BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Fəridə Buyuran: "Amerikalıların Azərbaycan kulinariyasına marağı artır" [Müsahibə]

15:58 / 14-07-2016   /   baxış - 1815

ABŞ-da İngilis dilində çap edilən Azərbaycan kulinariyasına dair ilk kitabın müəllifi Fəridə Buyuran Azərbaycan mətbəxinin Birləşmiş Ştatlarda tanıtdırmağa davam edir. “Nar və Zəfəran” kitabı ilə ABŞ auditoriyasına təqdim olunan xanım Buyuran bu yaxınlarda ilk dəfə Azərbaycan kulinariyasını dərs şəklində tədris edib. Amerikanın Səsinə müsahibəsində Fəridə Buyuran bildirib ki, dərs Los Anceles yaxınlığındakı Santa Monika şəhərində baş tutub. “Dərsin təşkilatçısı dostum 196Flavors.com saytının təsisçisi Maykl Benayi idi. O, hər ay hansısa mətbəx haqqında danışır və may ayını da Azərbaycan mətbəxinə həsr etmişdi. Məndən ekspert kimi ona kömək etməyi xahiş etdi və dəsri 28 Maya həsr etdik”.

 

Santa Monikanın “Stage and Table” məkanında keçirilən dərsə gələnlərin böyük əksəriyyəti amerikalı olub. Fəridə xanım deyir ki, onlar Azərbaycan mətbəxi barədə ilk dəfə eşidirdilər və ilk dəfə Azərbaycan yeməkləri bişirməyə gəlmişdilər: “Dəsrin müddəti 3 saat olduğuna görə bu vaxt üçün menyunu seçdik. Soyuq yemək kimi dolma, amma yalançı dolma hazırladıq. İkinci, ana yemək isə toyuqla döşəməli plov idi. İkincidə ət olduğuna görə, ilk yeməyimizi ətsiz etdik və sonda paxlava bişirdik. Gələnlər bu üç yeməyin həm hazırlanmasını, həm də dadını çox bəyəndilər”.

 

Maraqlıdır ki, Fəridə Buyuran birinci sınaq dərsindən sonra bu sahəyə, Azərbaycan kulinariyasının tədrisinə marağını daha da artırıb və indi o, bu işi davam etdirməyi planlaşdırır. O, artıq daimi yemək dərsləri açdığını və bu həftədən etibarən tədrisə başlayacağını bildirir. Fəridə xanım ilk dərslərin öz evində baş tutacağını, sonra isə yaxınlıqdakı kulinariya məktəbləri ilə əlaqə saxlayıb,dərsləri orada keçməyi düşündüyünü bildirir.

 

“Dərslər kiçik qruplar üçün olacaq. Ən çox 10 nəfər dərsdə iştirak edə biləcək ki, hər kəs yeməyi bişirə bilsin. Çünki hər hansı mətbəxlə tanış olmayan hər kəs o yeməyi bişirəndə onu sevə, dadını hiss edə bilər. Ona görə, sinifləri balaca tutmaq və hər kəsin yemək bişirmək prosesində iştirak etməsini təmin etmək istədim. Dərsin sonunda isə hamı birlikdə yeməyi yeyəcək” – deyə Fəridə Buyuran bildirir.

 

“Nar və Zəfəran” kitabının müəllifi dərslərdə tələbələrin əsasən yemək bişirməyi sevən və müxtəlif kilinariyalara maraqlı insanlar olduğunu bildirir.

Fəridə xanım kulinariyanın tədrisi ilə yanaşı, həm də onun mediada təbliği ilə məşğuldur. Bu yaxınlarda o, yerli ictimai radioda Azərbaycan mətbəxi barədə ətraflı məlumat verib. “KCR adlı bir radio proqram var – bu NPR-ın (ABŞ-ın İctimai Radiosu-red.) bir hissəsidir, Kaliforniyadan yayımlanır. Mən onlara məktub yazaraq kitabımı tanıtmağa çalışmışdım, ancaq uzun müddət onlardan xəbər çıxmadı. Bir gün yazdılar ki, kitabınızı gördük, çox bəyəndik və mütləq sizdən müsahibə almaq istəyirik. Keçən həftə studiyalarına getdim və aparıcı Evan Kleymanla görüşərək müsahibə verdim. Aparıcı da Azərbaycan kulinariyasına olduqca böyük maraq göstərdi” – deyə müəllif bundan başqa digər bir proqrama qatıldığını da əlavə edir.

İlk bloqçuluğa başladığı günlərdən tanıdığı Cen Kampus ilk podkastında Fəridə xanımın kitabı barədə danışıb. “Son zamanlar amerikalıların kitaba, Azərbaycan kulinariyasına marağı daha da artıb. Bunu mən media ilə əlaqələndirərdim. Çünki kitabım haqqında bir neçə qəzetdə, xüsusilə “Long Beach” qəzetində böyük bir məqalə yazılmışdı. Daha sonra haqqında danışdığım radio müsahibələr oldu. Bunların hamısının əlbəttə ki, öz rolu var” – deyə Fəridə Buyuran bildirir.

 

Ən böyük xəyalının Amerika televiziyasında bir proqram təsis etmək olduğunu bildirən müəllif bu yaxınlarda Kaliforniya ştatının Vernon şəhərində “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının təqdimatını və imza sessiyasını da keçirib. ABŞ-da qida delikateslərinin ən böyük distribüteri “Melissa’s Produce”un eksperimental mətbəx laboratoriyasında keçirilən tədbirə 30-dək kulinariya icmalçısı, bloger və jurnalistlər dəvət edilib.

Audio:

http://av.voanews.com/clips/VAZ/2016/07/07/dfd83db5-48ed-4d4d-a8aa-8539e69837d6.mp3

İstinad: Amerikaninsesi.org



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018