BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycan aşıq sənətinin dünəni və bu günü” mövzusunda növbəti diskussiya (10/01/2015)

23:18 / 10-01-2015   /   baxış - 932

10 yanvar 2015-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun təşkilatçılığı ilə “Azərbaycan aşıq sənətinin dünəni və bu günü” mövzusunda növbəti diskussiya keçirildı. Tədbiri giriş sözü ilə BAO Mərkəzi Şurasının üzvü Şirvani Ədilli açdı. O, diskussiyanın mövzusunun əhəmiyyətini vurğulayaraq  sözü çıxışçılara verdi.

Tədqiqatçı Qalib Sayılov aşıq sənətinin  mənşəyi və inkişafı haqqında danışdı. O, “aşıq” sözünün ərəbcə “eşq”, “aşiq” sözündən gəldiyini, bu sənətin X əsrdən formalaşmağa başladığını və sufiliklə bağlı olduğunu qeyd etdi.

Digər çıxışçı İlhamə Qəsəbova öz tədqiqat sahəsi olan Qazax aşıq mühiti və burada yetişmiş sənətkarlar haqqında danışdı. O, son onilliklərdə aşıq sənəti ilə bağlı bir çox ənənələrin aradan çıxdığını qeyd etdi və 1988-ci ildən Azərbaycanın müharibə vəziyyətinə düşməsinin bu prosesə təsir etdiyini vurğuladı.

Növbəti çıxışçı aşıq, publisis və tədqiqqatçı Məhərrəm Hüseynli Aşıq sənətinin tədqiqi ilə bağlı problemlər haqqında danışdı. O, aşıq sənətinin bir elm sahəsi kimi daha dərindən öyrənilməsinin vacibliyini vurğuladı. Aşıq Məhərrəm çıxışının sonda sazda bir aşıq havası da ifa etdi.

Daha sonra Vurğun Əyyub, Natiq Ulubəy, Aydın Mədətoğlu, Paşa Oğuz, Dilavər Əzimli, Qizqayıt İsalı və b. çıxışçılara verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiyanı davam etdirdilər.

BAO İnfomasiya Xidməti

10.01.2015.

VIDEO:

 

FOTOLAR:

 

 



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019