BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İranın din "alim"lərinin İslama zidd fətvaları

23:33 / 05-05-2015   /   baxış - 4339

1)     Cinsiyyətin dəyişdirilməsi.

 
Bunu ilk dəfə ələ alan Xomeyni olmuşdur.Xomeyni “Təhrir əl Vəsilə” kitabında yazır:
 
“Məsələ 1.“Zahirən kişinin cinsiyyətinin qadına və qadının cinsiyyətinin kişiyə çevrilməsində problem yoxdur və bu qadağan deyildir.”
Məsələ 3. “ Əgər qadın ərə gedib,sonra cinsiyyətini dəyişərsə onun nigahı bu andan etibarən ləğv olunur və onun əridə əgər onunla bu əməliyyata qədər cinsi əlaqəyə giribsə mehrin tam verilməsi öhdəliyi durur...”
Məsələ 7. “Əgər bacı və qardaş hər ikisi cinsiyyətlərini əks olaraq dəyişiblərsə,bu onların qan qohumluğunu pozmur.Qardaş bacı,bacı isə qardaş olur.Əgər ata tərəfdən əmi cinsini dəyişərsə,o ata tərəfdən bibi olacaqdır və ya əksinə ana tərəfdən dayı olacaqdır.Həmçinin, digərləri də bunun kimi.”
Məsələ 8.”Əgər ana cinsiyyətini dəyişərsə o oğulun zövcəsinə məhrəm olacaqmı,yoxsa yox?Əgər ata qadın cinsinə keçərsə o öz oğlanlarına hətta ana çağrılmasa belə məhrəm olacaqmı?Zahirən bu belədir.Əgər gəlin cinsini dəyişərsə və kişi olarsa o öz xalasına məhrəm olacaqmı?Bütün bunlar məntiqdən uzaq deyil.”
 
Cinsiyyəti dəyişdirməyi Xamneyi  də caiz bilir.“Əcvibətul istiftat” kitabı ikinci cilddə “Cinsiyyəti dəyişmə” fəslində yazır:
 

Sual: 191: “Bəzi adamların zahirdə kişi olmalarına baxmayaraq, ruhi və psixoloji baxımdan onlar qadın xüsusiyyətlərinə malikdirlər.Onlarda cinsi məsələlərə olan meyllər (homoseksualizm) tamamilə qadınlara uyğun şəkildədir.Əgər onlar öz cinsiyyətlərini dəyişdirməsələr fəsada və günaha düşmə ehtimalları vardır. Onların cərrahiyyə əməliyyatı ilə müalicə etmək caizdirmi?
Cavab: Onların (homoseksualistlərin) cinsi həqiqətlərini aşkar etmək məqsədi ilə yuxarıda qeyd olunan cərrahiyyə əməliyyatının aparılmasının işkalı (problemi) yoxdur, bu şərtlə ki, bu, haram işə səbəb olmasın və öz ardınca fəsad gətirməsin.”

 
Bunu həmçinin, Muhəmməd Sadiq Ruhani də caiz görmüşdür.
Sual: “Kişinin bir səbəb olmadan öz cinsini qadın cinsinə çevirməsi caizmidir? Yəni,onda heç bir fizioloji qüsur yoxdur.Əgər bu icazəlidirsə,onunla evlənmək olarmı?
Cavab: “Mən bunun qadağan olmasında heç bir səbəb görmürəm.Onunla evlənmək olar.Çünki,ona kimi o artıq qadın olacaqdır.”
 
2) Şirk baradə.
 
