən Qaraqoyunlu
22:59 / 01-04-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyinin yeni konsepsiyasını açıqladı
21:18 / 29-03-2017
Faiq Ələkbərli: Artıq “dış türklər”, “iç türklər” deyil yalnız Türklər vardır!
21:12 / 29-03-2017
İranın dəstəklədiyi milis dəstələrinin VƏHŞİLİYİ - VİDEO
11:25 / 29-03-2017
Almaniyada İrana casusluqda günahlandırılan Pakistan vətəndaşı həbsə məhkum edilib
11:16 / 29-03-2017
Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb
15:55 / 07-03-2017
Xocalı soyqırımı Rus Mədəniyyət və Tədris Mərkəzində yad edilib
01:07 / 20-02-2017
Malayziya polisi Kim Çen Inın qardaşının ölüm faktını təsdiqləyib
11:46 / 15-02-2017