2014-cü il noyabrın 26-da Parisdə UNESCO-nun Qeyri-Maddi Mədəni Irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasının gedişində Ermənistan «ənənəvi erməni çörəyi – lavaş»ın qurumun Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün ərizə ilə müraciət etdi. Ermənistan tərəfinin quruma təqdim etdiyi fayl «Lavaş: ənənəvi erməni çörəyinin hazırlanması, əhəmiyyəti və xarici görünüşü mədəniyyətin ifadəsi kimi (Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture)» adlanırdı. Qeyd edək ki, ilkin olaraq UNESCO-nun hökumətlərarası komissiyası bu formulu qəbul etmişdi.

Lakin Azərbaycan, Iran və Türkiyə dərhal bu formula etiraz etdilər. Iran tərəfi lavaşın qədim Iran çörək növü olduğunu bildirdi. Azərbaycan lavaşın bütünlükdə bölgənin mədəni elementi olduğunu bəyan etdi, Türkiyə Azərbaycanın bu etirazına dəstək verdi. Etirazlardan sonra UNESCO formulu dəyişərək faylı belə adlandırdı: «Lavaş: ənənəvi çörəyin hazırlanması, əhəmiyyəti və xarici görünüşü Ermənistanda mədəniyyətin ifadəsi kimi (Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia)». Sanki qurum «lavaş ənənəvi erməni çörəyi kimi» formulunu «lavaş ənənəvi çörəyi Ermənistanda mədəniyyətin ifadəsi kimi» ilə dəyişməklə lavaşın ermənilərə məxsus olmadığını, sadəcə Ermənistan mədəniyyətinin elementi olduğunu etiraf edib. Və sanki Azərbaycan UNESCO-nun hökumətlərarası komissiyasının bu qərarından məmnun qalıb. Lakin yenə də formulda yalnız Ermənistanın adı çəkilir. Halbuki, lavaş çörəyi qədim zamanlardan Asiyadan Şimali Afrikayadək olan böyük bir ərazidə hazırlanır.

Lavaş çörəyi ağ undan hazırlanan nazik, mayasız kökəyə deyilir. Tarixən o, bu adla Qafqazda, həmçinin Türkiyədə, Iranda, Mərkəzi Asiyada, Volqaboyu ərazilərdədə yayılıb. Bu şəkildə hazırlanan çörək Hindistandan Mərakeşədək bütün Şərq ölkələrində fərqli adlarla tanınır. Amma bu çörək növünün bişirildiyi və istifadə olunduğu ölkələrin heç biri lavaşı yalnız öz xalqına aid elan etmək kimi absurd addım atmaq fikrinə düşməyib. Ermənilər isə başqalarına məxsus olanları özününküləşdirməkdə özlərini çox sərbəst hiss edirlər. Üstəlik ermənilərin bu əməllərinə UNESCO daxil olmaqla, beynəlxalq təşkilatlar da rəvac verir.

Лаваш изготовленный в тендыре

Ilk növbədə qeyd etmək lazımdır ki, lavaş çörəyinin Azərbaycanda hazırlanması Ermənistanla müqayisədə daha dərin ənənəvi köklərə malikdir. Bu çörək növü Ermənistanda yalnız təndirdə bişirilir. Azərbaycanda və Türkiyədə isə təndirdən başqa sobada və xüsusən də sacda hazırlayırlar. Odur ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda lavaşın müxtəlif növləri var. Ən nazik və yumşaq lavaş təndirdə deyil, məhz sacda hazırlanır.

Mərkəzi Asiyada lavaş arxası üstə çevrilmiş tiyanın səthi üzərində də hazırlanır. Ermənilərin istifadə etmədikləri sac isə, köçərilər tərəfindən hazırlanıb və səhra mətbəxinin vacib atributu sayılır. Səyahət zamanı ondan istifadə çox asan və əlverişlidir. Sacın içəri tərəfində müxtəlif qızardılmış, qovrulmuş xörəklər hazırlanır, əks, qabarıq hissəsində isə, lavaş çörəyi, kökə, lavaşabənzər müxtəlif un məmulatları, içi doldurulan yayma xəmirlər (kətə, qutab, gözləmə, qatlama-qattama və s.) bişirilirElə lavaş çörəyinin yaranması da onun forması, və ya dadı ilə bağlı deyil, zərurətdən doğub. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Köç və ya səyahət zamanı yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür. Içərisi bu cür doldurulmuş lavaş dürmək (dürüm) adlanır. Bu sözə qədim türk mətnlərində rast gəlinir və o, dür/tür — çevirmək, fırlatmaq, eşmək, bükmək türk feli əsası  ilə bağlıdır:   [1, s. 598-599]. Yeri gəlmişkən, ermənilər qədim türk sözü olan «dürmək» sözünü də mənimsəməyə çalışırlar.

