BÜTÖV AZƏRBAYCAN OCAQLARI
"Rio-2016"-da dördüncü medalı qazandıq

21:45 / 16-08-2016   /   baxış - 505

Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

130 kq çəki dərəcələrində Azərbaycanı təmsil edən Səbah Şəriəti (əslən iranlıdır) bürünc medal qazanıb.

Qeyd edək ki, güləşçimiz yarışa 1/8 final mərhəlsəindən qoşulub. Onun ilk rəqibi amerikalı David Smit olub. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O,  8:2 hesabı ilə qalib gəlib və 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi türkiyəli Rıza Kayaalp olub. Lakin bu görüşdə Şəriəti 0:5 hesablı məğlub olub. Buna baxmayaraq, idmançımız medal şansını itirməyib. Belə ki, türkiyəli güləşçi finala adladığı üçün Şəriəti bürünc medal üçün təsəlliverici görüşlərə qatılıb. O, təsəlliverici görüşlərin ikinci mərhələsində venesuellalı Ervin Xose Kabrera Karaballo ilə mübarizə aparıb. Görüşü 8:0 hesablı qələbə ilə başa vuran idmançımız bürüncə bir addım da yaxınlaşıb. Şəriətinin son rəqibi almaniyalı Eduard Popp olub. Rəqibinin kürəyini yerə sıxmağı bacaran iranlı legioner güləş yığmamıza ilk medalı qazandırıb.

 

BAO.AZ