BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dünya şöhrətli "Turandot"un Nizami Gəncəvinin əsəri olduğu üzə çıxdı

23:50 / 29-07-2015   /   baxış - 8287

Kembric universitetinin tədqiqatçısı Kristina Van Ruyemberk maraqlı faktı üzə çıxarıb.

Nizami Gəncəvinin həyat və yaradıcılığını araşdıran ABŞ-ın Kembric universitetinin tədqiqatçısı Kristina Van Ruyemberk maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, Cakomo Puçininin "Turandot" operası Nizami Gəncəvinin ""Xəmsə"sinə daxil olan "Yeddi gözəl"poemasının sujeti üzərində qurulub. Əsərdə Nəzrin Nuş adlı slavyan əsilli xanım şahzadəsi Sasani şahı beşinci Bəhramın həyat yoldaşı olur. Adıçəkilən xanım Bəhrama qırmızı rəng və öz həmyerlisi olan "Adsız şahzadə xanım" haqında hekayə danışır. "Reymberk vurğulayir ki,operanın poema sujetinin üzərində qurulması haqqında məlumatları o hissə-hissə toplayıb. Puççini həmin operanı Karlo Qossinin eyniadli pyesi əsasında yazıb.

Onu da əlavə edək ki, bu pyes Puççinin ölümü səbəbindən yarımçıq qalıb, Əsərin təqdimatı ilk dəfə müəllifin ölümündən iki il sonra 26.04.1926-cı ildə Milanda baş tutub. Lakin Qossinin özünün sujet xəttinin hardan götürdüyü Kristinaya qaranlıq qaldığından o Puççinin həyat və yaradıcılığını araşdıran Lorenso Ferreroya müraciət edib.

Tədqiqatçı bunu belə izah edir: "Biz əmin ola bilərik ki, Qossi "Fars kitabını" oxuyaraq Nizaminin əsərindəki hekayəni tərcümə edərkən müəllifin adını göstərməyib.

Çox güman ki, heç Delakrua “1001 gün” adlı kitabında təsvir etdiyi tarixçələrin müəllifi olduğundan xəbərsiz olub. Bu pyesi Karlo Qossi Delakruanın (1001- bir gün) kitabı əsasında yazıb. Maraqlısı odur ki, Delakruanın "Adsız slavyan şahzadəsi Turandot" Nizaminin əsərində "Turan torpaqlarının qızı" adı altında oxucuya təqdim olunur. Burdan da belə çıxır ki, Delakrua haqda deyilənlər ehtimallar yox, həqiqətdir.
Kristina Van Reymberkin araşdırması göstərir ki, bu İtaliya operasının ilkin mənbəsi olan Nizamidən musiqişünasların əksəriyyəti xəbərsiz olub. "La Skala" teatrının rəsmisi qeyd edib ki, hazırda operada musiqi daha çox əhəmiyyət kəsb edir. Operanın yaranma tarixçəsi isə elə də maraqlı deyil. Teatrdan onu da bildiriblər ki, Nizaminin adı müqayisə üçün yalnız bir dəfə çəkilib.

Məlumat üçün demək lazımdır ki, "La Skala" tetrında hər il operanın yeni səhnə quruluşuna aid braşurlar buraxılır. Həmin kitabçalarda, əsərin yaranma tarixi onun müəllifləri haqda dolğun məlumat verilir. 
Turin universitetinin ədəbiyyat üzrə professoru Mariya Tereza Ciaveri 2010/2011-ci ildə yazılmış “Giunge da lontano, la principessa crudele…” adlı məqaləsində Nizaminin poeması və Puççininin opera librettosu arasında öz müqayisəsini aparır.

Təəssüflər olsun ki,Terezanın Nizami və onun yaratdığı şahzadə xanım obrazı haqda ayrıca kitabının çap olunmasına dair irəli sürdüyü təklif "La Skala" teatrın müdüriyyəti tərəfindən rədd cavabı alıb. Bir neçə müddətdən sonra teatrın müdriyyətinin dəyişməsinə baxmayaraq operaya aid olan yeni kitabçalarda Nizami Gəncəvinin adının heç olmaması hardasa təəccüb doğurdu.



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019