Xomeyni yazır:
 
“Şübhəsiz ki, şirk ehtiyyacını Allahdan başqasından onun rəbb və ya ilah olduğuna etiqad edərək istəməndir.Allahdan başqasının rəbb və ya ilah olduğuna etiqad etmədən istəməyə gəlincə bu şirk deyildir.Bu baxımdan ölü ilə diri arasında fərq yoxdur.İstər adam torpaqdan və ya daşdan ehtiyyacını tələb etsin,bu şirk deyildir.” (“Kəşful Əsrar” səh  30)
 
“Batil bir əməl olsada daşdan vəya qayadan bir şeylər tələb etmək,istəmək şirk deyildir.Şübhəsiz ki,biz Allahın özlərinə qüdrət verdiyi İmamların və Peyğəmbərlərin müqəddəs ruhlarından mədət diləyirik.”(“Kəşful əsrar” səh 49)
 
Ayətullah Xameneyiyə sual verirlər:
Sual 325: “Belə bir firqə var ki,onlar Əli (r.a)-yə o Allah deyil,amma Allahdan da aşağı deyil deyirlər.Bu sözü deyənin hökmü nədir?
Cavab: “Onlar Allaha şərik görməsələr müşrik deyillər.”
 
 
3) Qızının dilinin sorulması.
Bu sözlərə görə bizi üzrlü hesab edin.Biz fəqət, sitat gətiririk.
Şiə mühəddisi Hurr Amili “Vəsailuş şia” (10/102)-da belə bir fəsil ayırmışdır. “Fəsil 35."Oruclu birinin öz xanımının və ya qızının dilini sorması və ya bunun əksinin kərahiyyət ilə caiz olması və qəsdən edilmədən xanımının və ya qızının tüpürcəyini udmasının orucu pozmaması babı.”
 
Bu fəsildən olan hədis № 12960.Muhamməd bin əl Həsən isnadı ilə Muhamməd bin Əli bin Məhbubdan, o da Muhamməd bin İsadan, o da İbn Məhbubdan, o da Əbu Vələddən: "Əbu Abdullahdan nəql olunur: "Mən öz kiçik qızımı öpürəm və orucluyam və onun tüpürcəyindən bir şey boğazıma gedərsə?" Dedi: "Bir eybi yoxdur, onun üzərinə bir günah yoxdur."

 
4) Oruclu vaxtı arxadan cinsi əlaqədə olmaq.
 
Mühəddis Hurr Amili “Vəsailuş şia” kitabında Əbu Abdullahdan rəvayyət edir: “Əgər kişi qadınına arxadan yaxınlıq etmiş və ikisidə boşalmamışsa,hər ikisinə qüsül almağa ehtiyyac yoxdur.Lakin,əgər kişi boşalmış isə o qüsül almalıdır,qadının alması isə lazım deyil.”
(c.2,səh 200,fəsil 12,№1922)
Həmçinin, eyni yedə oruclu qadınla arxadan cinsi əlaqə olmaq haqqında soruşduqda imam Əbu Abdullah dedi: ”Qadının orucu pozulmaz,qüsl almasına da ehtiyyac duyulmaz!!!”(“Vəsailuş şia” c.2,səh 200,fəsil 12,№1933; Tusi “Təhzibil əhkam” c.4,səh 319,№ 43)
 
Xomeyni yazır:Məsələ 11.
 “Ən məşhur və qüvvətli rəyə görə kişi qadının razılığı olmadan belə onunla arxadan yaxınlıq edə bilər.Lakin,ehtiyyata görə qadının razılığı olmasa bu işi görməsin.”(“Təhrirul vasilə” c.2,səh 216,məsələ 11)
 
 
5)     Sadiq Ruhaninin iyrənc fətvası.
Bu fətva bəlkə də ən iyrənc fətvalardan biridir.
Sual: “Cinsi əlaqə zamanı qadının kişinin anusuna bir şey daxil etməsinin hökmü nədir?Bu icazəlidir,yoxsa yox?Bu nigahı iptal edirmi və ərin qadından homoseksualizmdə olduğu kimi ayrılmasına səbəb olarmı?
Cavab: “Əgər ər razıdırsa onda bu icazəlidir və bu homoseksualizm deyildir.”http://www.istefta.com/ans.php?stfid=5794&subid=9
 
