BÜTÖV AZƏRBAYCAN OCAQLARI
DAĞLIQ ALTAYDAN-1

23:13 / 10-07-2015   /   baxış - 568

Lənkəranlı ailəvi dostum Namiq Hüseynov ilə tez-tez görüşürük. Ankarada bir dəfəsində söhbət edərkən ömrümdə iki yeri görmək istədiyimi, Təbrizə 2004-cü ildə getdiyimi, ancaq Dağlıq Altayda hələlik olmadığımı, bir gün ora da getmək arzusunda olduğumu söyləmişdim. Aradan xeyli vaxt ötmüşdü. Bir gün Namiq Bəy zəng etdi ki, hazırlaş Dağlıq Altaya gedəsiyik, vaxtını müəyyənləşdirib sənə zəng edəcəyəm. Bu xəbərə sevinsəm də yoldaşıma deməmişdim, çünki hələlik hər bir şey həll olunmamışdı. Aradan bir xeyli vaxt ötəndən sonra Namiq bəy zəng edib dedi ki, iyun ayının 23-ündə Novosibirskə bilet aldım, Dağlıq Altayda da yer ayırtmışam hazırlaş, Bakıya gəl və burdan birlikdə yola düşəcəyik. Yoldaşım Fatmaya vəziyyəti danışıb, bir az da tez gedib Bakıda qalıb dostlarla görüşmək istədiyimi bildirdim. Bakıya ayın 17-sinə bilet aldım və həmin gün dünya şöhrətli paytaxtımız Bakıya uçdum. Dostlarım Əhməd Oğuzla Qəzənfər Əhmədli məni hava limanında qarşıladılar, ailəvi dostum Rəşid Hüseynovun Sahil metrosu yaxınlığındakı evinə apardılar. Evdə yerləşib rahatlanandan sonra dostlarla, başda da Rəşid Hüseynov, Aqil Abbas, Əli Şamil, Muxtar Kazımov və digərləriylə görüşdüm. 
Bakı, ötən il gördüyüm Bakı deyildi. Hava limanına endiyimdə düzünü deyim gözlərimə inana bilmədim, çünki bilmədim hardayam. Dünyanın bir çox ölkəsində olmuşdum, ancaq bu cür müasir bir hava limanı görməmişdim, bir sözlə mükəmməldi. Hava limanının qeyri-adiliyinə mat qalmışdım. Yol boyu yeni-yeni tikililər gözə dəyirdi, olimpiyada stadionu və onun kimi bir çox bina çox qısa bir müddətdə tikilib başa çatmışdı. Azərbaycanda müşahidə etdiyim bu müsbət dəyişiklik, Azərbaycan hakimiyyətinin ölkəyə göstərdiyi qayğı və onun uğurunun nəticəsidi. Ölkə bu sürətlə inkişaf edirsə işğal altındakı dədə-baba torpaqlarımızın qaytarılması, deməli, çox çəkməyəcək. Buna ürəkdən inanıram və inşallah inamım çin olar. Doğma Şuşamızda, Ağdamımızda təkrar olmaq istəyirəm, inşallah Tanrım bunu mənə qismət edəcəkdi...g
Ayın 23-ündə isə günortadan sonra uçduq, axşam saat Bakı vaxtıyla yeddidə Novosibirskə çatdıq. Namiq bəyin daha əvvəlcə görüşdüyü dostu Ərəstun bəy bizi qarşıladı və özüylə gətirdiyi maşına minib qalacağımız sanatoriyaya, Altay Vəstə sarı yola düşdük. Yolda bir marketdən pendir, çörək və s. alıb çıxdıq, bir müddət sonra da Ob çayı üstündə axşam çörəyini qana yerikləyən cəlladlar kimi şığıyan ağcaqanadların hücumu altında birtəhər əlüstü yeyib maşına qaçmalı olduq. 
Yol boyu daha çox rastımıza çıxan yer adlarına fikir verdim, Skitim, Sbiri, Barnaul, Yarki, Balani, Katunskoə və s. Yeni salınan məskun mahallar da var. Yollara və bizi Allaha baş əyən budaqları ilə qarşılayıb yola salan ağcaqayın ağaclarına, şamlara fikir verdim, elə bil Bolu dağlarının arasıyla harasa gedirəm. İlk dəfədir olduğum nə bu torpaqlar mənə yaddır, nə dərdiyim hava, nə düzənliklər, nə onlarda bitən otlar, nə də dağlar. Buralar ulu babalarımızın və onların yetirmələrinin üstündə min illər boyudu yaşadığı yurd yerləridi. Hun və Göytürk imperiyası dövrlərində babalarım buralarda düşərgə salıblar, hakimiyyətlərini Azərbaycana, Dağlıq Qarabağa kimi genişləndiriblər, yüzlərlə xalqı firavan, asudə yaşadıblar, onların mədəniyyətlərinə, inamlarına, xüsusilə də dillərinə toxunmayıblar. Bəs bizlərə rəva bilinənlər!.. Uçsuz-bucaqsız olan bu yerlərdə indi əlbəttə bizə yad olan, özümüzün olub ancaq özgələrinin geninə-boluna istifadə etdiyi şeylər də var, xüsusilə də yeraltı və yerüstü sərvətlərimiz...g 
Burda hər şey bizim dildə danışır, dağlar, meşəliklər, uçsuz-bucaqsız otlaqlar, gecəli-gündüzlü öz dilində oxuya-oxuya şırıldayıb axan çaylar... Ancaq onların ixtiyarı özgələrinin əlindədir. Qaldığım otağın pəncərəsi meşəliyə sarıdı, Namiq bəy bu otağı xüsusi olaraq mənim üçün ayırdıb (Ona nə qədər təşəkkür etsəm yenə də azdır). Quşlar səhər-axşam öz dillərində çalıb-çağırırlar. İstər-istəməz dərin xəyallara dalıram və keçmişdə ulu babalarımızın yol verdiyi səhvlər yadıma düşür. Lənətə gəlmiş taxt uğrunda aparılan qanlı mübarizələrə, qardaşın qardaşa düşmən olduğu dönəmlərə duyduğum nifrət duyğusu daxili dünyamda tüğyan edir. Çox, çoox, çooox sevdiyim Məmməd Araz əmimin misraları qora dönüb ürəyimi qovurub cızdağa döndərir, gözlərimi qarsalayıb yandırıb yaxır:

"Səni səndən alıb belə
Yüz illərlə uyutdular,
Səni səndə ələdilər.
Səni səndə üyütdülər. 
Dibək oldun öz duzunla, 
öz daşınla. 
Ögey oldun, 
doğma, əkiz qardaşınla -
Məndən ötdü
dəyənlərin qeyrətindən, 
Namusunu 
yeyənlərin qeyrətindən!
ey daşlaşan, 
torpaqlaşan ulu babam!
Bu günümdən 
dünənimə uzaqlaşan ulu babam!
Ayağa dur!
Dəfn ətdiyim məsələni
Başdaşına
Bir təəssüf xatirəsi yazıb, yondur". 

Seyfəddin Altaylı



Avropalıların və türklərin milliyyətçilik anlayışı – Milliyyətçilik nədir, harada və necə yarandı?
22:32 / 15-11-2017
Təsəvvüfdə etiraz hərəkatı (3) – Bayramiyyə Məlamiləri
00:18 / 13-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya keçiriləcək
00:04 / 10-11-2017
Təsəvvüfdə etiraz hərəkatı (2). Gizli dərvişlik – Məlamilər
22:19 / 31-10-2017
Türklərin əski inancı - Şamanlıq, yoxsa Göy Tanrı?!
00:49 / 25-10-2017
Təsəvvüfdə etiraz hərəkatı. DƏRVİŞLİK
00:43 / 25-10-2017
Şair və iqtidar
18:56 / 18-10-2017
Türklərdə istihbarat və casusluq
18:32 / 18-10-2017
Avropalaşaq, modernləşək, yoxsa türkləşək?!...
20:12 / 06-10-2017
Yeni nəsli necə yetişdirməli?
21:54 / 03-10-2017
Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA
21:26 / 26-09-2017
Ə.Ələkbərov: In a name of the only God on the cross, the chrıstmas and the revelatıon of theır mythologıcal essence
22:48 / 15-09-2017
TÜRK HALK İNANCINDA IŞIK VE YA KURT KULTU DESEN SANATINDA
22:10 / 12-06-2017
Faiq Ələkbərlinin yeni kitabının təqdimat mərasimi keçirilib
21:57 / 12-06-2017
Türkiyə çempionu "dünyanın ən çox tərəfdarı olan türk komandası Traktorsazi" ilə yarışacaq
14:36 / 08-06-2017
“Buta”, yaxud Türk xalçaçılığının hikmət xəzinəsi
23:13 / 02-06-2017