BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BÖYÜK MÜHARİBƏ RİSKİ DURMADAN ARTIR – Amerika çətin seçim qarşısındadır

19:22 / 23-04-2015   /   baxış - 382

Rusiyanın Ukraynadakı hərəkətlərinə qarşı Vaşinqtonun əl atdığı cavab tədbirləri Rusiya-Amerika müharibəsinə gətirib çıxara bilərmi? Belə mürəkkəb məsələ barəsində “The National İnterest” jurnalında Qrem Ellison və Dmitriy Saymas “Rusiya və ABŞ: toqquşmaya doğru” başlıqlı məqalə dərc ediblər. Məqalənin əsas məğzi dünyanın iki böyük nüvə dövləti arasında baş verə biləcək hərbi toqquşma riskinin durmadan artmasını önə çəkməkdən ibarətdir. Bu toqquşma məkanı isə Ukrayna olacaq.

Məqalədə qeyd olunur ki, Kanada Ukraynanın qərbinə 200 hərbçi göndərməyə hazırlaşır. Həmin hərbçilər Ukrayna ordusuna bir il müddətinə təlim keçmək üçün göndərilmiş 800 amerikan və 75 britaniyalıya qoşulacaqlar.
Çox maraqlıdır, amerikalılar bu ordunu kiminlə mübarizəyə hazırlayırlar? Axı, Putin bəyan edib ki, Donbasdakı ruspərəst yaraqlı müqavimət qüvvələri məğlub olmayacaqlar. Bu barədə Putin konkret olaraq, deyib: ”Biz buna imkan verməyəcəyik.”

Amerika prezidenti Barak Obama Putini aşağılamağa cəhd göstərməkdən həzz alır və o, təhlükə baxımından Rusiyanı İŞİD və Ebola virusu ilə bir sıraya yerləşdirir. Həmin təhlükə ilə üzləşləşməyə hazırlıqmı gedir?

Məqələ müəllifləri Putini Rusiyada heç də ən radikal lider hesab etmirlər. Hazırda elita səviyyəsində Rusiya isteblişmenti iki düşərgəyə bölünüb. Bunlar Putinin müdafiə etdiyi və indi hakimiyyətdə olan praqmatik qüvvələr, digərləri isə kompromisə getməyin əleyhinə olan, sərt siyasət tərəfdarlarıdır. Putin ikinciləri “isti başlar” adlandırır.

Həmin bu “isti başların” fikrinə görə, ABŞ-ın müdaxiləsinə və istənilən qəsdinə qarşı, Yuri Andropovun doktrinasına müvafiq olaraq, cavab verilməlıdir. Bu doktrinaya əsasən, düşmənə meydan oxumaqla yanaşı, Avropanı qorxutmaq, həm də NATO-nu parçalmaq üçün nüvə silahı ilə əzələ nümayiş etdirilməlidir. Rusiya ictimayyəti “isti başlara” qarşı daha çox rəğbət bəsləyir. Əslində Moskva son dövrlər sərt doktrinaya uyğun davranır. Rusiyanın bombardmançı təyyarələri dəfələrlə NATO-nun hava sahəsinə soxulub. Putin bəyan edib ki, Krımdakı nüvə güclərini döyüş hazırlığı vəziyyətinə gətirə bilər. Rusiya səfiri Kopenhagenə xəbərdarlıqla bildirir ki, əgər onlar NATO–nun raket əleyhinə müdafiə sistemlərinə qoşulacaqlarsa, bu Danimarkaya nüvə zərbəsi ilə nəticələnəcək. Gələcək hərbi oyunlarda Rusiya “İskander” raketlərini Polşanın şimal sərhəddindəki Baltik anklavı olan Kalininqrada keçirməyi planlaşdırır.