 
 
6)     Əbul Qasim əl Xoyinin “oynaq əlləri”
Ayətullah Xoyidən soruşdular:
Sual: “Kişiyə başqa kişinin,qadına da başqa qadının övrətinə zarafat və məsxərə niyyəti ilə paltar üstündən toxunmaq olarmı,bu şərtlə ki, şəhvəti istəklərə gətirməyəcək?
Cavab: “Bu əməl deyilən şərtlə qadağan deyildir.Düzünü Allah bilir.”(“Siratun nəcat” səh 260-261,№784)
 
 
7)Alkoqolun kiçik ölçüdə icazə verilməsi.
Sistani yazır: “Bütün ağac və ya digər maddələrdən alınmış alkoqol növləri təmizdir,nəcis deyillər.Buradan aydın olur ki,dərmanlar,parfümeriya və alkoqolu olan qidalar təmizdir və sən onlardan tərəddüd etmədən istifadə edə bilərsən.Həmçinin, az miqdarda (2%) alkoqolu olan içkini içmək və qəbul etmək olar.”(“əl Fiqh lil muqtəribin vafiqu fətava səmahətu Sistani” səh 86-87 №37,İmam Əli fondu,1999,3-cü nəşr)
 
 
7)     Ayətullah Həsən Əbtaxininqəribə fətvası
 
2006-cı ildə Ayətullah seyyid Həsən Əbtaxinin rəsmi idarəsi bir fətva imzaladı ki,bu fətva bütün ərəb dilli internet məkanında skandal və şok yaratdı.Fətva sual-cavab şəklindədir.
 
Sual №465. “Mən 15 yaşlı qızam.Mənim atam çox dindar adamdır.Mən bayıra çıxanda hicabımı bütövlüklə örtürəm.Amma,mənim atam sinəmdən və ağzımdan məni çoxlu öpür,arxadan qucaqlayır və boynumdan öpür.Mən ondan bunların qadağan olub-olmamasını soruşduqda o dedi ki,bütün bunlar  başqa niyyətlə olarsa qadağandır.Mən isə atalıq hisslərimə görə belə edirəm.Beləki,Rəsulullah (s.a.s) qızı Fatimə (r.a)-ni boynundan,sinəsi ortasından,ağzından öpər və dilini sorardı.”
Peyğəmbər (s.a.s) belə zülmü öz qızı ilə edibmi?Yox! Əgər edibsə bu istənilən ataya öz qızı ilə belə etməyə səbəb verirmi?
Mənim atamın etdiyi caizdir,yoxsa qadağandır?Əgər bu qadağandırsa onda niyə Rəsulullah (s.a.s) öz qızı ilə bunu edib? Bu faydalı sayta görə isə təşəkkürlər.
 
Cavab: “Va aleykum salam və rahmətullahi və bərəkətuh.Sənin atanın əməlləri onun dediyi şərtlərlə icazəlidir və onun niyyəti qəlbindədir.Onun haqqında isə pis fikirləşmə.”
 
Allaha and olsun ki,çox vaxt keçməmiş öz ayıblarının açıldığını və müzakirə obyekti olduğunu anlayıb,suala cavabı dəyişdilər.Amma,onlar nəzərə almadılar ki,birinci cavab artıq qeyd olunub və yaddaşda saxlanılmışdı.Onların ikinci cavabı da müsəlmana yaraşmayan cavab idi.

 

Vəziyyəti dəyişmək və ondan çıxmaq üçün onlar hətta, İslamdan kənar cavab belə verdilər.Onlar cavabı belə sözlərlə dəyişdilər:“Təqlid etdiyin mərciyə müraciət elə və ondan soruş.”
 
Yəni,bəlkə onun başqa fətvası oldu? Bəlkə o caiz bildi?
 
 
 
8)     Qrup sexsi.
 
