BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Amerikada ilk qadın məscidi açılıb

12:47 / 04-04-2015   /   baxış - 534

Bu yaxınlarda Birləşmiş Ştatlarda ilk qadın məscidi açılıb. Kaliforniyanın Los-Anceles şəhərində açılan bu məscidi başqalarından fərqləndirən müsəlman qadınların burada daha sərbəst olmasıdır. İki ay bundan əvvəl açılan bu məsciddə qadının İslamda rolu haqda müzakirələr aparmağa da imkan var.  

Amerikadakı digər məscidlərdən fərqli olaraq, qadınlar ayda bir dəfə təcrübələrini bölüşmək üçün burada toplaşır. Tənzilə Əhməd adlı qadın buraya iki ay əvvəl gəldiyini və burada dünyanın hər yerindən qadınlarla əhatə olunduğunu deyir.

Qadınlar və kişilərin cümə namazına eyni məsciddə toplaşdıqları, lakin ayrı-ayrılıqda ibadət etdiyi ənənəvi məscidlərdən fərqli olaraq, bu məscid yalnız qadınlar üçündür və buraya qadın başçılıq edir.

Müsəlman İcamsı Şurasından Edina Lekoviç: “Mən burada eyni məqsəd üçün gələn qadınları gördüm. Çünki bizi eyni inam bir araya gətirib və biz yeniliyə doğru daha bir addım atmaq istəyirik.”

Bəzi qadınlar kiçik bir dəyişikliyin olmasını istəyir. Onlar adi məscidlərdə özlərini yad hiss etdiklərini deyirlər. “Mənim boya-başa çatdığım məsciddə biz arxa otaqda toplaşardıq. Bizə dua oxunan yerdə olmaq qadağan idi. Burada isə adi məscidlərdə olduğu kimi, patriarxal məsələ yoxdur.” deyə, Tənzilə Əhməd bildirir.

Bu qadın məscidində geyim qaydası tətbiq edilmir. Müxtəlif millətlərdən olan qadınların ibadət etdiyi bu məsciddə xristian və yəhidi tədbirləri də keçirilir. Məscidin təməlini qoyan Həsna Məznavi burada məscid açılmasının səbəbi olduğunu deyir. “Məni ən çox ruhlandıran İslamın qızıl dövrüdür. Bu o dövrdür ki, müsəlmanlar, xristianlar və yəhudilərlə birlikdə çalışıb.”

Lakin bəziləri qadın məscidinin o qədər də vacib olmadığını düşünür. İslam üzrə alimlərin bəziləri qadınların birgə dua etməsini qəbul etəsələr də, cümə namazı və moizələrin bu şəkildə aparılmasını sual altına alır.

“Qadınların İslam haqda müzakirələri yenilik deyil” - deyə, Cənubi Karolina universitetindən Bri Loskota bildirir. “Qadın məscidi məsələsi tək belə hal deyil.  Bu məsələ uzun müddət müzakirə obyekti olub və indi müasir dönəmdə bu, aktuallığını artırıb."

Laskota deyir ki, Amerika xarakterini əks etdirən bu unikal Qadın Məscidi təndiqlərə bir növ cavabdır.



Şirvani Ədilli: “Səfillər” əsərində ailə dəyərləri
23:01 / 29-08-2021
Marksizm-leninizm ideologiyası bəşəriyyətə nə verdi?
22:18 / 01-07-2017
“Nəfsdən” əl çəkərək Haqq yoluna qayıdaq
22:15 / 02-10-2016
Müqəddəs Qurban bayramı - Dilavər Əzimli
15:27 / 11-09-2016
İqtidarınbədəni, bədənin iqtidarı
01:29 / 14-06-2016
İqtidarın bədəni, bədənin iqtidarı
13:40 / 24-02-2016
Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”
20:58 / 04-02-2016
KƏRƏM MƏMMƏDOV: “İSLAM TÖRƏSİNDƏ ÜÇ, YEDDİ, QIRX MƏRASİMİ OLMAYIB…”
22:43 / 09-10-2015
İranda qadağan olunmuş kitab Türkiyədə nəşr olunub
14:48 / 20-08-2015
İslam dünyasının liderləri Moskvaya toplaşacaq
18:11 / 28-07-2015
QƏRBİN ANTİ-İNSANLIQ FƏLSƏFƏSİ
16:17 / 30-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - 16 günün SİYAHISI
11:30 / 28-06-2015
Avropa Oyunları: 10-cu günün sonunda Medalların Siyahısı
15:10 / 22-06-2015
20 iyun: MEDAL sıralamasında son durum
14:21 / 21-06-2015
Bakı-2015: Kim neçə medal qazanıb? - Siyahı
03:21 / 16-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - SİYAHI
15:54 / 14-06-2015