BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dilavər Əzimli “Faiq Ələkbərli aydınlarımıza məsləhət görür ki, tarixi münasibətlərə Türk qafası ilə yanaşmaq lazımdır!”

21:55 / 12-06-2017   /   baxış - 251

dilaver

DilavəƏzimli

“Faiq Ələkbərli aydınlarımıza məsləhət görür ki, tarixi münasibətlərə ərəb qafası, fars qafası, Avropa qafası, Rusiya qafası ilə deyil, Türk qafası ilə yanaşmaq lazımdır!”

Bu günlərdə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərlinin “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” adlı monoqrafiyası nəşr olundu. Kitabla bağlı öz fikirlərini bizimlə bölüşən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Dilavər Əzimli bildirib ki, F.Ələkbərli çox ağır bir yükün altına girmişdir: “Turan məfkurəsinin dərinliyinə enmək, oradan Tanrıçılığa boylanmaq asan gəlməsin. Azərbaycanda Turan məfkurəsinin fəlsəfəsini, Turançılığın fəlsəfəsini kimsə işləməmişdir. Ancaq səthi məlumatlar vardır. Hazırda bu istiqamətdə qardaş Mərkəzi Asiya Türk dövlətlərində, Tatarıstanda tədqiqatlar aparılır. Bundan əvvəllər isə qardaş Türkiyədə bu yöndə tədqiqatlar aparılmışdır. Lakin Azərbaycan mərkəzli Tanrıçılıq barədə kimsə ortaya sanballı əsər qoya bilməmişdir. Faiq bəy bu mənada ilk pionerlərdən biridir”.

D.Əzimliyə görə XVIII sərdən başlayaraq dünya anqlo-saks ekpansiyasına məruz qalmışdır ki, bununla da dünya elmi anqlo-saks planına uyğun olaraq yaradılmış və “Avropamərkəzçilik” adlandırılmış, Rusiya, Türkiyə tarix və fəlsəfə elmi də bu istiqamətdə inkişaf etmişdir. Onun sözlərinə görə, bu baxımdan tədqiqatçıların çoxu əsərlər ortaya qoyanda ya ərəb təfəkkürü, ya fars təfəkkürü, ya Avropa təfəkkürü, ya da ki, Rusiya təfəkkürü ilə düşünürlər: “Hesab edirik ki, bizim elmimizdə bu istiqamətlər hələ çox-çox illər davam edəcəkdir. Çünki o insanlar bu istiqamətdə tədqiqatlarını aparmış və kitablar yazmışlar. İndi isə yazdıqlarından nəinki imtina edirlər, əksinə müqavimət də göstərirlər. Onların qabağına isə Türk təfəkkürü ilə, xüsusən Azərbaycan mərkəzli təfəkkürlə çıxan tədqiqatçılar vardır. Bunların içərisində Faiq bəyin adı ilk sıralarda gəlir. Bunu onun yazıb ortaya qoyduğu elmi əsrlər sübut edir”.

Tarixçi alimin fikrincə, Faiq Ələkbərli Türk dünyasının ünlü tarixçilərindən olan İbrahim Qəfəsoğlunun yolunu davam etdirərək Qamlıq, Şamanlıq məsələlərinə Göy Tanrı müstəvisindən yanaşmışdır: “Bu mənada qardaş Türkiyədən olan dostum Yaşar Kalafatın tədqiqatları ilə çox yaxınlaşmışdır. Faiq bəy haqlı olaraq Şamanizmi Tanrıçılqdan ayırmışdır. Əslində, göstərmişdir ki, Azərbaycan ərazilərindən Sibirə doğru gedən Göy Tanrı inanclı Türklər oradan yenidən qayıdanda inanclarına moğol ənənələrini də əlavə etmişlər”.

elekberli

D.Əzimliyə görə əsrdə maraq doğuran məsələlərdən biri də İslam dininin Türk dünyasına gəlişi və Tanrıçılıqla İslamın sintezidir: “Müəllif əsərdə haqlı olaraq Türk şiəliyi (Tanrıçılıq) ifadəsini elm aləminə gətirmiş və Türk şiəliyi ilə Fars şiəliyini ayıra bilmişdir. Bu cür yanaşma ilə uzun illər bizim və Türkiyə tədqiqatçılarının təsir altına düşdüyü Əli Şəriəti nəzəriyyəsini darmadağın etmiş, Qızılbaşlığa Tanrıçılıq müstəvisindən yanaşmış və dünya şöhrətli türkoloq İren Melikoffun, Ahmet Yaşar Ocakın ortaya qoyduqları xətti inkişaf etdirərək, bu məsələyə Türk şiəliyi müstəvisindən yanaşmışdır. Lakin sonradan Türk şiəliyini Fars şiəliyi əvəz etmişdir. Bu mənada Şah İsmayıl dövrünə obyektiv qiymət vermişdir. Faiq bəy Nadir şah Əfşar dönəmində olan dini münasibətlərə də xüsusi olaraq yanaşmış, onu islahatçı bir Türk fatehi kimi vermişdir. Onun bu islahatları Osmanlı sultanı tərəfindən qəbul edilsəydi, Turan yaradılacaqdı. Təəssüf ki, onun dini islahatı Osmanlı sultanı tərəfindən qəbul edilmədi. Faiq bəy bütün bunlara aydınlıq gətirmişdir”.

