BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Müqəddəs Qurban bayramı - Dilavər Əzimli

15:27 / 11-09-2016   /   baxış - 437

Müqəddəs Qurban bayramı Ramazan bayramı ilə birlikdə islam dünyasının ən əziz və vəhdət bayramlarından biridir. Bu bayram Türk dünyası üçün xüsusilə əzizdir. Çünki Türklər Tək Tanrıçılıq olan Tenqiriçiliyə tapındıqları zamanı Allaha qurban deyərək heyvan kəsər və insanlar arasında paylayardılar. İslam dini Türk dünyasının Törə qanunları ilə eyniyyət təşkil etdiyindən Türklər Tək Tanrılı dini qəbul etdiklərinə görə, bunu da sevə-sevə qəbul etdilər. 
 

Qurban bayramının ilahi bir rəmzi vardır. Tanrı öz peyğəmbərini imtahana çəkmək istədi və oma əmr etdi ki, uzun illərdən bəri həsrətində olub, yolunu gözlədiyi və dünyaya gəldiyi oğlunu ona qurban versin. İmtahan olsa da, çox çətin sınaq idi! Amma Allahın peyğəmbəri bu imtahandan şərəflə çıxdı və bu imtahana görə də mükafatlandırıldı. Qurandan bizə gəlib çatan bu informasiyarda böyük bir fəlsəfə yatır. Nəfsinə qalib gəlib, sevdiyi Tanrıya bütün varlığı ilə inanan peyğəmbər övladından da keçdi. Əslində, bu Allaha yaxınlığın ən uca zirvəsidir! Qurban Allaha yaxınlıq deməkdir. Quranın bizə gəlib çatan məlumatlarında “qoyun kəsin, inək kəsin” ifadəsi yoxdur. Bu mərasimin mənası Allaha sadiqliyi yoxlamaqdır! Ona görə də Qurban kəsiləndə bunlar unudulmamalıdır. Kəsilən heyvan Allaha xətir əzizlənməli, gözləri bağlanmalıdır. Dördə üç hisəsi də kəsməyə imkanı olmayanlara paylanmalıdır!
 

Bizlərdə necə olur? Sanki bütün müsəlman dünyasında “qoyun genosidi” baş verir. Onu kəsənlər nə dərəcədə Allaha yaxındırlar. İslam dünyası hər il olduğu kimi bu ildə bu bayramı qan-qada işrisində qarşılayır. Hanı İslam dünyasında vəhdət? Vəhabisi, sələfisi, nurçusu, süleymançısı, sünnisi, şiəsi və s. bir-biri ilə düşməndir. Yüz yerə parçalanıb İslam dünyası. Cəhalət hökm sürür bu dünyada! Səfalət hökm sürür bu dünyada. Əslində, Yer üzündə ən ədalətli bir dindir. Özündən əvvəlkiləri tamamalayaraq, onalara (Tək Tanrılı dinlərə) sayğı əks etdirərək sosial-ədaləti qoruyan bir dindir! Gəlin görək İslam dünyasında sosial ədalət varmı? Bir tərəfində savaşlar gedir, qanlar tökülür. Yadların fitnəsi ilə cahillikdən bir-birlərini qırırlar. Namaz qılanda bir deyir ki. əlini bağla səhvdir, o biri deyir ki, bağlama, səhvdir, dəstəmazı belə al, elə al və s..... Allaha yaxınlıq yada düşürmü? Namaz qılan başa düşürmü ki, qiyamdadır? Bəzən düşünürsən ki, özü qıldığın namazı özün qəbul etmirsən, görəsən Allah qəbul edəcəkmi? Namaz nədir? Onnun sözlərini diqqətlə oxuyun! Onu deyən şəxs necə pis ola bilər? Amma olurlar! Mənasız məsələlər üstə qırırlar bir-birlərini....Göstərin bizə İslam dünyasında Kembric, Oksford, Harvard kimi universitetləri? Axı bütün Qərb tarixçiləri yazırdılar ki, orta əsrlərdə İslam dünyasında olan Universitetlər dünyanın ən yaxşı Universitetləri idi. Bəs indi? İndi var... Amma tərqiətçi istehsal edirlər. İslam dünyasını nəzərdən keçirin, müharibə getməyən ərazilərdə də bir tayfa başqalarının malını, pulunu mənimsəyir. Bir tayfa kef içindədir, qalanları zillət ayaqlayır. Cəhənnəmi bu dünyada çəkirlər. Lakin Qurban bayramında hamı qurbandan danışır. Bunu artıq modaya çeviriblər. Allaha yaxınlığı moda əvəz edib. Necə ki, Həcci modaya çeviriblər. Bu bir reallıqdır və biz də əyani şahidiyik. Bununla belə İslam dünyasında həqiqi Allahsevərlər, imanlı şəxslər də az deyildir. Onların imanı hesabına Allah bizləri bəlalardan qoruyur!
 

Bu Vəhdət bayramı münasibətilə bütün İslam dünyasını, o cümlədən Vətənimizin sakinlərini səmimi qəlbdən təbrik edirəm! Allahdan istəyirəm ki, Alllah İslam dünyasını bütün bəlalardan qorusun, zalimləri cəzalandırsın və İslam aləmində əsl Vəhdətin yaranmasında bizdən öz şəfqətini əsirgəməsin! İlahi Amin!

 

Dilavər Əzimli

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Bütöv Azərbaycan Ocaqları sözçüsü

 

 

 



Marksizm-leninizm ideologiyası bəşəriyyətə nə verdi?
22:18 / 01-07-2017
İqtidarınbədəni, bədənin iqtidarı
01:29 / 14-06-2016
İqtidarın bədəni, bədənin iqtidarı
13:40 / 24-02-2016
Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”
20:58 / 04-02-2016
KƏRƏM MƏMMƏDOV: “İSLAM TÖRƏSİNDƏ ÜÇ, YEDDİ, QIRX MƏRASİMİ OLMAYIB…”
22:43 / 09-10-2015
İranda qadağan olunmuş kitab Türkiyədə nəşr olunub
14:48 / 20-08-2015
İslam dünyasının liderləri Moskvaya toplaşacaq
18:11 / 28-07-2015
QƏRBİN ANTİ-İNSANLIQ FƏLSƏFƏSİ
16:17 / 30-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - 16 günün SİYAHISI
11:30 / 28-06-2015
Avropa Oyunları: 10-cu günün sonunda Medalların Siyahısı
15:10 / 22-06-2015
20 iyun: MEDAL sıralamasında son durum
14:21 / 21-06-2015
Bakı-2015: Kim neçə medal qazanıb? - Siyahı
03:21 / 16-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - SİYAHI
15:54 / 14-06-2015
Beyinlə idarə olunan protezlər
09:09 / 07-06-2015
İran Avropa Oyunlarını izləyəcək
12:24 / 27-05-2015
Azərbaycan Hindistanla film çəkir: Baş rolu Mohanlal oynayacaq- Fotolar
17:40 / 18-05-2015