BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İraq yezidiləri:"Biz artıq Bərzaniyə etibar etmirik, biz artıq taleyimizi kürdlərin əlinə verməyəcəyik" - Təhlil

15:56 / 23-08-2017   /   baxış - 51

Qaret Braun

“Middle East Eye”

 

İraq yezidilərinin hekayəti Ruanda soyqırımı və Bavariyadakı qaz kameraları barədə xatirələri yeniləyir. Ezidilərə qarşı soyqırımı demək olar ki, BMT-nin hər bir məclisində və ABŞ Dövlət Departamentində yekdilliklə qəbul olunur, lakin beynəlxalq diqqətinə baxmayaraq, onların vəziyyəti ağırlaşıb və bu etnik-dini azlığın gələcəyi qeyri-müəyyəndir.

Əvvəllər İŞİD tərəfindən qul halına salınan bu xalqın nümayəndəsi Nadiya Murad hazırda Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir və onun danışdıqları beynəlxalq aləmdə tanınmış hüquq müdafiəçisi Amal Kluninin də diqqətini cəlb edib.

Ancaq soyqırımı davam edir. Minlərlə qadın hələ də Suriyada və İraqdakı İŞİD “adaları”nda kölə durumundadır. İraqın hökumət qüvvələri Təlafar əməliyyatına başlayandan yüzlərlə ezidinin qəddar mühasirədə olduğu barədə məlumatlar yayılır.

Sincar və başqa yerlərdə yaşayan ezidilər İŞİD əsarətində deyil. Amma onların gələcəyi müəmmalıdır. Bu azlıq müstəqilliyə can atan kürd millətçiləri və İraqın coğrafi bütövlüyünə israr edən Bağdad hökuməti arasında seçim qarşısında qalıb.

Şimali İraqdakı Kürdüstan Regional Rəhbərliyi (KRR) son illərdə özünü bölgədəki azlıqların təbii qoruyucusu kimi təqdim edərək dövlətçilik üçün hazırlıq layihələrini həyata keçirir.

Səddam dövrü hələ də çoxları, xüsusən də KRR hökuməti və Mustafa Bərzaninin Kürdüstan Demokrat Partiyasında son dərəcə acı və silinməz xatirədir.

Bununla yanaşı, ezidilərlə KRR hökuməti arasında təbii bir səmimiyyət yoxdur.

Şimali İraqın hakim Kürd Demokratik Partiyasının (KDP) təşkil etdiyi davamlı mübahisələr nəticəsində normal həyat qeyri-mümkün olub.

Sincarda – ezidilərin vətənində, İŞİD əsarətindən qurtulmadan təxminən 18 ay sonra cəsədlər hələ də dağıntıların altında çürüyür. Yenidənqurma işləri əsla getmir. Bununla yanaşı, onların vəziyyəti siyasi futbolu xatırladır: KRR Bağdad hökumətini məğlub və müstəqilliyini elan etmək üçün ezidilərdən sui-istifadə edir.

KRR-in baş naziri Neçirvan Bərzani avqustun 3-də, soyqırımın üçüncü ildönümünü qeyd etmək üçün təşkil edilən mərasimdə bildirib ki, 2014-cü ilin yayında ezidilər və Ninəvanın digər sakinlərinin qətlində İraq ordusu günahkardır.

O haqlıdır: İraq ordusunun bir çox bölmələri ölkənin şimalındakı bölgələri, Şimali İraqın ikinci böyük şəhəri olan Mosulu “cihadçı”lara təslim edərək qaçıblar.

Ancaq Bərzaninin Sincarın ələ keçirilməsi barədə dediyi – tarixin səhv bir şəkildə yenidən yazılmasıdır. Ezidilərin böyük bir hissəsinin soyqırımına məruz qaldığı Sincarda kürd peşmərgələrinin bir neçə bölməsi vardı və onları müdafiə etmək əvəzinə, kürd bölmələri əksər əraziləri başlı-başına buraxıb.

Peşmərgə 2014-cü ildə Sincarın müdafiəsi üçün bircə atəş açmayıb, nəticədə minlərlə ezidiyə qaçmaq imkanı belə verilməyib. Bu əmrin kimdən gəldiyi aydın deyil, ancaq KDP hökumətini xəcalətli vəziyyətdə qoyur.

Bir KDP mənbəyi “Middle East Eye”a deyib ki, "məhz 2014-cü ildə Sincarada baş verənlərə görə utanc partiyanın soyqırımın beynəlxalq səviyyədə tanınması işini çətinləşdirir".

Bu məsuliyyətsizlik və qərarın arxasında nə olduğunu səmimi şəkildə etiraf etməkdən uzaqlaşma cəhdləri ezidilərin Kürdüstanın müstəqilliyinə səs verəcəyi ümidlərini boşa çıxarır. Metyu Barberin qeyd etdiyi kimi, həmin epizod "Sincar ezidilərinin KDP-yə etibarını sarsıdıb".

Gənc ezidilər getdikcə daha çox İraq daxilində yarımuxtar bölgə, KRR-dən ayrı, hətta Bağdadla sıx əlaqəyə dair planları təşviq edirlər.

İraqın ezidiləri beynəlxalq səviyyədə qorunan muxtar bir bölgənin yaradılması kimi irəliləyiş göstərirlər. Ərbildəki gənc ezidi Heydər Ezedi deyir ki, "biz artıq Bərzaniyə etibar etmirik, biz artıq taleyimizi kürdlərin əlinə verməyəcəyik".

Əlbəttə, azlıqların hüquqları Bağdadda nisbətən yaxşıdır. Amma İraqın federal qanununda ezidilərə qarşı ayrı-seçkilik var. Misal üçün; ezidilərin məhkəmə hakimi olmaq haqqı yoxdur…

 

Tərcümə: Strateq.az



“Orta Doğuda mövcud hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa keçiriləcək
23:46 / 20-09-2017
İraq Türkmən Cəbhəsinin lideri: “Bərzani Kərkükü kürd bölgəsinə daxil etmək istəyir, torpaqlarımızı müdafiə edəcəyik
22:43 / 19-09-2017
Çinin əbədi başağrısı:zamanında imperiya qurmuş uyğurların azadlıq mücadiləsi - Araşdırma
17:49 / 23-08-2017
Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər
16:57 / 09-08-2017
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirir
13:28 / 06-06-2017
UNICEF: Mosulda 100 min uşaq təhlükəli vəziyyətdədir
13:21 / 06-06-2017
ABŞ keçirdiyi mükafatlandırma mərasimində şok : Türk zabit ABŞ-ın verdiyi medalı rədd etdi
20:59 / 12-05-2017
Türkiyə təhlükəsizlik qüvvələri İran və İraq vətəndaşı olan PKK terrorçularını məhv etdi
20:57 / 12-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya keçiriləcək
19:32 / 04-05-2017
Trump: "Şimali Koreya ilə böyük münaqişə mümkündür"
11:50 / 28-04-2017
Azərbaycanlılardan xəbərdarlıq- Qan töküləcək
22:26 / 24-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya keçiriləcək
21:08 / 14-04-2017
"BAKI-TƏBRİZ-ANKARA KONFEDERATİV DÖVLƏTİ QURULMALIDIR!!!" - Yasəmən Qaraqoyunlu
22:59 / 01-04-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyinin yeni konsepsiyasını açıqladı
21:18 / 29-03-2017
Faiq Ələkbərli: Artıq “dış türklər”, “iç türklər” deyil yalnız Türklər vardır!
21:12 / 29-03-2017
İranın dəstəklədiyi milis dəstələrinin VƏHŞİLİYİ - VİDEO
11:25 / 29-03-2017