BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Faiq Ələkbərli: Artıq “dış türklər”, “iç türklər” deyil yalnız Türklər vardır!

21:12 / 29-03-2017   /   baxış - 210

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 26 mart tarixində Türkiyənin Konya şəhərində “Ahde vefa Turan Birliyi Dərnəyi”nin düzənlədiyi  “Alparslan Türkeş və Ülküçü Dünyagörüşü” mövzulu panelə qatılmışdır. Konyada “Alparslan Türkeş və Ülküçü dünyagörüşünün Azərbaycan və Qafqazlardakı təsiri” mövzusunda çıxış edən Azərbaycan Türk aydını məruzəsində bildirib ki, A.Türkeş türklük davasına başlarkən buna heç nədən deyil, tam əksinə Əli bəy Hüseynzadələrdən, Məhəmməd Əmin Rəsulzadələrdən, Ziya Göyalplardan, Atatürklərdən örnək almışdır. F.Ələkbərlinin sözlərinə görə, Türkeşin Sovetlər Birliyi dövründə, öncəlliklə 1960-1980-ci illərdə Türkiyədə Türk Birliyi istiqamətində gördüyü işlər danılmazdır. Belə ki, onun ülkücülük və Türk birliyi məfkurəsinə əsaslanan düçüncələri “iç Türklər” və “dış Türklər” ideyalarını gündəmə gətirməklə, yanaşı bu gün artıq vahid Türk gerçəkliyini ortaya qoymuşdur. Azərbaycan Türk aydını dedi ki, bu gün isə artıq“dış türklər”, “iç türklər” deyil yalnız Türklər vardır. F.Ələkbərli onu da dedi ki, A,Türkeşlə də bağlı tez-tez gündəmə gətirilən bu gün ilk dəfə Bozqurd işarətinin kimin yapması deyil, Bozqurd ruhlu olması məsələsi önə çəkilməlidir. Yəni hər bir Türk onsuz da, bozqurd kimi dünyaya gəlir. F.Ələkbərli çıxışının sonunda da Türklük məsələsinə vurğu yaparaq, Türklərin titrəyib yenidən özünə dönəcəyinə və yeni Oğuz xaqanlar, Alpər Tonqalar, Atillalar, Atatürklər, Rəsulzadələr, Türkeşlər yetişdirəcəyinə inamını ifadə etdi.

F.Ələkbərlinin konfransadakı çıxışına da aşağıdakı linkdən baxa bilərsniz. 

https://www.youtube.com/watch?v=mp-DGHFibHI

yknews.az



Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər
16:57 / 09-08-2017
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirir
13:28 / 06-06-2017
UNICEF: Mosulda 100 min uşaq təhlükəli vəziyyətdədir
13:21 / 06-06-2017
ABŞ keçirdiyi mükafatlandırma mərasimində şok : Türk zabit ABŞ-ın verdiyi medalı rədd etdi
20:59 / 12-05-2017
Türkiyə təhlükəsizlik qüvvələri İran və İraq vətəndaşı olan PKK terrorçularını məhv etdi
20:57 / 12-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya keçiriləcək
19:32 / 04-05-2017
Trump: "Şimali Koreya ilə böyük münaqişə mümkündür"
11:50 / 28-04-2017
Azərbaycanlılardan xəbərdarlıq- Qan töküləcək
22:26 / 24-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya keçiriləcək
21:08 / 14-04-2017
"BAKI-TƏBRİZ-ANKARA KONFEDERATİV DÖVLƏTİ QURULMALIDIR!!!" - Yasəmən Qaraqoyunlu
22:59 / 01-04-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyinin yeni konsepsiyasını açıqladı
21:18 / 29-03-2017
İranın dəstəklədiyi milis dəstələrinin VƏHŞİLİYİ - VİDEO
11:25 / 29-03-2017
Almaniyada İrana casusluqda günahlandırılan Pakistan vətəndaşı həbsə məhkum edilib
11:16 / 29-03-2017
Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb
15:55 / 07-03-2017
Xocalı soyqırımı Rus Mədəniyyət və Tədris Mərkəzində yad edilib
01:07 / 20-02-2017
Malayziya polisi Kim Çen Inın qardaşının ölüm faktını təsdiqləyib
11:46 / 15-02-2017