Muhəmməd Sadiq Ruhaniyə saytında sual verdilər.Sualın məzmunu belədir: “Kişi iki qadınla evlidir və hər iki zövcəsi onu çox istəyirlər.Elə alındı ki,onların üçünün bir yerdə sexs aktı oldu.Kişi bu haldan narahatlıq keçirir və soruşur.”
Cavab: “Bu qadağan deyil və sizin etdiyinizdə problem yoxdur.Amma,zövcələrin bir-birinin övrətinə baxması caiz deyil.Əgər bu nəzərə alınarsa problem yoxdur.”

 

 

 

 
Şiələrin günümüzdə olan alimlərindən Hufeydə Ayətullah əl Hairi deyir: ”Müxtəlif qadınların və kişilərin qrup halında bir neçə saatlığa eyni məkanda əlaqə qurmalarında heç bir problem yoxdur.”  (“Kitabul Muta”,səh 147)
 
Siz bunu necə təsəvvür edirsiniz?!!
Bu fəsilə yekun olaraq demək istəyirik ki,belə çirkin fətvaların sayı çoxdur və bunu kitab halında da nəşr etmək mümkündür.Fəqət,biz bununla kifayətlənirik.
 
 
9)     Mutə nigahı baradə.
 
Mutə nigahı Əhli Sünnətdə hər zaman və məkanda haram olmasına baxmayaraq şiəlikdə halaldır.Mutə nigahı müvəqqəti nigah deməkdir ki,bu nigah boşanma niyyəti ilə bağlanır.Müddəti isə hədislərinin də ifadə etdiyi kimi bir saatdan bir ay və ya daha çox bir vaxta qədər uzadıla bilər.Nigah müddəti ərzində daimi nigahda olduğu kimi tərəflər münasibətdə olurlar.Bu açıq-aşkar bir zinadır.
 
Nigah olunan qızın müsəlman,müşrik,xristian,yəhudi,hətta məcusi olması belə fərq etməz.Əbu Abdullahdan rəvayyət olunur: ”Kişinin Məcusi bir qadınla mutə bağlamasında bir qüsur yoxdur.
(“Vəsaliuş şia” c.21,səh 38; “Təhzib” c.7, səh 256)
 
Başqasının xanımı ilə mutə bağlama:
 
”Əbu Abdullaha dedim ki,mən yollarda gözəl qadınlara rast gəlirəm.Onların yoldaşlarının olub-olmaması və ya ərdə olub-olmamaları baradə özümü tam əmin,rahat hiss edə bilmirəm.Əbu Abdullah dedi: ”Onlar sənin problemin deyil.Sənin işin onları razı etməkdir.”(“Kafi” c.5,səh 462)
 
Başqa bir rəvayyətdə isə Muhəmməd ibn Rəşiddən nəql olunur ki,Əbu Abdullaha dedim ki,mən bir qadın ilə mutə nigahı bağladım.Daha sonra qəlbimə onun əri olduğu şübhəsi gəldi.Araşdırmağa başladım və məlum oldu ki,əri vardır.Əbu Abdullah  cavabında dedi: “Yaxşı,bəs niyə araşdırdın?” (“Təhzib” c.7,səh 253; “Vəsailuş şia” c.21,səh 31)
 
Bakirə ilə mutə nigahı bağlamaq:
 
Əbu Abdullahdan nəql olunur: “Bakirə ilə mutə nigahı bağlamaqda bir problem yoxdur.”
(“Kafi” c.5,səh 462)
 
 
10) Həqiqi nigah ilə müvəqqəti nigah arasındakı fərqlər:
 
1-Daimi nigahda vəlinin olması vacibdir.Mutə nigahında isə bu vacib deyil.Əbu Abdullahdan: ”Dörd qadına sahib olan kişi istədiyi qadınla şahidsiz və vəlisiz evlənə bilər.” (“Vəsail” c.21,səh 64)
 
2-Daimi nigahda şahidlər zəruridir.Mutə nigahında isə şahid istənilməz.(“Vəsail” c.21,səh 64)
 
3-Həqiqi nigahda məqsəd daimilik və davamlılıqdır.Lakin,mutə nigahında məqsəd zövq almaq,müvəqqəti olaraq faydalanmaqdır.
 
