18 mart 2017-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Bakı şəhərində musiqili-əyləncəli Novruz şənliyi keçirəcək. Şənlik ənənəvi olaraq hər il olduğu kimi Bütöv Azərbaycan adına qalanmış bayram tonqalı ətrafında gerçəkləşdiriləcək. Bütöv Azərbaycan tonqalı eyni anda Güneyli-Quzeyli Bütöv Azərbaycanın və Türkiyənin bir neçə şəhərində yandırılacaq.
Şənlikdə milli musiqilər və marşlar səsləndiriləcək, şeirlər söylənəcək, rəqslər və tamaşalar göstəriləcək.
Hər kəsin iştirakı arzu olunandır.
Tədbir saat 19:00-da başlayacaq.
Ünvan: Bakı şəhəri, Şamil Əzizbəyov kücəsi ilə Təbriz küçəsinin kəsişməsi - Keçmiş Qarabağ mehmanxanasının yerindəki ərazi (28 may metrostansiyasının yaxınlığı).
BAO İnformasiya Xıdməti
13.03.2017.