BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Hindistanlı fotoqraf: «Azərbaycanda insanlar məni hər cəhətdən təəccübləndirdilər»

13:28 / 26-04-2015   /   baxış - 417

Əslən Hindistanın cənub bölgəsindən - Keraladan olan Mujeeb Rahman (Mucib Rəhman), azı, 25 ölkəni gəzəndən sonra «Odlar diyarı» kimi tanıdığı Azərbaycana gəlib və ilk tanışlıqdan sonra bu sözləri deyib: «Buranın insanları məni heyrətə saldı. Bir turist bütün azərbaycanlılara xas qonaqpərvərlik birinci və ən önəmli faktordur. Azərbaycanda belə gözəl kadrları çəkdiyim üçün özümü xoşbəxt sayıram».

Mujeeb Rahman bu sənətlə hobbi kimi məşğul olduğunu deyir: «10 ildir fotoya meyl salmışam. Səyahət etməkdən və foto çəkməkdən həzz alıram. Bu mənim ən çılğın hobbimdir. Səyahət fotoqraflığını sevirəm və məhz səyahət fotolarına üstünlük verirəm. Mədəniyyət, xalqlar, həyat, mənzərələr və s. məni çox maraqlandırmır».

Çobanın həyatı, Səyahət davam edir… Lahıc, Azərbaycan.Çobanın həyatı, Səyahət davam edir… Lahıc, Azərbaycan.

Onun sənət sahəsində ilk və tək mükafatı 2015-ci il Hamdan Beynəlxalq Fotoqrafçılıq Mükafatıdır (HIPA- Hamdan International Photography Award).

Mujeeb Rahman-ı daha yaxından tanımaq üçünonun AzadlıqRadiosuna müsahibəsiylə və həvəslə paylaşdığı fotolarla tanışlıq yetər.

Səhər söhbəti. Atəşgah, Bakı.Səhər söhbəti. Atəşgah, Bakı.

O, «KƏNDLİ QADININ MƏSUM GÜLÜŞÜ»NÜ SEVİR...

- Adətən, özünüzü necə tanıdırsınız?

- Adım Mucib Rəhmandır (Mujeeb Rahman). Hindistanda doğulmuşam. Dubayda (BƏƏ) yaşayıram. Fotoqrafçılıq ən çılğın hobbimdir. 12 ildir ki, Dubay hökumətinin Turizm Departamentində çalışıram.

Həyat ağır hekayə deyil, bir qucaq ümiddir. Lahıc yolunda gözəl dağ mənzərəsi.Həyat ağır hekayə deyil, bir qucaq ümiddir. Lahıc yolunda gözəl dağ mənzərəsi.

- Bəs hobbinizə nə vaxt «yoluxmuşunuz»?

- 10 ildir...

- Ən məşhur «əsəriniz» hansıdır? Və sizin özünüzün ən sevdiyiniz foto hansıdır?

- Ən məşhur şəkillərimdən biri – 2015-ci il Hamdan Beynəlxalq Fotoqrafçılıq Mükafatıdır. «Rəngarəng həyat» (Life in Color) ana kateqoriyası üzrə qazanmışam. Bu fotonu Hindistanın şimalında yerləşən Şimla kəndindəki Buddist monastırında çəkmişəm.

- Bəs ən sevimli fotonuz?

- Hindistanın şimalında (Racastan) çəkdiyim «Kəndli qadının məsum gülüşü» fotosudur.

Atəşin keşikçisi. Yanardağ, Azərbaycan.Atəşin keşikçisi. Yanardağ, Azərbaycan.

- Sizcə, «Photoshop»un professional fotoqrafiyada yeri var?

- Əsasən, «Photoshop»suz şəkilləri bəyənirəm. Bəzən rənglə və ekspozisiya ilə oynamaq üçün «Lightroom»dan yararlanıram. Düşünürəm ki, özəlliklə səyahət fotoqraflığının «Photoshop»a ehtiyacı yoxdur.

- Gəzdiyiniz ölkələrdən ən çox hansını sevdiniz? Sualı bir az dəyişim: Hansı ölkə sizə daha maraqlı gəldi?