Лаваш на саджеSəyahətlər zamanı yolda dayanaraq sacda açıq səma altında lavaş çörəyini hazırlamaq, bir dəfəyə bir neçə həftəlik çörək bişirmək asan olurdu. Təndiri əlbəttə ki, yola götürmək mümkün deyil və ondan əsasən qışlaqlarda, bəzən isə yaylaqlarda istifadə olunurdu. Amma yaylaqlarda əsasən sacdan istifadə edilirdi və yeri gəlmişkən, ən nazik və dadlı yuxa təndirdə yox, məhz sacda bişirilir. Sacda kətə, qutab, gözləmə, xaçın, börək, qatlama, katmer və digər içi doldurulma lavaş tipli un məmulatlarının bişirilməsi də asandır. Bu günkü ermənilər özlərini tarixən oturaq xalq kimi təqdim edirlər və yalnız təndirdən istifadə ediblər. Oturaq həyat tərzi zamanı əlinizin altında hər zaman təzə çörək bişirmə imkanı saxlayan təndir olduğu halda  həftələrlə quru qalaraq pozulmayan çörəyə nə lüzum vardır?

Bundan başqa, bir məqamı da qeyd etmək vacibdir: lavaş heç də sırf çörək adı deyilBu, yayılaraq nazik şəkildə bişirilən bir sıra yeyintilərə aid edilir. Məsələn, Türküstanda orta əsrlərə aid ədəbi dil olan qədim Çağatay dilində «lavaš» sözü bir çox nazik əşyalara və qida məhsullarına aid edilir. Nazik yayılmış çörək də buraya daxildir [2, s. 42]. Azərbaycanda isə alça, gavalı, zoğal və digər meyvələrdən hazırlanmış turş, yayılmış şirə qurusuna da lavaş deyilir. Onlar turşu-lavaş adlanır. Nazik yayılmış lavaş çörəyisə, türk dünyasında daha çox yuxa, yuka, yuyqa, yuvqa, yufka, juka, jupka və s. kimi məşhurdur. Bu sözlər qədim türk dilində incə, yumşaq, yayılmışaçılmış xəmir mənalarını, yaxud da sadəcə XI əsrə aid Mahmud Kaşqari lüğətində olduğu kimi, laylanmış, təbəqələnmiş kökə anlamını verir [1, s. 277, 282].

Turşu-lavaşın növləri:

Турш лаваш  Турш-лаваш

Bu incəlikləri bilməyən ermənilər məhz lavaş çörəyini lavaş adlandırır və bu, ən azı onların bu sözü türk dili, ənənələri və mədəniyyətindən kortəbii şəkildə mənimsədiklərini göstərir. Odur ki, erməni ziyalıları lavaş sözünü erməni dilində izah etmək üçün çox mənasız «dəlillər» gətirməyə çalışırlar. Erməni Sovet Ensiklopediyasında da bildirilir ki, «lavaş» sözü iki erməni law (yaxşı, xoş) və aš (qida) sözlərinin birləşməsindən yaranıb. Bunun uşaq səviyyəsində uydurma etimologiya olduğu barizdir. Üstəlik, aš – qida, yemək sözü də türkcədən mənimsənilmiş sözdür. Qədim türk dilində olan bu ümumtürk sözü [ibid, s. 61-62] Tuvadan  Balkanlara qədər türklərinin dilində yer tutur. Yeri gəlmişkən, ermənilərin law – yaxşı, xoş sözünün Hind-Avropa dillərində bənzəri yoxdur və o, daha çox çuvaş dilindəki layax – yaxşı, xoş [3, s. 3] və mari dilindəki təsdiqləmə, müsbət mənaları verən lavasa [4, s. 282] sözünə uyğun gəlir. Digər bu cür  korrespondensiyalar da vardır ki, bu da, erməni dilində Ural-Altay substrat söz təbəqəsinin varlığının göstəricisidir.

