BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İranda yeniyetməlik dövründə qətl törətmiş daha 2 nəfər edam edilib

11:44 / 19-01-2017   /   baxış - 74

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, gənc müttəhimlər, 20 yaşlı Arman Bəhr Asmani və 23 yaşlı Şəmsullah adlı digər müttəhim yanvarın 16-sı sübh saatlarında İranın Kirman şəhərinin zindanında dara çəkilib. Edam edilənlərdən biri (Arman Bəhr Asmani) 2013-cü ildə xalası oğlunu qətlə yetirdikdən sonra tutulub və həmin vaxtdan həbsdə saxlanılıb. Bildirilir ki, qətl törədərkən onun yalnız 16 yaşı olub.

 

Bildirilir ki, hüquq müdafiəçiləri və hər iki müttəhimin vəkilləri onların bağışlanması üçün nə qədər çalışsalar da, qətlə yetirilən şəxslərin ailə üzvləri müttəhimləri əfv etməkdən imtina edərək onların qisas olunmasına israr edib. Nəticədə, vasitəçilik missiyaları nəticəsiz qaldıqdan sonra müttəhimlər barədə çıxarılan hökm icra edilib.

 

Qeyd edək ki, İrandakı islam cəza qanunlarına əsasən, törətdiyi cinayətə görə oğlanlar 15 yaşından, qızlar isə 9 yaşından cəzalandırıla bilər. Halbuki beynəlxalq konvensiyalara əsasən, yaşı 18-ə çatmayan şəxslərin edamına qadağa qoyulmalıdır.

 

Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti, öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

 

BAO.AZ



Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirir
13:28 / 06-06-2017
UNICEF: Mosulda 100 min uşaq təhlükəli vəziyyətdədir
13:21 / 06-06-2017
ABŞ keçirdiyi mükafatlandırma mərasimində şok : Türk zabit ABŞ-ın verdiyi medalı rədd etdi
20:59 / 12-05-2017
Türkiyə təhlükəsizlik qüvvələri İran və İraq vətəndaşı olan PKK terrorçularını məhv etdi
20:57 / 12-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya keçiriləcək
19:32 / 04-05-2017
Trump: "Şimali Koreya ilə böyük münaqişə mümkündür"
11:50 / 28-04-2017
Azərbaycanlılardan xəbərdarlıq- Qan töküləcək
22:26 / 24-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya keçiriləcək
21:08 / 14-04-2017
"BAKI-TƏBRİZ-ANKARA KONFEDERATİV DÖVLƏTİ QURULMALIDIR!!!" - Yasəmən Qaraqoyunlu
22:59 / 01-04-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyinin yeni konsepsiyasını açıqladı
21:18 / 29-03-2017
Faiq Ələkbərli: Artıq “dış türklər”, “iç türklər” deyil yalnız Türklər vardır!
21:12 / 29-03-2017
İranın dəstəklədiyi milis dəstələrinin VƏHŞİLİYİ - VİDEO
11:25 / 29-03-2017
Almaniyada İrana casusluqda günahlandırılan Pakistan vətəndaşı həbsə məhkum edilib
11:16 / 29-03-2017
Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb
15:55 / 07-03-2017
Xocalı soyqırımı Rus Mədəniyyət və Tədris Mərkəzində yad edilib
01:07 / 20-02-2017
Malayziya polisi Kim Çen Inın qardaşının ölüm faktını təsdiqləyib
11:46 / 15-02-2017