BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İraq Türkmən Cəbhəsinin lideri: “Bərzani Kərkükü kürd bölgəsinə daxil etmək istəyir, torpaqlarımızı müdafiə edəcəyik

22:43 / 19-09-2017   /   baxış - 149

İraq Türkmən Cəbhəsinin lideri: “Bərzani Kərkükü kürd bölgəsinə daxil etmək istəyir, torpaqlarımızı müdafiə edəcəyik

“Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani Kərkükü neftinə görə kürd bölgəsinə daxil etmək istəyir. Onların sentyabrın 25-nə təyin etdiyi müstəqilliklə bağlı referendum təkcə İraq türkmənlərinin torpaqlarını ələ keçirmək deyil, ümumən türk varlığına qarşı planın bir hissəsidir. Çünki Kərkükün Qarabağdan, Şimali Kiprdən (Qıbrıs) bir fərqi yoxdur. Bu məsələlərə eyni çərçivədən yanaşmaq lazımdır. Türkmənin İraqda təhlükəsizliyi türk dünyasının təhlükəsizliyi deməkdir”.

Bu sözləri APA-ya açıqlamasında İraq Türkmən Cəbhəsinin sədri, İraq parlamentinin deputatı Ərşad Salehi bildirib.

 

Ə. Salehi deyib ki, İraq parlamentinin qərarına əsasən M. Bərzaninin sentyabrın 25-nə təyin etdiyi referendumun hüquqi əsası yoxdur: “Mərkəzi hökumət, İraqdakı siyasi partiyalar, qonşu ölkələr bu referendumun yanlış bir qərar olduğunu bəyan edib. İraqdakı Birləşmiş Millətlər Təşkilatı (BMT) təmsilçisi də referendum qərarını qınayıb. Türkiyə və İran, o cümlədən ərəb dövlətləri referendum qərarını yanlış sayır, bunun bölgədə xaosa yol aça biləcəyini bəyan edirlər. Sentyabrın 18-də Türkiyə İraqla sərhəddəki Habur sərhəd-keçid məntəqəsi yaxınlığında hərbi təlimə başlayıb. Eyni zamanda Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 27-nə nəzərdə tutulan toplantısının tarixi dəyişdirilib, toplantı sentyabrın 22-də keçiriləcək. Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısının tarixini dəyişdirilməsi Məsud Bərzaninin referendum qərarı ilə bağlıdır. Bununla Türkiyə həm İraq hökumətinə dəstək, həm də bölgə ölkələrinə mesaj verir. Şimali İraq kürd muxtariyyəti yanlış addım atdığını bilməlidir. Türkiyənin Habur sərhəd-keçid məntəqəsini bağlaması, neft nəqlini dayandırması, o cümlədən İranın sərhədi bağlaması Şimali İraq kürd muxtariyyətinə ciddi təsir edər, bu, onlara böyük mesaj, siqnal olar. Onu da deyim ki, biz İraq Konstitusiya Məhkəməsinə referendum qərarı ilə bağlı şikayət etmişdik. Az öncə İraq Konstitusiya Məhkəməsi də referendumun qanuni olmadığını açıqladı. Biz arzulayırıq ki, qardaş Azərbaycan hökuməti və parlamenti Şimali İraq kürd muxtariyyətinin referendum qərarını pisləyən bir bəyanat qəbul etsin, Kərkük və digər türkmən bölgələrinin gələcəyinin referendumla bağlılığının qəbul edilmədiyini vurğulasın”.

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) üzdə referenduma qarşı çıxsa da, əslində referendum qərarının arxasında olması barədə fikirlərə gəlinсə, İraq Türkmən Cəbhəsinin sədri ABŞ və digər böyük dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların tək kürdlərin deyil, İraqdakı bütün xalqların zamini qismində çıxış etməsinin vacib olduğunu vurğulayıb: “Sentyabrın 17-də biz ABŞ-ın səfiri ilə də görüşdük. Səfirə dedik ki, sizin bizim, məzlumun yanında olması lazımdır. ABŞ-dan da bunu gözləyirik”.

 

Ə. Salehinin sözlərinə görə, M. Bərzani bu yanlışdan dönməsə, İraqtürkmənlərinin qarşısında fərqli seçimlər var: “Biz türkmənlərin yüz ildir ki, bu bölgələrdə, torpaqlarda nə qədər tərk edilsək, yalnız qalsaq da, bir iradəmiz, bir əzmimiz var. Köhnə rejimlər, Səddam Hüseyn bizə qalib gələ bilməyib, bundan sonrakılar da bizə qalib gələ bilməyəcəklər. Biz türkmənlər imkan daxilində torpaqlarımızı müdafiə edən insanlarıq, yenə də torpaqlarımızı müdafiə edəcəyik. Bəli, bu gün İraqda müxtəlif silahlı qüvvələr müxtəlif haqların, maraqların ifadəçisi kimi ortadadır. Biz bu məsələdə əvvəllər geciksək də, indi türkmən gəncinin də əlində silah var. Biz istəmərik ki, türkmənlər silahlarından kürdlərə qarşı istifadə etsinlər. İstərdik ki, silahlarımızdan İŞİD-ə, terrorizmə qarşı mübarizə üçün istifadə edək. Türkmənlərin özünü müdafiə etməyə qabiliyyəti var”.

 

Ə. Salehi hesab edir ki, M. Bərzaninin yanlış qərarı nəticəsində kürdlərin əldə etdikləri haqlar da itiriləcək: “Bu referendum heç kimin, o cümlədən kürdlərin də xeyrinə deyil. Bu yanlış addımla kürdlər əldə etdikləri haqq və hüquqları da itirəcəklər”.

 

GünAz TV.



Salehi: “Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsini, ölkəmizə qarşı müharibə elan edilməsi kimi qəbul edəcəyik”
00:52 / 14-10-2017
Amerika Antiterror Mərkəzinin rəhbəri: "İran və “Hizbullah” Azərbaycanda teraktlar hazırlayırdı"
22:48 / 28-09-2017
BAO üzvünün Kərkük ilə bağlı Ərşad Salehiyə müraciəti - VİDEO
22:11 / 26-09-2017
“Orta Doğuda mövcud hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa keçiriləcək
23:46 / 20-09-2017
Çinin əbədi başağrısı:zamanında imperiya qurmuş uyğurların azadlıq mücadiləsi - Araşdırma
17:49 / 23-08-2017
İraq yezidiləri:"Biz artıq Bərzaniyə etibar etmirik, biz artıq taleyimizi kürdlərin əlinə verməyəcəyik" - Təhlil
15:56 / 23-08-2017
Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər
16:57 / 09-08-2017
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirir
13:28 / 06-06-2017
UNICEF: Mosulda 100 min uşaq təhlükəli vəziyyətdədir
13:21 / 06-06-2017
ABŞ keçirdiyi mükafatlandırma mərasimində şok : Türk zabit ABŞ-ın verdiyi medalı rədd etdi
20:59 / 12-05-2017
Türkiyə təhlükəsizlik qüvvələri İran və İraq vətəndaşı olan PKK terrorçularını məhv etdi
20:57 / 12-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya keçiriləcək
19:32 / 04-05-2017
Trump: "Şimali Koreya ilə böyük münaqişə mümkündür"
11:50 / 28-04-2017
Azərbaycanlılardan xəbərdarlıq- Qan töküləcək
22:26 / 24-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya keçiriləcək
21:08 / 14-04-2017
"BAKI-TƏBRİZ-ANKARA KONFEDERATİV DÖVLƏTİ QURULMALIDIR!!!" - Yasəmən Qaraqoyunlu
22:59 / 01-04-2017