BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BİR QATİLİN ETİRAFI – ƏNVƏR MƏMMƏDOVLA MÜSAHİBƏ + FİLM

09:10 / 03-09-2016   /   baxış - 588

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin tələbəsi, Akademik Milli Dram Teatrında səhnə maşinisti vəzifəsində çalışan, gənc vətənpərvər, istedadlı aktyor, yeni çəkilmiş “Bir qatilin etirafı” filminin ssenari müəllifi, baş rolun ifaçısı Ənvər Məmmədovdur. Sizə onunla apardığımız yeni “Bir qatilin etirafı” filmi haqqındakı müsahibəni təqdim edirik:

 

-         Ənvər bəy, öncə bilmək istərdik bu filmin ideyası haradan ağlınıza gəldi və filmin əsas məğzi nədən ibarətdir?

 

-         Filmin ideyası “Rezonans” verilişinə baxdıqdan sonra ağlıma gəldi. Film İlyas adli bir gəncin əzablı həyatından bəhs edir. İlyas hələ uşaq ikən anasini itirir. Sonrakı həyatında insanların laqeydliyi və onun həyat qarşısında çarəsizliyi İlyası oğru, sonda isə qatil olmağa vadar edir.

 

-         Filmin ssenarisini yazarkən hansı hisləri keçirmisiniz və süjet xəttiylə sizin həyatınız arasında bir bağlılıq varmı, varsa necə?

 

-         İlk öncə belə deyim ki, mən bu ssenarini yazanda çox kədərli hisslər keçirirdim. Ssenarini yazib neçə dəfə kağızı cırmışam. O yaşadığım hissləri, kini, nifrəti sizə sözlərlə anlada bilmərəm. Onların hamısını filmdə rolumla və ssenarimlə göstərməyə çalışmışam. O ki qaldi süjet xettinin mənim həyatımla bağlılığına, bunu dahi aktyorumuz Hüseyn Ərəblinskinin sözləriylə izah edəcəyəm: “Men bu əllərimlə Dezdemonanın nazik boğazını deyil, bu dünyanın yoğun boğazından yapışıb boğmaq istəyirəm.” Men artiq istəmirəm ki, insanlar bir-birilərini boş yerə ittiham etsinlər. Mənasızca bir-birilərinə paxıllıq etsinlər. Artiq “Cənab Pul”-a görə canlar alınmasın.

 

-         Filmi çəkərkən siz və komanda hansı çətinliklərlə qarşılaşdınız?

 

-         Mən ilk öncə bu filmdə bizə göstərdiyi köməkliyə görə “Max Film”-ə, sonra dostum Azər Şirinova (nəzərinizə çatdırım ki, Azər Şirinov bu filmdə həm icraçı prodüser, həm de aktyor kimi fəaliyyət göstərib ) və sonra dostlarım Elşən İsmayıla və Elçin Hacıya təşəkkürümü bildirirəm.

 

Çəkilişdə bizim ancaq çətinliyimiz məkan tapmaqla idi. Məsələn, çəkiliş üçün ev tapmaqda çətinlik çəkdik. Hə, bir də Tahir müəllimə və C. Cabbarli adına "Azərbaycanfilm" kinostudiyası rəhbərliyinə minnətdarlığımı bildirirəm. Çünki məhz “həbsxana səhnəsi”-nin pavilyonunu onlar bizə təşkil etdilər. Çəkilişə göstərdiyi köməyə görə Azərbaycan Texniki Universitetinə də təşəkkür edirəm.

 

-         Filmin çəkiliş məqsədi nədir?

 

-         Bu filmi biz rejissor Murad Abdullazadə ilə çəkməkdə fikrimiz “festival”-a təqdim etmək idi. Film hal-hazırda da festivaldadır. İnşallah nəticəsini görəcəyik. Bir də əsas məqsədimiz insanlara sosial mesaj vermək idi ki, məncə ona da nail olduq.

 

-         Film heyəti haqqında qısa məlumat verərdiniz, zəhmət olmasa?

 

-         Filmin heyəti haqda bunu deyə bilərəm ki, filmin quruluşçu rejissoru gənc olmasına baxmayaraq, olduqca istedadlı bir insan - Murad Abdullazadədir. Ssenari müəllifi özüm, rejissor assistenti Emin Şamilov, rollarda isə mən, Aydın Əlili, Elşən Talıbov, Azər Şirinov, Məmməd Əliyev, Əzizə Həşimova, Lətafət Nuriyeva, Ümid İsmayılov, Emin Şamilov, Elvin Şərifov, Sənan Zeynallı və Cəlil Nəbiyevdir.