faiq gedebey

Dilavər Əzimliyə görə, müəllif kitabında Türk imperiyalarını aşağılayan Qərb alimlərinə də tutarlı elmi-fəlsəfi cavablar verib: “Faiq bəy Qərb alimlərini ciddi şəkildə tənqid edir. “İdeal” Qərb sivilizasiyasının üç üzünü ortaya qoyur. Bu sivilizasiya dünyada yalnız dağıdıcılıqla, yerli kültürləri əritməklə, xalqları bir-birinə qoymaqla məşğuldur. Faiq bəy bu mənada onlara qarşı özünün ciddi arqumentlərini qoyur”.

Tarixçi alimin fikrincə, kitabda Azərbaycan türklərinin Sovetlər Birliyi, Pəhləvilər və Molla-Fars rejimi zamanında mücadiləsinə toxunan F.Ələkbərli bu mübarizənin nəticələrini də sadalayaraq sonu qələbəyə aparan, Azərbaycan bütövlüyünə gedən yolu göstərib: “Faiq bəy bu məsələdə Azərbaycanın Güney və Quzey mücadiləsini birləşdirib vahid bir mübarizə sistemindən söhbət açır. Əslində göstərir ki, aramızda tikanlı məftillər olmasına baxmayaraq, bizim həmişə məfkurə birliyimiz olmuşdur. Nəticədə Faiq bəy tam əminliklə Azərbaycanın bütövləşəcəyinə, bunun da Turan Birliyi ilə nəticələnəcəyinə inandığını ortaya qoyur. Sonluğu belə bir cümlə ilə bitirir: “Əgər iki Azərbaycan bir olarsa, o zaman dünya tarixində Səfəvilərə, Əfşarlara, Qacarlara olan münasibət də, bügünki mifik “İran”a və gerçək Turana olan baxışlarda tamamilə dəyişəcəkdir!”. Necə də həqiqəti əks etdirən bir sonluqdur. Sonda bildirək ki, Faiq bəyin bu monoqrafiyası Tarixə fəlsəfi bir baxış olmaqla tariximizin fəlsəfi baxımdan dərk olunmasıdır. Faiq Ələkbərli aydınlarımıza məsləhət görür ki, tarixi münasibətlərə ərəb qafası, fars qafası, Avropa qafası, Rusiya qafası ilə deyil, Türk qafası ilə yanaşmaq lazımdır!Bu mənada bu əsəri Tarix fəlsəfəsi adlandırmaq olar”.

DunyaMedia.info



DİLİMİZ – MİLLİ KİMLİYİMİZ
22:00 / 24-09-2017
Zəncanda “Özləm” tamaşası səhnəyə qoyulub – GÖRÜNTÜ
22:40 / 19-09-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (III məqalə)
02:11 / 19-09-2017
Paralanmış və uralanmış Azərbaycandan MÜSTƏQİL AZƏRBAYCANA - ARAŞDIRMA
23:03 / 15-09-2017
AZƏRİ, yoxsa Türk!!!
23:38 / 12-09-2017
Azərbaycanın epiqrafik abidələrində türk simvolları
22:14 / 09-09-2017
Əkbər Nəcəf: İqlimin də tarixi var, Güntay bəy!
23:31 / 07-09-2017
Tehranda türkcə “Keçəl Oğlan” tamaşası nümayiş etdiriləcək
15:15 / 04-09-2017
Maarifçiliyimizdə RÜŞDİYYƏ zirvəsi
19:18 / 31-08-2017
XIII-XIV Əsr Azərbaycan Ədəbiyyati Tarixi (Ingilisdilli Tarixşünasliq Üzrə)
17:52 / 31-08-2017
QURBAN BAYRAMINIZ MÜBARƏK!
17:46 / 31-08-2017
Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (II yazı)
00:43 / 29-08-2017
XIII-XIV Əsrlər Azərbaycan Mədəniyyətinin İngilisdilli Tarixşünasliqda Əksinə Dair
23:20 / 24-08-2017
“Əli və Nino” əsərində Azərbaycançılıq və Türkçülük
23:37 / 22-08-2017
Şəmb-e Qazan kompleksi və onun Azərbaycan təhsil sistemində yeri (ingilisdilli tarixşünaslıq əsasında)
23:21 / 22-08-2017
Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (I yazı)
23:04 / 17-08-2017