4-Səhih olan nigah ancaq müsəlman və ya Əhli kitabdan olan bir qızla həyata keçirilir.Lakin,mutə nigahında isə yuxarıda bildirildiyi kimi məcusi bir qızla da caizdir. (“Vəsail” c.21,səh 38)
 
5-Səhih nigahda qadının iffətini qoruması vacib ikən,mutə nigahında qadının iffətini qoruması vacib deyildir.
 
6-Səhih olan nigahda insan zövcəsi ilə səfər edə bilərsə,mutə nigahında isə birlikdə səfər etmələri caiz deyildir.(“Vəsail” c.21,səh 77)
 
7-Həqiqi nigahda talaq yəni,boşanma vardır.Mutə nigahında isə bu yoxdur.(“Kafi” c.5,səh 451)
 
8-Səhih olan nigahda boşanma müddəti bilindiyi kimi üç ay və ya üç heyz zamanıdır.Amma,mutə nigahında hədislərdə keçdiyi kimi qırx beş gün,bir ay və ya iki heyz zamanıdır.
 
9-Bilindiyi kimi evlilikdə miras və vərəsəlik vardır.Amma,mutə nigahında bunların heç birisi yoxdur. (“Vəsail” c.21,səh 79)
 
10-Həqiqi nigahda dörd qadından artığı caiz deyildir.Lakin,mutə nigahında isə min qadınla da evlənmək caizdir. Zurara rəvayyət edir ki, o imam Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsailuş şia”, c. 14,səh 446-447)
Həmçinin oxşar rəvayyət (“Kafi” c.5,səh 452)
 
11-Həqiqi nigahda evli bir qadınla evlənmək caiz deyildir.Lakin,mutə nigahında evli qadınla evlənmək caiz olub,araşdırmaya belə lüzum yoxdur.
 
12-Həqiqi nigahda zinakar ilə evlənmək caiz deyildir.Çünki,Allah buyurur: ”Zina edən qadınla da ancaq zina edən kişi və ya müşrik evlənə bilər.Bu möminlərə haramdır.Lakin,mutə nigahında zinakar biri ilə nigah bağlamaqda heç bir problem yoxdur. (“Vəsailuş şia”, c.14,səh 446-447)
 
13-Həqiqi nigahda insanları çağırmaq və bildirmək vardır.Amma,mutə nigahında belə şey tələb olunmaz.(“Vəsailuş şia”, c.21,səh 65)
 
 
Ayətullah əl Hakimin rəsmi saytından:
“Fahişə olan qadınla mutə nigahı bağlamaq olar amma,o bir qayda olaraq bunu dini bir vacibat olaraq görmür.Ona görə də sən əmin olmalısan ki,o bunu əri qarşısında olan bütün öhdəlikləri ilə bərabər qəbul edir.O qadın da başa düşməlidir ki,ona verilən məbləğ zina haqqı deyildir.”
 
 
Ayətullah əl Hakim deyir:
 
 
Sual: “Yetkinlik yaşına çatmış valideynləri ilə yaşayan qızla mutə etmək olarmı?Onun 20 yaşı var.Amma,o hələ bakirədir.”
 
Cavab: “Bakirə qızla onun vəlilərinin (ata və qohumları) razılığı olmadan mutə bağlamaq olmaz.Əgər vəliləri yoxdursa (ölüb və ya yaxında yoxdularsa) onda qız özü özünə kafidir.”http://english.alhakeem.com/quearchv/ms.htm
 
 
Sistaninin fətvası:
Sual: № 164
“Elə yerlər var ki,orada camaatın maddi vəziyyəti ağırdır.Burada olan qadınlar mutəni yalnız keyfə görə yox,pula görə bağlayırlar.Onlar ilə mutə etmək olarmı?”
Cavab: “Bu caizdir.”
 