 

-         Bu mövzularda yeni işlər görəcəkmisiniz, yoxsa planınızda daha fərqli mövzular var? Varsa hansılardır?

 

-         Mən hal-hazırda iki yeni hekayə və ssenari üzərində işləyirəm. Biri “Son məktub” (bunu mən aprel ayında şəhid olan əsgərlərimizə həsr edəcəyəm) dağarı isə “Məzar daşı” adlanır (o da iki gəncin nakam sevgisindən bəhs edir).

 

-         Ənvər Məmmədov filmdəki “İlyas” obrazının həyatını yaşasaydı necə davranardı, o damı İlyasın taleyini yaşayardı? Yəni barışarmıydı bununla?

 

-         Gözəl sualdır. Təşəkkür edirəm, sualiniza görə. Mən elə özüm “İlyasam”. Amma bu həyatı yaşasaydım, barışardım, çünki hayqırmaqla heç nə düzəldə bilməzdim. Lakin yenə mübarizə edərdim. Özümün günahsız olduğumu sübut edərdim.

 

-         Son olaraq filmin ssenari müəllifi və baş rolun ifaçısı kimi izləyicilərinizə və dəyərli xalqımıza nə demək istərdiniz?

 

-         Sonda insanlara demək istəyirəm ki, çalışın heç kəsi boş yerə ittiham etməyin. Bir əməli etdikdə daima axirətinizi düşünün. Çünki bu dünyada olmasa da, o biri dünyada mütləq əməllərinizə görə cavab verəcəksiniz. Bir de heç kəsə pislik etməyin. Gec-tez etdiyiniz pisliklər bir gün gəlib özünüzə qayidacaq.

 

Çalışın bol-bol yaxşılıqlar edin. Unutmayın, nə olursa-olsun bu həyatda həmişə etdiyiniz yaxşılıqlar qalacaq.

 

-         Sizə və filmin bütün heyətinə uğurlar diləyir, müsahibə üçün təşəkkür edirik!

 

Film:

 

Müsahibəni götürdü: Elşən İsmayıl ( gənc yazar və rejissor)

 

 


Qacarlar "İran" demək deyil - Faiq Ələkbərli
23:12 / 13-10-2017
ОТВЕТ В.А.ШНИРЕЛЬМАНУ
23:08 / 13-10-2017
Könüllərin Fatehi: Şah İsmayıl Xətai (III hissə)
21:47 / 12-10-2017
Tarixdə ilk Qızılbaş hərəkatı - Babailər
22:27 / 09-10-2017
Nadir şahın hərbi dəniz donanması yaratmaq cəhdləri
22:15 / 09-10-2017
Qafqazda erməni dövlətinin yaranması (III hissə)
20:29 / 06-10-2017
Könüllərin fatehi: Şah İsmayıl Xətai (II hissə)
20:25 / 06-10-2017
Qafqazda erməni dövlətinin yaranması (II hissə )
22:40 / 03-10-2017
Könüllərin fatehi: Şah İsmayıl Xətai (I hissə)
21:45 / 03-10-2017
Türk dili və Türk ədəbiyyatının inkişafında Şah İsmayılın rolu
21:28 / 29-09-2017
Qafqazda erməni dövlətinin yaranması (I hissə )
22:29 / 28-09-2017
Nigar Gözəlova: Nadir Şah Əfşarın qonşu dövlətlərə göndərilmiş səfirlikləri haqqına
22:15 / 28-09-2017
Paşa Əlioğlu: XVII əsr Səfəvilər dövləti tarixinə dair anadilli diplomatik sənəd: 1639-cu il Qəsri-Şirin sülh müqaviləsi
20:57 / 26-09-2017
Əkbər Nəcəf: Səfəvilərin mənşəyi
19:50 / 26-09-2017
Namiq Musalı: Safevî Şahlarının Ahlat ve Adilcevaz’la İlgili İki Fermanı Üzerine
19:42 / 26-09-2017
DİLİMİZ – MİLLİ KİMLİYİMİZ
22:00 / 24-09-2017