Hazırkı vəziyyətdə xarici işlər naziri Sergey Lavrovun başçılığı altındakı praqmatiklər “isti başlar” üzərində üstünlük əldə edirlər. Praqmatiklərin fikrinə görə Rusiya əvvələki kimi ABŞ və Avropa ilə işgüzar münasibətlər saxlaya bilər. Digər qrupun nümayəndələri isə əks mövqedə dayanaraq, iddia edirlər ki, NATO Putini devirməkdə qərarlıdır və onların əsas məqsədi Rusiyanı diz üstə çökdürərək, ölkəni dağıtmaqdır.

putinnn

Ukrayna məsələsində Putinin iki əsas xətti var: O, Ukraynanın NATO-ya daxil olmasına və Donbasdakı üsyankarların məğlub edilməsinə imkan verməyəcək. Rusiyadakı sərt xətt yürtmək istəyənlərin tərəfdarları əmindirlər ki, hadisələr Ukraynada müharibəyə gətirib çıxaracaq və Rusiya soyuq müharibə dövründəki “gərginliyin artırılması” strategiyasına baş vuracaq. Karib böhranı zamanı bu üstünlük ABŞ prezidenti Con Kennedinin əlində idi. Çünki Kuba ətrafındakı hava, dəniz və quru sahəsindəki hərbi və eləcədə nüvə üstünlüyü ABŞ-ın tərəfində olub.

Ukraynadakı vəziyyət isə tamamilə fərqlidir. Beləki, Rusiya ordusunun Ukrayna ilə avto magistral, dəmir yolu, dəniz və hava sahəsi ilə əlaqə qurmaq imkanları ABŞ ilə müqayisədə böyük üstünlüyə malikdir. Çünki ABŞ-ın başqa qitədən Rusiya sərhədlərinə gəlişi heç də asan deyil. Ona görə də sərt mövqe tərəfdarları Ukraynada baş verəcək müharibədə Rusiyanın daha yaxşı mövqedə olacağını güman edirlər. Onların fikrinə görə, bu müharibə zamanı Amerika seçim qarşısında qalacaq. ABŞ, ya Ukraynadakı məglubiyyətlə barışmalı və yaxud da taktiki nüvə silahından istifadəyə əl atmalıdır.

Bundan sonra Rusiyanın hansı yolu tutacağı haqqında məqələ müəllifləri yazırlar: ”İlk olaraq Putin iyul ayında Avropa tərəfindən tətbiq olunan sanksiyaların vaxtının bitəcəyindən istifadə etmək niyyətindədir. Əgər Putin bu məsələdə heç nəyə nail ola bilməyəcəksə və Avropa Birliyi Amerika ilə birlikdə sanksiyaların sərtləşdirilməsini davam etdirərlərsə və ya Rusiyanı beynəlxalq ödəmə sistemi SWİFT-dən kənarlaşdırarlarsa, onda Putin Qərb ölkələri ilə bütün əməkdaşlıq əlaqələrini kəsərək, ”Ana Vətən Rusiya”nı yeni qiyamət zərbəsindən qorumaq məqsədil ilə xalqı səfərbər etməyə başlayacaq. Yüksək vəzifəli Rusiya siyasətçilərindən biri deyir ki, biz təkbaşına Napoleon və Hitlerə qarşı dayana bilmişik.”

Hələlik isə fevral ayında Minskdə imzalanmış atəşkəs müqaviləsi öz gücünü itirməyib. Ukrayna ordusu və ruspərəst silahlılar ağır texnikanı nəzərdə tutulan demarkasiya xəttindən geri çəkmələrinə baxmayaraq, bölgədəki döyüşlər və qurbanlar yenə də davam edir. Ümumiyyətlə isə Ukrayna böhranı həll olunmayıb və hələlik bu məsələ açıq qalıb. Görəsən, ABŞ Ukrayna ordusunu məşq etdirdikdən sonra, ruspərəst müqavimət gücləri tərəfindən zəbt edilmiş əraziləri geri qaytarmaq üçün hücum edilməsinə yaşıl işıq yandırmayacaqmı? Bəs, belə olan halda Rusiya bu müharibəyə müdaxilə etməyəcəkmi? Əgər Ukrayna ordusu qaçmağa üz tutarsa, amerikalılar əl-qollarını sallayıb, onların himayəsindəki ukraynalıların yeni torpaqlar itirməsini sakitcə seyr edəcəklərmi?

Vaqif NƏSİBOV



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018