 
 
Sual №201
“Qadın və ya qız şəriət çərçivəsi daxilində mutədən istifadə edərək ondan bir peşə olaraq faydalana bilərmi ki,onunla yaşasın və pul qazansın?”
Cavab: “Bu caizdir.”


Ayatolla Sistaninin gomoseksual (livata) əlagə haqqında fətvası:

http://www.sistani.org/turkish/qa/01650/ 
 

 
11)  Xurafat baradə.
 
Şirazinin “Zifaf gecəsi və cinsi əlaqədə olmaq haqqında” babı
 
 
 1) İmam Sadiq buyurur: “Ay əqrəb bürcü altında olanda nigah bağlamayın.Çünki,bu xoşbəxt nigah olmayacaq.”
2) “Günortadan sonra cinsi əlaqədə olmayın.Bu izdivacdan əmələ gələn uşaq çəpgöz olar.Şeytan insan çəpgöz olanda həzz alır.”
3) “Öz zövcəniz ilə başqa qadını arzuladığınız halda əlaqədə olmayın.Ehtiyyat edilir ki,bu əlaqədən olan uşaq müxənnəs (qadına bənzər) və key olsun.”
4) “Ayaq üstə olanda cinsi əlaqədə olmayın.Çünki,bu cür eşşəklər edirlər.Bu əlaqədən olan uşaq hər yeri bulayan eşşək kimi olacaq.”
5) “Əgər siz zövcəniz hamilə olan halda dəstəmaz almadan onunla əlaqədə olsanız,uşaq xəsis və qəlbidaş olaraq doğulacaq.”
6) ”Qadınla üç gün-üç gecə səfərdə olduğunuz halda əlaqədə olmayın.Bu əlaqədən olan uşaq zalım hökmdarın yardımçısı olacaq.”
7) “Ayın axır iki günü qadınla əlaqədə olmayın.Bu nigahdan doğulan uşaq vergi toplayan və zalımın yardımçısı olacaq.”
8) “Əgər qadınla cümə axşamı ərəfəsində əlaqədə olsanız,bu əlaqədən olan uşaq rəhbər ya da alim olacaqdır.”

 



Marksizm-leninizm ideologiyası bəşəriyyətə nə verdi?
22:18 / 01-07-2017
Müqəddəs Qurban bayramı - Dilavər Əzimli
15:27 / 11-09-2016
İqtidarınbədəni, bədənin iqtidarı
01:29 / 14-06-2016
İqtidarın bədəni, bədənin iqtidarı
13:40 / 24-02-2016
Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”
20:58 / 04-02-2016
KƏRƏM MƏMMƏDOV: “İSLAM TÖRƏSİNDƏ ÜÇ, YEDDİ, QIRX MƏRASİMİ OLMAYIB…”
22:43 / 09-10-2015
İranda qadağan olunmuş kitab Türkiyədə nəşr olunub
14:48 / 20-08-2015
İslam dünyasının liderləri Moskvaya toplaşacaq
18:11 / 28-07-2015
QƏRBİN ANTİ-İNSANLIQ FƏLSƏFƏSİ
16:17 / 30-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - 16 günün SİYAHISI
11:30 / 28-06-2015
Avropa Oyunları: 10-cu günün sonunda Medalların Siyahısı
15:10 / 22-06-2015
20 iyun: MEDAL sıralamasında son durum
14:21 / 21-06-2015
Bakı-2015: Kim neçə medal qazanıb? - Siyahı
03:21 / 16-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - SİYAHI
15:54 / 14-06-2015
Beyinlə idarə olunan protezlər
09:09 / 07-06-2015
İran Avropa Oyunlarını izləyəcək
12:24 / 27-05-2015