BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Zəka Sahib: “Bu qərarlar biz türklərə düşünmək üçün işarədir”

23:08 / 09-06-2016   /   baxış - 1060

Bütöv Azərbaycan Ocaqlarının (BAO) sədr müavini Zəka Sahib Teleqraf.az-a verdiyi müsahibəsində İyunun 2-də Almaniya parlamentində (Bundestaq) 1915-ci il olaylarının “soyqırımı” kimi tanınmasına dair qətnamə layihəsini qəbul etməsinə münasibət bildirib. O, Azərbaycan hakimiyyətinin ölkədə keçirilən aksiyalara qarşı aqressiv münasibət göstərdiyini qeyd edib:  

"Bu tipli qərarla qarşı hazırki dövrdə etiraz aksiyası keçirməyin heç bir müsbət nəticəsi olmur və eyni zaman nəzərə alsaq ki hakimiyyət ölkədə istənilən formada keçirilən aksiyalara qarşı aqressiv cavab verir, aksiyanın qarşısı alınır. Biz bunu Azərbaycanın Güneyində hüquqları pozulan soydaşlarımızla bağlı keçirdiyimiz aksiyalarda görmüşük. Almaniyanın həqiqətən uzaq olan "Erməni soyqırımını" tanıması bir daha sübut edirki Avropa birliyi və dünyanın əsas güc dövlətləri Türkiyəyə qarşı hər zaman ədalətsiz mövqedə durublar. Əgər onlar həqiqətəndə haqları pozulanın yanında olsaydılar o zaman Ermənistanın hazırki prezident Serj Sərkisyan və onun cinayətkar komandası beynəlxalq tribunal tərəfindən öz cəzasını almalı idi, çünki bu adam çoxda uzaq olmayan tarixdə 1992-ci ilin fevralında Xocalıda bəşər tarixinin ən faciəvi soyqımını törədilər. Ermənilərin iddia etdiyi yalanlar üzərində qurulmuş “Erməni soyqırımı”nın heç bir sübutu olmadıgı halda Xocalı soyqrımının danılmaz tarixi vaktları var, mərhum jurnalist Çingiz Mustafayev və bir neçə əcnəbi jurnalist bunu dünya ictimaiyyətinl çatdırdı. “Erməni soyqrımı” 1918-1920 ci illərdə Antantanın əsas mövzularında biri olduğu bir vaxtda müttəfiq dövlətlər Türkiyə ərazisinə komissiya göndərib bunu araşdırdılar. O zaman gələn nümayəndələr Türkiyə ərazisində gördüklərini teleqramla öz ölkələrinə çatdırıblar ki, bu ərazidə soyqrima məruz qalan türklər özləri olub. Almaniyanın bu mövqei Türkiyənin bölgədəki gücünü artırması və əsasən də Türkiyə dövlətinin PKK- ya qarşı başlatdığı haqli hərbi əməliyyatlarla bağlıdır. Əslində bu qərarlar biz türklərə düşünmək üçün işarədir, Avropa birliyi görünür bu məsələlər xristian dini faktorundan və öz mənafeləri baxımından yanaşır. Bütün bunlar Türkiyəni zəiflətmək və beynəlxalq aləmdə nüfuzdan salmaq üçündür, amma zəfər Türkiyənin olacaq və onun iqtidarı və milli müxalifəti bütün bu maneləri aşacaq, Türkiyənin yanındayıq."

teleqraf.az



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018