BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”

20:58 / 04-02-2016   /   baxış - 351

Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”

Bu gün (fevralın 4-ü) Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosioloji və hüquqi baxış ” adlı beynəlxalq elmi konfransı keçirilib. 
 
AMEA Fəlsəfə və Hüquq İnstitutunun və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə keçirdiyi konfransda AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, AMEA Fəlsəfə və Hüquq Institutunun direktoru İlham Məmmədzadə, Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysam Cəlal, səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami Elaydi, DİN Polis Akademiyasının rəisi Nazim Əliyev, BAO Mərkəzi Şurasının üzvü, filosof-türkoloq Faiq Qəzənfəroğlu və digərləri çıxış ediblər. Onlar Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktının qlobal əhəmiyyət kəsb etdiyini və məsələlərin həlli istiqamətində Azərbaycanın digər ölkələrə nümunə olduğunu vurğulayıblar.

Azərbaycan alimi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu “Milli mədəniyyət və çoxmədəniyyərlilik” baışlıqlı məruzəsində bildirib ki, hər bir millət öncə milli mədəniyyətini dərk etməlidir. Onun sözlərinə görə, dünyada 200-dən çox millət olduğu halda, mədəniyyətə verilən təriflərin sayı yüzlərələdir. Belə olduğu təqdirdə dəqiqləşdirmək lazımdır “mədəniyyət” özü nədir, “çoxmədəniyyətlilik” dedikdə nə nəzərdə tutulur. Üstəlik, burada mədəniyyətlə yanaşı “kültür” və “sivilizasiya”, “multikulturalizm” anlayışlarının da izahı çox vacibdir. Faiq Qəzənfəroğlu hesab edir ki, vaxtilə Qərbin özü tərəfindən irəli sürülən multikulturalizmin, sonradan imtina olunması səbəbsiz olmamışdır: “Hər bir toplum ilk növbədə, başqa mədəniyyətlərin deyil, öz milli-mənəvi dəyərlərinin məhsuludur. Bir millət, toplum başqa toplumlardan bəzi dəyərləri mənimsəyə bilər, ancaq bu da müəyyən hədd çərçivəsində olmalıdır. Başqa millətin dəyərlərinə həddən çox üz tutan toplumların gələcəyi təhlükə altındadır. Bu baxımdan çoxmədəniyyətlilik, qloballaşma, demokratiya, tolerantlıq kimi anlayılarda son dərəcə həssas olmalıyıq. Biizm əsas məqsədimiz özümüz olmaq, milli varlğımızı ifadə etmək olmalıdır. Yəni çoxmədəniyyətli, ya da multikulturalizm mövqeyindən milli mədəniyyətə deyil, əksinə milli mədəniyyətə sahib olub çoxmədəniyyətliliyi idrak etməliyik. Azərbaycan xalqının varlığı bütün zamanlarda, bu gün də milli məədniyyət üzərində qurulmuşdur”.

Azərbaycan alimi bildirdi ki, bu gün multikulturalizm məsələsindən doğru nəticə çıxarmalı, yəni milli əxlaqımızı, milli-mənəvi dəyərlərimizi arxa plana keçirməməliyik. F.Qəzənfəroğlu: “Bu mənada hər bir şeyin əndazəsi, ölçüsü olmalıdır. Tolerant, multikulturist olmadan öncə, insan milləti, dini və mədəniyyəti haqqında biliyə malik olmalıdır. Hələ, Sovetlər Birliyinin ilk dönəmlərində, 1920-1930-cu illərdə Azərbaycanda “proletar mədəniyyət”dən vəcdə gəlib aşırı dərəcədə kosmopolit olmağımız ona gətirib çıxartmış­dı ki tardan, sazdan, papaqdan, örpəkdən imtina edirdik. Bu baxımdan bəziləri bundan nəticə çıxardaraq bilməlidirlər ki, əsas milli-mənəvi dəyərlər, milli mədəniyyətdir. Əlbəttə, yalnız milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini dərk edir, bu baxımdan toplumun həyatı üçün zəruri olan məsələlərə düzgün qiymət verirlər”.

Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”


Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”
 
karabakhmedia.az


Marksizm-leninizm ideologiyası bəşəriyyətə nə verdi?
22:18 / 01-07-2017
Müqəddəs Qurban bayramı - Dilavər Əzimli
15:27 / 11-09-2016
İqtidarınbədəni, bədənin iqtidarı
01:29 / 14-06-2016
İqtidarın bədəni, bədənin iqtidarı
13:40 / 24-02-2016
KƏRƏM MƏMMƏDOV: “İSLAM TÖRƏSİNDƏ ÜÇ, YEDDİ, QIRX MƏRASİMİ OLMAYIB…”
22:43 / 09-10-2015
İranda qadağan olunmuş kitab Türkiyədə nəşr olunub
14:48 / 20-08-2015
İslam dünyasının liderləri Moskvaya toplaşacaq
18:11 / 28-07-2015
QƏRBİN ANTİ-İNSANLIQ FƏLSƏFƏSİ
16:17 / 30-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - 16 günün SİYAHISI
11:30 / 28-06-2015
Avropa Oyunları: 10-cu günün sonunda Medalların Siyahısı
15:10 / 22-06-2015
20 iyun: MEDAL sıralamasında son durum
14:21 / 21-06-2015
Bakı-2015: Kim neçə medal qazanıb? - Siyahı
03:21 / 16-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - SİYAHI
15:54 / 14-06-2015
Beyinlə idarə olunan protezlər
09:09 / 07-06-2015
İran Avropa Oyunlarını izləyəcək
12:24 / 27-05-2015
Azərbaycan Hindistanla film çəkir: Baş rolu Mohanlal oynayacaq- Fotolar
17:40 / 18-05-2015