BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Turan Sivilizasiyası: mifdən gerçəkliyə doğru – II yazı

23:09 / 12-01-2016   /   baxış - 958

Türk-Turan mədəniyyətinin yenidən doğuşu Türklərin öz kimliklərini Şərq-İslam və Qərb-Xristian mədəniyyətləri arasında yox olması təhlükəsindən irəli gəlmişdir. Başqa sözlə, Türk-Turan mədəniyyətinin yenidən doğuşuna səbəb müsəlman ölkələrinin tənəzzülü, ya da Qərb ölkələrinin inkişafından çox milli kimliklərinin, milli mədəniyyətlərinin yox olma, aradan qaldırılma təhlükəsi olmuşdur. Yəni Türk-Turan mədəniyyətinin yenidən doğuşunu nə “Fransız milliyətçiliyi”, nə də “İslam mədəniyyətinə” qarşı olan bir mədəniyyət kimi bağlamaq doğru deyildir.

Türk-Turan mədəniyyətinin yenidən dirilişində özünün təhlükə qarşısında olması həlledici rol oynamışdır. Bunun meydana çıxmasında isə Türk-Turan xalqlarının ancaq “İslam mədəniyyəti”, müsəlman kimliyi içində tamamilə əriməsi təhlükəsiylə yanaşı, eyni zamanda Hind-Avropa mədəniyyətinin təsiri də az olmamışdır. Bu anlamda ilk dövrlərdə çox ehtiyatla İslam mədəniyyəti və Qərb mədəniyyətiylə yanaşı, Türk mədəniyyətini irəli sürənləri də, onların bu yolunu davam etdirərək Türkçülüyü İslamlıq və Qərbləşməklə, uzlaşdırıcı anlamında eyni sıraya qoyanları da yaxşı anlayırıq (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Akçura, Ziya Gökalp, M.Ə.Rəsulzadə, Mustafa Kamal Atatürk və b.).

 

Ancaq bütün bunların Türk-Turan mədəniyyətinin Türk-Turan xalqlarının dünyagörüşündə yetərli olmadğı qənaətindəyik. Çünki ötən dönəmdə Türk-Turan mədəniyyətini İslamlıq və Qərbçiliklə eyni sıraya yerləşdirə bilsək də, amma onların təsirindən uzaqlaşdırmaq, təsir dairəsindən çıxarmaq mümkün olmamışdır. Buna örnək, günümüzdə “Türk-İslam mədəniyyəti”, “Türk-İslam” ülküsü ilə yanaşı, qərbsayağı Türk tarixindən, Türk ədəbiyyatından, Türk fəlsəfəsindən bəhs etməyimizdir. Ərəblər ilkin İslam mədəniyyətininin (Ərəb Xilafəti), Hindlilər Brəhmənizm-Hinduizm mədəniyyətinin, Yəhudilər İudeyanın-İsrail mədəniyyətinin, Farslar İran-Zərdüşt-Sasani mədəniyyətinin, Avropalılar Yunan-Roma mədəniyyətinin nisgilini yaşayaraq, özlərini yenidən ifadə etməyə çalışdıqları bir zamanda Türk-Turan xalqlarının İskit, Hun, Midiya, Göktürk, Xəzər, Səlçuqlar və başqa mədəniyyətləri necə ümumiləşdirməsi problem olaraq qalır. Bu problem qaldığı üçün dünyada Hind, İslam, İran, Yunan, Roma, Misir və başqa mədəniyyət­lər ortada olduğu, hətta bu mədəniyyətlər sivilizasiya səviyyəsinə qaldırıldığı halda, dünya tarixində Türk-Turan mədəniyyətinin izi tozu belə yoxdur.