Maraqlıdır ki, erməni və qədim erməni dili olan qrabarın köhnə lüğətlərində «lavaş- çörək» sözünə rast gəlinmir. Bu lüğətlərdən bəzilərində lavaş (լաւաշkəlməsinin tərcüməsi yaxşı olmaq, yaxşılaşmaq, xoş olmaq felləridir. Bunların isə, göründüyü kimi, çörəklə heç bir əlaqəsi yoxdur. Məsələn, Matias Bedrosyanın 1879-cu ildə Venesiyada çap olunmuş ermənicə-ingiliscə qrabar lüğətində də bu, belə keçir [5, s. 254]. Şübhəsiz ki, «lavaş» – yaxşı olmaq, yaxşılaşmaq, xoş olmaqfeli erməni law (լաւ) – yaxşı, xoş, əla və s. söz kökündən törəmədir. Bunların isə çörəklə, xəmirlə heç bir əlaqəsi yoxdur.

Venesiyada nəşr olunmuş 1868-ci ilə aid ingilis-erməni lüğətində də «lavaş çörəyi» sözü yoxdur. Bu lüğətdə «çörək» erməni dilində «xats» (հաց) və «kerakur» (կերակուր) kimi göstərilir [6, s. 92]. Burada da kerak-ur sözünün türkcədəki çörək kəlməsinin növbəti fonetik adaptasiyası olduğu görünür.

Yenə də 1908-ci ildə Istanbulda dərc olunan Malxazyanın ingiliscə-ermənicə lüğətində «çörək» çözü hats (հաց) kimi keçir [7, s. 140]. Bu lüğətdə də «lavaş» sözünə rast gəlinmir.

Onu 1905-ci ildə Istanbulda nəşr olunmuş Papazyanın lüğətində də tapmaq mümkün deyil [8, s. 172].

Daha bir lüğətdə, bu dəfə 1872-ci ildə dərc olunmuş Lusinyanın ermənicə-fransızca lüğətində «lavaş» (լաւաշ) sözü «yaxşılaşmaq» feli kimi əks olunub [9, s. 352]. Lakin lüğətdə lavaş adında hər hansı çörək məmulu haqda nəsə keçmir.

1893-ü ildə çıxmış fransız-erməni cib lüğətində də «lavaş» sözünə rast gəlinmir. Orada լաւ (yaxşı, xoş) sözündən törəmə լաւաշրզութիւն (lawašrzuthiwn) – «yaxşılaşmaq», «düzəlmək» [10, s. 268] sözləri var.

Elə həmin Lusinyanın 1881-ci ildə dərc olunmuş digər fransız-erməni lüğətində լավաշ (lavaš) sözü yoxdur. [11, s. 351].

Temirçipaşyanın 1896-cı ildə nəşr olunmuş fransız-erməni lüğətində isə kökə, fətir sözü (galette) fransız dilindən erməni dilinə շօԹ (šoth), կարկանդակ (karkandak), պաքսիմատ (pagsimat) [12, s. 418] kimi tərcümə olunur. Burada da «lavaş» sözü yoxdur.

Kökə, fətir sözü fransız dilindən erməni dilinə Norayr Buzandatsinin 1884-cü ildə nəşr olunmuş lüğətində də կարկանդակ (karkandak) kimi tərcümə olunur [13, s. 584].

«Lavaş» sözü 1837-ci ildə nəşr edilmiş erməni-latın lüğətində də yer tapmayıb. Orada law (լաւ) – «yaxşı» sözünə rast gəlinir, lakin «lavaş» sözü mövcud deyil [14, s. 117].

Anoloжi vəziyyətə 1837-ci ilə aid erməni-italyan lüğətində də rast gəlinir [15, s. 624-625].

Həmin dövrə aid erməni-rus lüğətlərində də vəziyyət eynidir. Xudobaşevin 1838-ci ildə nəşr olunmuş lüğətində law (լաւ) – «yaxşı» sözü var, «lavaş» isə yoxdur. [16, s. 470].

  1. Irispuxovun 1876-cı ilə aid rus-erməni lüğətində «kökə» sözünün erməni dilinə tərcüməsi բոլորակաձև խմորեղէն (bolorakajev xmoregen – dairəvi peçenye) kimi verilib [17, s. 320].

Bundan başqa, «lavaş» sözünə erməni dilinin klassik izahlı lüğətlərində də rast gəlinmir. Misal kimi 1836-cı ilə aid olan və erməni filoloqlar qrupu tərəfindən yazılmış lüğəti göstərmək olar [18, s. 880-881].

Mxitarist hərəkatının banisi olan Mxitar Sebastasinin lüğətində də (1676-1749) vəziyyət eynidir [19, s. 349]. Qeyd edək ki, bu 2 lüğət klassik erməni dili olan qrabarın leksikasını özündə əks etdirir.

