BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Faiq Ələkbərlinin yeni kitabının təqdimat mərasimi keçirilib

21:57 / 12-06-2017   /   baxış - 170

9 iyun 2017-ci il tarixində, Atatürk Mərkəzində fəlsəfə doktoru, Bütö Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərlinin "Turan Sivilizasiyasına Giriş: Turan Məfkurəsi və Tanrıçılıq" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı monoqrafiyanın tarixi həqiqətlərin aşkara çıxmasında çox böyük önəmə malik olduğunu deyib. Kitabda türk xalqlarının təşəkkülü ilə bağlı etnogenezi, dini-fəlsəfi dünyagörüşünün geniş şəkildə araşdırıldığını deyən S. Rüstəmxanlının sözlərinə görə, illərlə Azərbaycan tarixi məhdud ərazi çərçivəsində tədqiq olunub: "Ancaq həqiqət bundan ibarətdir ki, tariximiz türk dünyasının tarixindən kənarda yazılmamalıdır. Çünki Azərbaycan türk dünyasının mərkəzidir. Ona görə də bu gün təqdim olunan kitab bizim tarixşünaslığımız üçün son dərəcə vacib mövzuya həsr olunub”.

Türkdilli Ölkələrin Parlament Assambleyasının ( TÜRKPA) baş katibi Jandos Asanov qeyd edib ki, turançılıq dünyada ən qədim sivilizasiyalardan biridir: "Turançılıq ideologiyası tədqiqatçılar və bizim üçün hər zaman böyük maraq oyadıb. Bu baxımdan mən Faiq Ələkbərlinin bu araşdırmasını çox mühüm hesab edirəm".


AMEA Fəlsəfə İnstitutunun direktor müavini Eynulla Mədətli isə çıxışında deyib ki, kitab yeni tədqiqatlara yol açacaq. O qeyd edib ki, turançılıq fəlsəfəsi və türkçülük əsərin müəllifi Faiq Ələkbərlinin tədqiqatlarında əsas rol oynayıb: "Düşünürəm ki, bu kitabda fəlsəfi dəyərlərlə yanaşı, çox zəngin faktlara da yer verilib. Kitabda türkçülük əleyhinə sovet dönəmində yazılan əsərlər araşdırılıb və onların əsassız olduğu sübuta yetirilib. Bu baxımdan kitab çox ciddi elmi araşdırma kimi qiymətləndirilə bilər".

Müəllif F. Ələkbərli isə deyib ki, kitabı yazmaqda məqsədi türk xalqının fəlsəfəsini araşdırmaq və bunu təbliğ etməkdir: "Mənim babalarımın inandığı bir yol olub, bu da türçülük-tanrıçılıqdır. Biz də öz övladlarımıza öz yolumuzu göstərməliyik. Bizim yolumuz Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin yoludur. Bu əsərlərlə gənclərə öz tarixini xatırladırıq, yol göstəririk. Bu, özünə qayıdışdır. Mən Turandan yazmaqla qürur duyuram".

 

 

 

VİDEO(Xəbərdar TV):


Avropalıların və türklərin milliyyətçilik anlayışı – Milliyyətçilik nədir, harada və necə yarandı?
22:32 / 15-11-2017
Təsəvvüfdə etiraz hərəkatı (3) – Bayramiyyə Məlamiləri
00:18 / 13-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya keçiriləcək
00:04 / 10-11-2017
Təsəvvüfdə etiraz hərəkatı (2). Gizli dərvişlik – Məlamilər
22:19 / 31-10-2017
Türklərin əski inancı - Şamanlıq, yoxsa Göy Tanrı?!
00:49 / 25-10-2017
Təsəvvüfdə etiraz hərəkatı. DƏRVİŞLİK
00:43 / 25-10-2017
Şair və iqtidar
18:56 / 18-10-2017
Türklərdə istihbarat və casusluq
18:32 / 18-10-2017
Avropalaşaq, modernləşək, yoxsa türkləşək?!...
20:12 / 06-10-2017
Yeni nəsli necə yetişdirməli?
21:54 / 03-10-2017
Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA
21:26 / 26-09-2017
Ə.Ələkbərov: In a name of the only God on the cross, the chrıstmas and the revelatıon of theır mythologıcal essence
22:48 / 15-09-2017
TÜRK HALK İNANCINDA IŞIK VE YA KURT KULTU DESEN SANATINDA
22:10 / 12-06-2017
Türkiyə çempionu "dünyanın ən çox tərəfdarı olan türk komandası Traktorsazi" ilə yarışacaq
14:36 / 08-06-2017
“Buta”, yaxud Türk xalçaçılığının hikmət xəzinəsi
23:13 / 02-06-2017
Faiq Ələkbərlinin Tanrıçılığa aid kitabı nəşr olundu
20:41 / 16-05-2017