El arasında belə bir məsəl var, “utanmasan oynamağa nə var ki?”və ya,“ oğru elə bağırdı ki, ki,doğrunun bağrı yarıldı”. Bütün bu çəkilən məsəlləri özündə təcəssüm etdirən bir nadan qonşumuz var. Həmin o, nadan qonşumuz böyük ərazimizi zəbt edib, soydaşlarımıza qarşı məkirli siyasətini yürütməkdədir. Yəqin ki, ilk cümlədə anladınız ki, haqqında danışacağımız İslam pərdəsinə bürünmüş İran adlı dövlət olacaq. O, İran ki, harda fitnə və fəsad varsa ( Şərq aləmində,yəni müsəlman ölkələrində) orada onun quyruğu görsənir. Yaxın vaxtlarda baş vermiş hadisələri hamımız xatırlayırıq. Xristian Rusiyası ilə birləşib müsəlman insanlarını həm də, dinc əhalinin başına ilk bomba yağdıran İran aviasiyası olmuşdur. Suriyada körpə yavruları öz komalarından didərgin salan zalım Əsəd rejiminə bütün gücü ilə İran dəstək oldu. Bununla belə bu dövlətin rəsmiləri danışanda rejimlərini dünya müsəlmanlarını lideri kimi qələmə veirirlər, Halbuki İran dünya müsəlmanlarını parçalamaqla məşğuldur. Bütün bu oyunlar ona görə həyata keçə bilir ki, bu rejimi idarə edən əmmaməli iblislərdir. Bu iblis rejim Səduiyyə, Misir, Türkiyə, İraq, Azərbaycan olmaqla bir çox dövlətlərin daxili işinə qarışmaq istəyini daimi biruzə verir. İsrailin baş nazirinin Azərbaycana səfər etməsi İran mollalarını yaman narahat edibmiş. Hələbdə insanları yurdlarından-yuvalarından didərgin salan molla rejiminin təmsilçiləri utanmadan yenə “müsəlman qatili” sözü işlətdilər. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın dövlət quruluşunun dünyəvi olması anlayışı Ana Yasamızda tam aydın ifadə olunub. Azərbaycan müstəqil dövlət olaraq özünü İran kimi dini dövlət elan etməyibdir, bunu psixoloji cəhətdən normal olan insanlar rahat dərk etməlidir. İranın gerizəkalı mollaları isə bunu dərk etməyə çətinlik çəkirlər. İran mollalarının ürəyindən keçir ki, Azərbaycan xarici siyasətini sırf iranın arzu və istəkləri üzərində qursun. İranın yalançı müsəlman təəsübkeşliyinin ardınca Həsən Ruhanin Ermənistana yüksək səviyyədə təşkil olunmuş səfərini izlədikdə görürsən ki, İran Anti-İslam respublikası adlansa daha doğru olar. Həsən Ruhani Ermənistana səfər edərək Xocalıda körpə yavruların qatili olan Serj Sərkisyanla qardaşcasına qucaqlaşıb dostluqlarının əbədi olacağını dedi. Maraqlıdır, Azərbaycanın bütün siyasi addımlarını anbaan izləyən Xamneyi komandası nədən öz ölkəsinin prezidentinin Ermənistan səfərini görmür və ya görməməzliyə vurur? Qarabağda baş verən fəlakətlərə susaraq onun qatillərinə bütün gücü ilə dəstək verib İslam birliyindən danışmaq yalnız İran kimi riyakar olmaq deməkdir. Mən düşünürəm ki, yaxın çevərmizdə baş verən bütün qarışıq olaylarda iranın barmağı var, çünki bu ölkənin rəsmiləri Tanrı ilə deyil şeytanla vəhdət təşkil edirlər. Bu ölkənin siyasi zeyniyyəti fitnə yaratmaqla qidalanır. Çox qısaca iptiadi araşdırma aparsaq görərik ki, İran Ermənistan üçün hazırda reanimasiyada olan xəstəyə olan kimi okisgen balonu rolunu oynayir, yəni, İran düşmən ölkəni zəifləməyə qoymur. 2015- ci il üçün İranla Ermənistanın illik ticarət dövriyyəsi 276 milyon dollar təşkil edir. İndi isə İranla Ermənistan arasında Körfəzlə Qara dənizi bir-birinə bağlayan dəmir yolunun tikintisi nəzərdə tutulub. Bu layihənin ümumi dəyəri isə nə az nə çox 3.5 milyard dollar təşkil edir. İranın Ermənistanın real sektoruna qoyduğu sərmayənin miqdarı isə 2015-ci ilin dekabrında cəmi 6,2 milyon dollar civarında olub.
Məqsədim sizə iqtisadi məlumat vermək deyil sadəcə bütün bunlara diqqət etsək görərik ki, İran ermənistanla əməkdaşlıq çərçivəsində münasibət qurmayıb, bu münasibət qardaşlıq səviyyəsindədir. Bütün bu dəstəklər Azərbaycan torpağlarını işğalda saxlamaq üçün Ermənistana güc verir. Bu gün iqtisadi cəhətdən İran İrəvana Rusiyadan daha çox yardımçı olur. Nə qədər ki, molla rejimi mövcudluğunu qoruyub saxlayacaq bu qardaşlıq davam edəcək. Rejimin laxlatması üçün Murtuza Muradpur kimi vətən oğullarına ehtiyacımız var. Aclığın 62- ci günündə olsada Xamneyinin pərdələrə bürünmüş din oynuna aldanmayan qardaşımız rejimin zülmü qarşısında dəhəştli siyasi iradə ortaya qoyaraq onlara boyun əmir. Tehran rejiminin ürəyinə xənçəri Murtuza kimi qəhrəmanlarımız sancacaq. İranı düşmənimizə dəstək verməkdən yalnız Güney Azərbaycan Türkü çəkindirə bilər.
Əziz həmvətənlərim, əgər Qarabağın tez azad olmasını, ölkəmizin demokratikləşməsini istəyirsinizsə Güney Azərbaycanın milli davasına dəstək olun!
Bizim suyumuzu başdan bulandırırlar, onun üçün isə onların başını əzmək üçün birliyə doğru getməliyik
Zəka Sahib