 

Ancaq biz qətiyyən şübhə etmirik ki, bu gün dünyada tarixi dəqiq bilinməyən, ya da çox az bilinən dövlətlərin və mədəniyyətlərin mahiyyətində ən çox “Türk-Turan” damğası var. Bunu, biz turanlılardan/türklərdən çox Avropa alimlərin daha yaxşı bilməsi qənaətindəyik. Ən azı ona görə ki, “Türk-Turan sivilizasiyası”na aid yazılı, ya da maddi abidələr də bizlərdən çox Qərb/Avropa alimlərinin əllərindədir. Dünya tarixini, dünya mədəniyyətini yönətən də Qərb/Avropa elmi olduğu üçün, ancaq oradan gələn bir fikirə möhtac qalmışıq. Amma Qərb/Avropa alimləri ya dünya elmində “Türk-Turan” damğasını ya görmək istəmirlər, ya da görüdüklərini Hind-Avropa mədəniyyəti adına yazaraq mümkün olduğu qədər tarixi saxtalaşdırmağa çalışırlar. Bu anlamda heç bir ciddi əsas olmadan Şumerin, Midiyanın mədəniyyəti də, tarixi də Hind-Avropa mədəniyyətinin, ya da Arilərin adına çıxılır. Avropa/Qərb alimlərinə inansaq dünyada ilk mədəniyyətin, ilk təktanrılıq ideyasının da müəllifləri də Hind-Avropa mədəniyyətinin daşıyıcıları, yəni Arilərdir (Avropalılar, İranlılar, Hindlilər və b.). Onlar ilk mədəniyyət, ilk təktanrıçılıq ideyalarının başlanğıcı məsələlərində də özlərinə az-çox rəqib kimi Samiləri (Yəhudiləri, Ərəbləri və b.) görürlər.

“Avropa mərkəzçilər”in ən əski mifoloji, dini və sivil mədəniyyətin, bir sözlə qədim sivilizasiyaların kökünü əsasən Arilikdə, qismən də Samilikdə axtarılması heç də təsadüfi olmamışdır. Bizcə, kökü daha qədimlərə gedib çıxan, ancaq “Avropa mərkəzçilər” tərəfindən qismən 18-ci əsrdə, əsasən isə 19-cu əsrin başlarından ortayan çıxarılan ideologiyanın tərkib hissəsi kimi Arilik və Samilik məqsədli xarakter daşımışdır. Onların əsas hədəfi də bir tərəfdən tarixin dərinliklərin içindən Avropa mədəniyyətini, Avropa sivilizasiyasını axtarıb çıxarmaq, bununla da Avropa/Qərb Sivilizasiyasını əsaslandırmaq olmuşdursa, digər tərəfdən Ərəbləri (Ərəb Xilafəti) və Farsları (Əhəmənlər və Sasanlar) əski mədəniyyətin sahibləri kimi oyadaraq Türk-Turanın ruhunu az da olsa, yaşadan Qacarları və Osmanlını devirmək olmuşdur. Deməli, “Avropa mərkəzçilər” Samilik və Ariliyi gündəmə gətirməklə yalnız Qərb sivilizasiyasının mahiyyətini əsaslandırmağı deyil, bununla yanaşı Osmanlının hakimiyyəti altında yaşayan Ərəblər və Yəhudilər arasında uyğun olaraq Vəhabiliyi, Sələfiliyi, Semitizmi/Yəhudiliyi Səfəvi/Qacarların nüfuz dairəsində olan Farslar və digər farsdillilər arasında isə Zərdüştlüyü/Ariliyi təbliğ etmişlər. Burada “Avropa mərkəzçilər”in əsas hədəfi öz maraqlarına uyğun olaraq Osmanlı və Səfəvilər/Qacarların hakimiyyəti altında yaşayan ərəblərin, yəhudilərin, farsların, ermənilərin mədəni, sivil və əski bir xalqlar olduğu halda, amma onların idarə edən Türklərin vəhşi, barbar və mədəniyyətsiz xalq olduğunu şüurlara yeritməyə çalışmışlar. Təsadüfi deyil ki, “Avropa mərkəzçilər”in, özəlliklə Anqlo-Saksonların Osmanlıda apardığı bu siyasət nəticəsində ilk öncə Ərəblər (Səudiyyə Ərəbistanı) öz dövlətlərini yaratmış, daha sonra Qacarlar hakimiyyətdən düşürülərək (1925) onların yerinə Pəhləvilər gətirilmişdir.

