BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Almaniyada İrana casusluqda günahlandırılan Pakistan vətəndaşı həbsə məhkum edilib

11:16 / 29-03-2017   /   baxış - 51

Almaniyada İrana casusluq günahlandırılan və “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadına işləyən 31 yaşlı Pakistan vətəndaşı Heydər Seyid Mustafa Berlin məhkəməsi tərəfindən 4 il 3 ay həbsə məhkum edilib.

 

Berlin məhkəməsinin bildirdiyinə görə, 2012-ci ildə mühəndislik üzrə təhsil almaq üçün Almaniyanın Bremen Universitetinə qəbul edilən və 2016-cı ilin iyul ayında həmin şəhərdə həbs edilən Heydər Seyid Mustafa, İrana və “Sepah”a casusluqda günahlandırılıb. Bildirilir ki, müttəhim, İrandan aldığı 2 min avro qarşılığında, Almaniya-İsrail Assosiasiyasının keçmiş rəisi Reinhold Robbe, eləcə də bir israilli-fransız iqtisadiyyatçı alimin haqqında məlumatlar toplayaraq “Sepah”ın “Qüds” qanadına ötürüb.

 

Alman prokurorlarının bildirdiyinə görə, Heydər Seyid Mustafa, Bremen Universitetində təhsil aldığı müddətdə İranın bir sıra xəfiyyə qurumları ilə əlaqədə olub və onlar üçün məlumatlar toplayıb. Məhkəmə prosesində özünü müdafiə etməyən müttəhim, həm də üzünü jurnalistlərdən gizlədərək, fotoqrafların onun şəkllərini çəkməsinə mane olub.

 

BAO.AZ



Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər
16:57 / 09-08-2017
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirir
13:28 / 06-06-2017
UNICEF: Mosulda 100 min uşaq təhlükəli vəziyyətdədir
13:21 / 06-06-2017
ABŞ keçirdiyi mükafatlandırma mərasimində şok : Türk zabit ABŞ-ın verdiyi medalı rədd etdi
20:59 / 12-05-2017
Türkiyə təhlükəsizlik qüvvələri İran və İraq vətəndaşı olan PKK terrorçularını məhv etdi
20:57 / 12-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya keçiriləcək
19:32 / 04-05-2017
Trump: "Şimali Koreya ilə böyük münaqişə mümkündür"
11:50 / 28-04-2017
Azərbaycanlılardan xəbərdarlıq- Qan töküləcək
22:26 / 24-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya keçiriləcək
21:08 / 14-04-2017
"BAKI-TƏBRİZ-ANKARA KONFEDERATİV DÖVLƏTİ QURULMALIDIR!!!" - Yasəmən Qaraqoyunlu
22:59 / 01-04-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyinin yeni konsepsiyasını açıqladı
21:18 / 29-03-2017
Faiq Ələkbərli: Artıq “dış türklər”, “iç türklər” deyil yalnız Türklər vardır!
21:12 / 29-03-2017
İranın dəstəklədiyi milis dəstələrinin VƏHŞİLİYİ - VİDEO
11:25 / 29-03-2017
Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb
15:55 / 07-03-2017
Xocalı soyqırımı Rus Mədəniyyət və Tədris Mərkəzində yad edilib
01:07 / 20-02-2017
Malayziya polisi Kim Çen Inın qardaşının ölüm faktını təsdiqləyib
11:46 / 15-02-2017