«Lavaş» sözünə Mıkırtıç Avqeryanın 1865-ci ilə aid izahlı lüğətində də rast gəlinmir [20, s. 351-352].

Nəhayət, Yeremiya Meqretsinin 1698-ci ilə aid köhnə lüğətində də «lavaş» sözü yer almır [21, s. 132-133].

 

Necə ola bilər ki, 1698-ci ildən 1908-ci ilədək nəşr olunmuş 17 erməni dili lüğətinin heç birində «lavaş çörəyi» sözünə rast gəlinməsin? Əgər ermənilər hələ qədimdə nazik, incə lavaş çörəyinin bişirilməsi təcrübəsinə malik idilərsə, bu söz erməni dilində orta əsrlərə aid mətnlərdə yer almalı idi. Axı bu günün erməni dilçiləri «lavaş» sözünün erməni köklü olduğunu sübut etməyə çalışırlar. Amma, keçmiş nəsillərə mənsub erməni filoloqları nədənsə erməni dilinin klassik lüğətlərinin heç birinə bu sözü salmayıblar. Erməni orfoqrafiyasına aid bu lüğətlərdə nazik çörək, yaxud istənilən növdə çörək anlamı verən  lawaš(լաւաշ), ya da lavaš (լավաշ), həmçinin lawš, lavš sözlərinə rast gəlinmir. Üç halda isə lavaş sözü erməni dilində tamamilə fərqli mənada işlənir. O, tərcümədə yaxşı olmaq, yaxşılaşmaq, xoş olmaq anlamı verir. Həmin lüğətlərdə kökə sözü «lavaş» kimi yox, šoth, karkandak, pagsimat, bolorakajev xmoregen kimi göstərilir.

Ən başlıcası, Yeremiya Maqretsinin (1698), Mxitar Sebastasinin (1749), Avetikyan, Syurmelian, Avqerianın (1836) və Mıkırtıç Avqeriyanın (1865) ermənicənin 4 izahlı lüğətində «lavaş» və ya «lavş» sözünə ümumiyyətlə rast gəlinmir.

Belə olan təqdirdə, sualın cavabı aydın və birmənalıdır. XX əsrin əvvəllərinədək erməni dilində LAVAŞ termini olmayıb. Bu söz yalnız müasir erməni dili lüğətlərinə salınıb.

Yəni, 1749-1908-ci illərdə nəşr olunmuş erməni dili lüğətlərini hazırlayan erməni filoloqlar üçün «lavaş çörəyi» sözü yabançı köklü söz olub. Əks təqdirdə onlar bu sözü erməni dilinin izahlı və tərcüməçilik lüğətlərinə əlavə edərdilər. Belə çıxır ki, ermənilər «lavaş» sözünün özü kimi, nazik çörək olan lavaşın hazırlanma mədəniyyətini də qonşulardan mənimsəyiblər. Əlbəttə ki, burada alçaldıcı, ayıb sayılacaq heç nə yoxdur. Amma yaxın keçmişdə qonşu xalqın mədəniyyətindən mənimsənilmiş mədəniyyət elementini müstəsna olaraq özününküləşdirmək cinayətdir. Bu, ölkə səviyyəsində rəvac görülən oğurluq, fırıldaqçılıqdır.

Bəs UNESCO kimi bir təşkilat ilkin araşdırma aparmadan, məsələnin mahiyyətini öyrənmədən lavaş çörəyini ənənəvi erməni çörəyi kimi Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ Siyahısına necə daxil edir?

Şübhəsiz ki, haradasa, 100 il əvvələdək ermənilər bu gün «erməni lavaşı» adlandırdıqları çörəyi kütləvi şəkildə bişirmək ənənəsinə malik olmayıblar. Onlar lavaş çörəyinin hazırlanması ənənəsini Azərbaycan torpaqlarına köçürüldükdən sonra məhz Azərbaycan türklərindən öyrəniblər. Çünki qərbi ermənilər hətta sonralar da lavaş sözündən istifadə etməyiblər. O, şərq ermənilərinin dilində XX əsrin əvvəllərində peyda olub. Konkret desək, bu söz Dağbaşyanın 1906-cı ildə dərc olunmuş rus-erməni lüğətində yer alıb. Məhz orada kökə, fətir sözü lavaş լաւաշ (lawaš) və լօշ (loš) kimi tərcümə olunur [22, s. 487].