Deməli, Qərb/Avropa sivilizasiyasını elmi cəhətdən əsaslandırmaq üçün onun tarixi köklərini tapmaq məsələsində “Avropa mərkəzçilər” çox hiyləgər yol tutmuşlar. Onlar bir tərəfdən Avropa Sivilizasiyanın nüvəsi olan Yunan-Roma mədəniyyətindən də qədim mədəniyyətləri özünküləşdirməyə çalışdığı halda, digər tərəfdən həmin mədəniyyətləri “Türk-Turan mədəniyyəti”nə qarşı qoymağa çalışmışlar. Çünki Avropa Sivilizasiyasının Yunan-Romadan başlaması bir müddət inandırcı görünsə də, sonralar öz əhəmiy­yətini itirməyə başlamışdı. Belə olduğu təqdirdə, Avropa/Qərb alimlər dildə, mədəniyyətdə, fəlsəfədə daha dərinlərə, qədimlərə getmək niyyətinə düşmüşdü. Avropa/Qərb alimlərinin bu niyyəti “Ariliy”in, ya da Hind-Avropa nəzəriyyəsinin əsasənə qoymuşdu. Bu nəzəriyyənin köklərini Avropada dərinləşdirmək mümkün olmadığı üçün Şərqə, daha çox da Asiyaya üz tutulmuşdu. Beləliklə, 19-cu əsrdən etibarən “Avropa mərkəzçilik” tərəfdarları nəyin bahasına olursa olsun, Hind-Avropa nəzəriyyəsini əsaslan­dırmağa başlamışlar.

Hind-Avropa nəzəriyyəsini əsaslandırmağa çalışan avropalı alimlər öz qədim köklərini, qədim mədəniyyət izlərini araşdırarkən qarşılarına böyük bir Türk-Turan mədəniyyəti çıxmışdı. Bəlkə də, bu qədər böyük və dərin bir mədəniyyətlə, o cümlədən Türk dilinin zənginliyilə qarşılaşacaqlarını gözləməyən Avropa alimlərinin əksəriyyəti də çıxış yolunu Türk-Turan mədəniyyətini Hind-Avropa mədəniyyətinin aşağı səviyyəsi kimi elan etməkdə görmüşdülər. Ona görə də, Hind-Avropa mədəniyyətinin böyüklüyünə kölgə sala bilməyəcək “Ural-Altay” teorisi ni ortaya atmışlar. Onlara “Ural-Altay” teorisi bir tərəfdən türklərin digər millətlərdən fərqli olaraq aşağı, barbar olmalarını göstərmələri, digər tərəfdən mümkün qədər mədəniyyətlər mərkəzi olan Ön Asya və Mərkəzi Asiyadan uzaq tutmaq üçün lazım idi.

Bu anlamda əski Turan Sivilizasiyasının “kəşf”i dəfələrlə saxtalaşdırılmış dünya tarixinin “Avropa mərkəzçilik” konsepsiyasının, o cümlədən həmin konsepsiyanın tərkib hissəsi kimi Hind-Avropa/Arilik nəzəriyyəsinə uyğun olaraq uydurulmuş “Ural-Altay” teorisinin də ifşasıyla bağlıdır. Əslində Hind-Avropa nəzəriyyəsinə alternativ olan “Ural-Altay nəzəriyyəsi” deyil, Türk-Turan nəzəriyyəsidir. Çünki “Ural Altay nəzəriyyəsi” həm dil ailəsi və mədəniyyət, həm də corafiya baxımından Hind-Avropa nəzəriyyəsi qarşısında çox cılız və kasıb görünür ki, bunu uyduranların əsas məqsədi də bu olmalı idi. Başqa sözlə, “Ural-Altay nəzəriyyəsi” “Avropa mərkəzçilik” konsepsiyasının maraqlarına xidmət etmək üçün ortaya atılmışdı. Türk-Turan alimi Oljas Süleymenov “Az-YA” kitabında yazır: “Altay dilləri ailəsi də hind-avropa dil “icmasının” nümunəsi əsasında yaradıldı. Mövcud nəzəriyyəyə görə, müasir hind-avropa və Türk dilləri İsanın zühurundan az əvvəl yaranmışdır!”.