2015-ci il Hamdan Beynəlxalq Fotoqrafçılıq Mükafatına layiq görülüb. Bu foto Hindistanın şimalında yerləşən Şimla kəndindəki Buddist monastırında çəkilib.2015-ci il Hamdan Beynəlxalq Fotoqrafçılıq Mükafatına layiq görülüb. Bu foto Hindistanın şimalında yerləşən Şimla kəndindəki Buddist monastırında çəkilib.

- Azı, 25 ölkəni gəzmişəm - əsasən, Asiya və Afrika ölkələrini. Bir neçə Avropa ölkəsində də olmuşam. Məncə, həyatı təsvir etmək üçün ən yaxşı yer Hindistandır.

- Və... bir gün yolunuz Azərbaycana düşdü?

- Buraya ilk dəfə gəlsəm də, insanlar məni hər cəhətdən heyrətə saldılar. Onlardan xoş davranış, dəstək və qonaqpərvərlik gördüm. Deyərdim ki, onların belə xoş və gözəl olmaları unudulmaz idi.

Mujeeb Rahman-ın ən sevimli fotosu. Hindistanın şimalında (Racastanda) çəkilib. «Kəndli qadının məsum gülüşü» adlanır.Mujeeb Rahman-ın ən sevimli fotosu. Hindistanın şimalında (Racastanda) çəkilib. «Kəndli qadının məsum gülüşü» adlanır.

Buraya yenə gəlmək istərdim. Azərbaycanda belə gözəl kadrları çəkdiyimə görə özümü xoşbəxt hiss edirəm.

- Azərbaycan haqqında eşitdiklərinizlə gördükləriniz arasında çoxmu fərq var?

- Düzü, bura gəlməzdən öncə Azərbaycan haqqında elə bir bilgim yox idi. Sadəcə, «Odlar diyarı» kimi tanıyırdım, - o qədər. Bir turist üçün qonaqpərvərlik birinci və ən önəmli faktordur. Bu xüsusiyyətsə bütün azərbaycanlılarda var. Mən artıq burada dostlar qazandım.

- Azərbaycanda ən çox nə maraqlı gəldi sizə?

- Məndən ötrü Azərbaycanın tarix və mədəniyyəti maraqlıdır. Təbii ki, kəndləri, həyat tərzi, mənzərələr, insanlar, qonaqpərvərlik də həmçinin. Hər şey gözləntilərimi aşdı!.. Yenidən gəlmək çox xoş olardı!..



Müqəddəs Qurban bayramı - Dilavər Əzimli
15:27 / 11-09-2016
İqtidarınbədəni, bədənin iqtidarı
01:29 / 14-06-2016
İqtidarın bədəni, bədənin iqtidarı
13:40 / 24-02-2016
Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”
20:58 / 04-02-2016
KƏRƏM MƏMMƏDOV: “İSLAM TÖRƏSİNDƏ ÜÇ, YEDDİ, QIRX MƏRASİMİ OLMAYIB…”
22:43 / 09-10-2015
İranda qadağan olunmuş kitab Türkiyədə nəşr olunub
14:48 / 20-08-2015
İslam dünyasının liderləri Moskvaya toplaşacaq
18:11 / 28-07-2015
QƏRBİN ANTİ-İNSANLIQ FƏLSƏFƏSİ
16:17 / 30-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - 16 günün SİYAHISI
11:30 / 28-06-2015
Avropa Oyunları: 10-cu günün sonunda Medalların Siyahısı
15:10 / 22-06-2015
20 iyun: MEDAL sıralamasında son durum
14:21 / 21-06-2015
Bakı-2015: Kim neçə medal qazanıb? - Siyahı
03:21 / 16-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - SİYAHI
15:54 / 14-06-2015
Beyinlə idarə olunan protezlər
09:09 / 07-06-2015
İran Avropa Oyunlarını izləyəcək
12:24 / 27-05-2015
Azərbaycan Hindistanla film çəkir: Baş rolu Mohanlal oynayacaq- Fotolar
17:40 / 18-05-2015