Kəndlərdə ermənilərlə qonşu olmuş insanlar onların azərbaycanlı nənələrin bişirdikləri lavaş çörəyini nə qədər sevdiklərini yaxşı bilirlər. Onlar bu çörək növünü məhz Azərbaycan çörəkxanalarına sifariş verirdilər.Ermənilərin dilində hətta qafiyəyə salınmış bir bənd də var idi. O, təxminən belə idi: «Erməni koxasını (oğlan uşağını) türk yuxası («lavaş») ilə bəslə».

Ardı var…

_______________
Annotasiya

  1. ƏSKİ TÜRKCƏ LÜĞƏT, SSSR EA. Leninqrad-1969.
  2. Şeyx Suleyman Efendi’s ÇAĞATAY-OSMANİSCHES WÖRTERBUCH, Budapest-1902.
  3. N.I.Aşmarin ÇUVAŞ DILI LÜĞƏTI, 8-ci cild. Çeboksarı 1935.
  4. MARI DILI LÜĞƏTI, 3-cü cild. Yoşkar-Ola 1990—2005.
  5. NEW DICTIONARY ARMENIAN ENGLISH by Matthias Bedrossian, Venesiya, Müqəddəs Lazar Erməni Akademiyası – 1875-1879.
  6. Father Paschal Aucher DICTIONARY ENGLISH AND ARMENIAN. Venica 1868.
  7. Malkhassian DICTIONARY ENGLISH, ARMENIAN AND ARMENO-TURKISH. Stamboul 1908.
  8. D. S. Papazian A PRACTICAL DICTIONARY ARMENIAN-ENGLISH. Istanbul 1905.
  9. Denarbey de Lusiginan DICTIONNAIRE ARMINIEN-FBANCAIS FBANCAIS ET FRANÇAIS-ARMÉNIEN. Paris 1872.
  10. Matteosean AN ARMENIAN-FRENCH POCKET DICTIONARY 1893.
  11. A. Nar Bey de Lusiginan ԲԱՌԳԻՐՔ  ՀԱՅ-ԳԱ՚ՂՂԻԱՐԷՆ  ­ ԵՒ  ԳԱ՚ՂՂԻԱՐԷՆ- ՀԱՅԵՐԷՆ (Baṛgirk hay-gaghghiarēn ew gaghghiarēn-hayerēn – Erməni-Fransız, Fransız-Erməni lüğəti). Paris 1881.
  12. Temirchipashyan ԲԱՌԱՐԱՆ  ՖՌԱՆՍԵՐէՆէ ՀԱՅԵՐԷՆ  (Bararan franserene-hayeren – Fransız-erməni lüğəti)1896.
  13. Norayr Buzandatsi ­DICTIONNAIRE ­FRANQAIS — ARMENIEN 1884.
  14. Ioannes (Hovhannes) Miskjian MANUALE LEXICON ­ARMENO-LATINUM. Romae 1887.
  15. DIZIONARIO ARMENO-ITALIANO 1-ci cild.  Venezia 1837.
  16. Xudobaşev ERMƏNI-RUS LÜĞƏTI (Venesiyada nəşr olunmuş lüğət əsasında hazırlanıb), 1-ci cild. Moskva 1838.
  17. Qavriil Irispuxov RUS-ERMƏNI LÜĞƏTI. Tiflis 1876.
  18. Avetikyan, X.Sivrmelean, M.Avqerean ՆՈՐ ԲԱՌԳԻՔ ՀԱՅԿԱԶԵԱՆ ԼԵԶՈԻԻ   (NOR BAGİRK HAYKAZEAN LEZUII) Venesiiya 1836.
  19. Mkhitar Sebastasi ԲԱՌԳԻՐՔ ՀԱՅԿԱԶԵԱՆ ԼԵԶՈԻԻ (BAŔGİRK‘ HAYKAZEAN LEZUI (HIN HAYKAZEAN BAŔARAN)). Vol. I, Venetik
  20. Mkrtich Awgerean ԱՌՁեՌՆ   ԲԱՌԱՐԱՆ    ՀԱՅԿԱՋ՚ՆեԱ՚Ն ԼԷԶՈՒԻ (Aṛdzeṛn baṛaran Haykaznean lezui – Erməni dili lüğəti) 1865.
  21. Yeremiya Meqresi ԲԱՌ ԳԻՐՔ ՀԱՅՈՑ (Bar Girk Hayots – Erməni dili lüğəti). 1698.
  22.  A.S.Daqbaşyan  RUS-ERMƏNI LÜĞƏTI. Tiflis 1906.