Xalqların demokrat partiyası yox xalqlara həqarət partiyası
Dəmirtaşdan haqlı bir mövqe gözləmirik, adam daimi Türkiyə böyük millət məclisində oturduğu halda Türkiyənin çətin günündə gedib Rusiyanın himayəsinə sığındı. Dəmirtaşa səslənirəm ki, sənin Qarabağla bağlı bir kəlmə danışmağa haqqın çatmır, çünki sən yaşadığın ölkənin ərazi bütövlüyünü Rusiyaya satan adamsan, bütün amalın terror və iğtişaş olduğu halda Azərbaycanın ayrılmaz hissəsində qanunsuz silahlı dəstəyə tərəfdar çıxaraq sülhdən danışmağın yersizdir. Çünki sülh qaydalarını pozan sənin arxalandığın PKK dır, sən öncə yaşadığın ölkədə günahsız insan ölümündə əli olan terror başçılarından ayrıl, sonra digər dövlət haqda fikir söylə.
Bu gün Sarkisyan erməni xalqına böyük təhlükə və bəla olduğu kimi PKK da kürd xalqına bəladır. Dəmirtaş Qarabağda gedən savaşla bağlı Türkiyə dövlətini suçlamaq kimi əsassız ittihamları onun nə qədər haqsızlığın yanında olduğunu ortaya qoyur, adam sən sənin olmayan torpaq üçün nə qədər qanlar tökən PKK-nı müdafiə etdiyin halda, Türkiyə Azərbaycanın tarixi və haqqı olan Qarabağ üçün yanımızda olması nə zamandan qınaq ola bilər
Zəka Sahib
BAO başqanının ictimai əlaqələr üzrə müavini