Deməli, ən azı 19-cu əsrdən başlayaraq “Hind-Avropa” nəzəriyyəsini ortaya atanlar, bu nəzəriyyələrini əsaslandırarkən özlərinə əsas rəqib olaraq “Türk-Turan” mədəniyyətini görmüşlər. “Türk-Turan”ın daha əski və güclü bir mədəniyyət olması Avropa mərkəzçilərə əl vermədiyi, ancaq onun varlığını tamamilə inkar etmək də zor olduğu üçün, ən məqbul variant olaraq onu Hind-Avropa mədəniyyətinin aşağı qatı elan etdilər. Süleymenov yazır: “Türk köçərisi rəsmi elmin (Avropa mərkəzçilərin-F.Ə.) təsəvvüründə Çin, İran və Ərəb mədəniyyətlərinin əmcəyindən oğruluqla süd əmmiş Əbədi Vəhşi obrazında qaldı. Türk yazısının tələm-tələsik, müqayisə və araşdırma aparmadan iranlılardan götürülmə olduğunu elan etdilər”. Ona görə də, Süleymenovla tamamilə razılaşırıq ki, “nə vaxta qədər ki, hindavropalılar Türk dillərini Hind-Avropa imperiyasının ucqar əyalət şivələri, nə qədər ki, türkoloqların özləri dayə köməyi olmadan şalvarlarını əyinlərində saxlaya bilmirlər və öz möhtərəm müəllimlərinin təhqiredici “həqiqətlərini” tutuquşu kimi təkrar edirlər – biz öz evimizdə gözübağlı olacağıq”.

Hesab edirik ki, uydurma “Ural-Altay” deyil, əsil Türk-Turan nəzəriyyəsi imkan verir ki, bu günə qədər “Avropa mərkəzçilər”in Hind-Avropa mədəniyyətinin adına çıxılan, ya da naməlum hesab olunan mədəniyyətlər gün üzünə çıxsınlar. Özəlliklə, “Ural-Altay nəzəriyyəsi”nin mövcudluğu Türklərin/Turanlıların Kiçik Asya (Anadolu), Ön Asya (Qafqaz, Azərbaycan), Orta Asya (Türkistan, Tatariya), o cümlədən Avropanın böyük bir hissəsindəki (İtaliya, Bolqarıstan, Macarıstan və b.) tarixi-mədəni varlığını göstərməsinin əsas əngəlidir. Hər halda Şumer, Kuti, Turukki, Manna, Midiya, İş Quz kimi dövlətlərin tarixini və mədəniyyətini “Türk-Turan” nəzəriyyəsilə əlaqələndirmək daha məntiqlidir, nəinki “Ural-Altay”la. Deməli, “Avropa mərkəz­çiliy”in uydurduğu “Ural-Altay nəzəriyyəsi”nin gerçək üzü Türk-Turan nəzəriyyəsidir. Yalnız Türk-Turan nəzəriyyəsi “Avropa mərkəzçiliy”in irəli sürdüyü Hind-Avropa (Ari) mədəniyyətinə qarşı gerçək bir Türk-Turan mədəniyyəti, ya da Turan Sivilizasiyası ortaya qoya bilər.

 

Faiq QƏZƏNFƏROĞLU

Karabakhmedia.az



NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
20:21 / 19-03-2019
Göy Tanrı dini və onun mahiyyəti
21:44 / 17-02-2019
Avropalıların və türklərin milliyyətçilik anlayışı – Milliyyətçilik nədir, harada və necə yarandı?
22:32 / 15-11-2017
Təsəvvüfdə etiraz hərəkatı (3) – Bayramiyyə Məlamiləri
00:18 / 13-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya keçiriləcək
00:04 / 10-11-2017
Təsəvvüfdə etiraz hərəkatı (2). Gizli dərvişlik – Məlamilər
22:19 / 31-10-2017
Türklərin əski inancı - Şamanlıq, yoxsa Göy Tanrı?!
00:49 / 25-10-2017
Təsəvvüfdə etiraz hərəkatı. DƏRVİŞLİK
00:43 / 25-10-2017
Şair və iqtidar
18:56 / 18-10-2017
Türklərdə istihbarat və casusluq
18:32 / 18-10-2017
Avropalaşaq, modernləşək, yoxsa türkləşək?!...
20:12 / 06-10-2017
Yeni nəsli necə yetişdirməli?
21:54 / 03-10-2017
Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA
21:26 / 26-09-2017
Ə.Ələkbərov: In a name of the only God on the cross, the chrıstmas and the revelatıon of theır mythologıcal essence
22:48 / 15-09-2017
TÜRK HALK İNANCINDA IŞIK VE YA KURT KULTU DESEN SANATINDA
22:10 / 12-06-2017
Faiq Ələkbərlinin yeni kitabının təqdimat mərasimi keçirilib
21:57 / 12-06-2017