BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səudiyyə Ərəbistanı Yəmən sərhədinə qoşun yeritdi - Səudiyyə Ərəbistanı İranla müharibə astanasında...

20:27 / 25-03-2015   /   baxış - 275

 

Səudiyyə Ərəbistanı  Xarici İşlər naziri Faysalın  "Yəməndəki münaqişə  dinc həll olmasa, lazım olanı edəcəyik" açıqlamasının ardından Yəmən sərhədinə ağır silah, tank və digər hərbi avadanlıqları toplamağa başlayıb.
 
Avropa.info  Reuters-ə istinadən xəbər verir ki,  İran dəstəkli şiə husilərin Yəmənin cənubunda hakimiyyəti zorla ələ keçirməsindən və 2 gün öncə, buna qarşı etiraz aksiyası keçirən xalqa qarşı silah tətbiq etməsindən sonra, ölkənin qanuni prezidenti Hadi proseslərin belə davam edəcəyi təqdirdə, hava hücumları həyata keçirəcəklərin i açıqlayıb.
 
Səudiyyə Ərəbistanının  Müdafiə naziri Məhəmməd bin Salman bin Abdulaziz isə, dünən ölkənin Yəmən sərhədində yerləşən hərbi gücü və təchizatlarını şəxsən  yoxlayıb.
 
Səudiyyə Ərəbistanı Xarici İşlər naziri  Faysal  isə Yəməndəki böhranın dinc yollarla həll edilməməsi halında region ölkələrinin təcavüzə qarşı lazımi addımları atacağını deyib.
 
"Yəməndəki münaqişənin siyasi və sülh yolu ilə həll edilməsini ümid edirəm, amma bu baş verməsə region ölkələri təcavüzə qarşı lazımi addımları atacaqdır.  Yəmənin  dövlət başçısı Mənsur Hadiyə dəstək verəcəyik. Bunu yalnız bir tərəfi müdafiə etmək üçün deyil, Yəmənin  sabitliyini təmin etmək üçün edəcəyik."
 
Qeyd edək  ki,  İran, Yəməndə şiə husilərinə  maddi və  hərbi dəstək verəcəyini açıqlayıb. Səudiyyə Ərəbistanının isə məhz bu səbəbdən manaqişəyə müdaxilə edəcəyi gözlənilir. Qərb ölkələri və BMT isə Mənsur Hadini qanuni prezident kimi tanısa da, husiləri terrorçu təşkilat elan etməyib. Müşahidəçilər bunu son zamanlar ABŞ-la İran arasındakı münasibətlərdəki istiləşmə ilə əlaqələndirirlər. Xatırladaq ki, iki gün öncə, ABŞ  "Hizbullah"ı da terror siyahısından çıxardığını bəyan edib.


İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018