BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Metropolitan İncəsənət Muzeyində saxlanılan Azərbaycan Səfəvi bayrağı

19:59 / 25-01-2017   /   baxış - 579

 

Nyu-Yorkda yerləşən Metropolitan İncəsənət Muzeyində Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid xeyli sayda eksponatlar qorunur. Burada Səfəvi sülaləsinə aid 137 eksponat saxlanılır. Bu 137 eksponatdan biri Səfəvi sülaləsi zamanında istifadə edilmiş Azərbaycan bayrağıdır. Xaqan İsmayıl Səfəvinin 1501-ci ildə hakimiyyətə gəlməsindən başlayaraq 1736-cı ilə qədər Səfəvi sülaləsi hakimiyyətdə olmuşdur[1,121]. 1736-cı ildə Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın hakimiyyətə gəlməsi ilə Səfəvi sülaləsinin hakimiyyətinə son qoyuldu[1,150]. Türk dövlət sistemində tək bayraq anlayışı yoxdur[5,222]. Azərbaycan İmperiyasında müxtəlif rəngli və simvollu bayraqlar mövcud olmuşdur. Bu bayraqlara müxtəlif əlyazma nüsxələrində, məsələn Şah Təhmasibin Şahnaməsində və Azərbaycan İmperiyasına səfər etmiş səyyahların qeydlərində rast gəlinir[5,222; 6,44-45]. İskəndər bəy Münşi Şah Təhmasibin Van yürüşündə “Bükürük” adlı bayraqdan istifadə etdiyini yazırdı[2,137]. İ.Münşi Şah İsmayılın əjdaha rəsmli bayraqlardan da istifadə etdiyini qeyd edirdi[2,77]. Əjdaha simvolunun daha çox Çinə məxsus olması düşülsə də bu yanlışdır. Əjdaha simvolu eyni zamanda türklərdə də olmuşdur. Göy və yer-su üsnürlərinə bağlı olan əjdaha simvolu haqqında Çin mənbələri Şih-Çi və Hou-han-şu da hunların əjdaha festivalı keçirməsindən bəhs edilir[7,132-133]. Əjdaha simvolu türk inancına görə rifah, bərəkət, güc və qüvvət anlamlarını ehtiva edirdi[7,133]. Osmanlı sarayına göndərilən Heydər Mirzə İstanbula daxil olarkən 5 bucaqlı, ətrafı qırmızı haşiyəli, ağ rəngli, üzərində zülfüqar qılıncı təsvir edilmiş bayraqdan istifadə etmişdi[12,5].

Metropolitan muzeyində saxlanılan bayraq hicri 1107-ci (miladi 1695-96) ildə İsmayıl Kaşani tərəfindən ipək parçadan hazırlanmışdır. Uzunluğu 179.1 sm, eni 88.9 sm, inventar nömrəsi 38.167 olan bu bayraq Rocer fondu tərəfindən muzeyə hədiyyə edilmişdir. Bayraq əsasən qırmızı rəngdədir və üzərində 6 müxtəlif rəngli – yaşıl, göy, ağ və sarı rəngli xanalar vardır. Bu xanalarda Qurandan sitatlar gətirilərək Allah mədh edilmişdir. Bayrağı hazırlayan İsmayıl Kaşaninin adı isə mərkəzdə göy rəngli xananın daxilində qızılı hərflərlə yazılmışdır. Bu bayraqdan əsasən döyüşlərdə və dini mərasimlərin icrasında istifadə edilirdi[11]. Türklərin dini mərasimlərdə bayraqdan istifadə etməsi əski dönmələrdən mövcud idi[8, 97]. İslama qədərki türk bayraqları simvollarla zəngin olduğu halda İslamın qəbulundan sonra bu simvolların yerini dini yazılar almışdır[9,114]. Bayrağın üzərindəki yazılar süls elementli nəstəliq xətti ilə ərəb-fars dilində yazılıb[11]. Bayraqda istifadə edilən sarı rəng türk inancında əbədilik, iman, ağıl və hakimiyyətə işarədir. Sarı rəng hakimiyyəti ifadə etdiyi kimi dini gücü də ifadə edir[7,193-194]. Nəzər almaq lazımdır ki, Şah İsmayıl türk dövlət sisteminə əsasən xaqan titulunu qəbul etməklə həm dini, həm də dünyəvi hakimiyyəti öz əlində cəmləmişdi[4,56]. Göy rəng də əbədilik və Allaha hörmət anlamından işlədilən rənglərdən biridir. Həmçinin göy rəngdən hansısa bir əşyada istifadə edilərsə bu o əşya hörmət edilməsi anlamına gəlirdi[7,188]. Hakimiyyət və hökmdarlıq simgəsi olan yaşıl rəng bir çox türk bayraqlarında yer almışdır. Göytürk bayrağında yaşıl rəngli qurdun təsvir edilməsi, Avar və Qəznəvilərin bayraqlarının əsasən yaşıl olması buna misaldır[7,193]. Yaşıl rəng həm də İslam dinində mühüm yer tutur. Axirət həyatının, xüsusən də cənnətin yaşıl rəngli təsvir edilməsi[3,549], cənnət əhlinin yaşıl libas geyinməsi[3,267] və s. buna misaldır. Qırmızı rəng isə türk simvolikasında güc və iqtidar anlamına gəlirdi[7,186].

 

 

Bayrağın üzərində olan yazılar:
Süls elementli nəstəliq xətti ilə ərəb və fars dilində yazılıb(yuxarıdan aşağı):

Yaşıl rəngli iri xana (Quran 37:172-173):

172. Onlar mütləq qalib gələcəklər.

173. Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!

 

Yuxarıdakı kiçik yaşıl xana (ərəbcə):

وکفی بالله و کیلا

Və Allah ən yaxşı himayəçidir.

 

Mərkəzdəki iri fiqur: (Quran 110-cu surə və hicri 1107-ci il)

1.Alahın köməyi və zəfər gəldiyi zaman;

2. İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman.

3. Rəbbini həmd-səna ilə təsdiq et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

 

Balaca sarı rəngli fiqur(ərəbcə)

یا مفتح الابواب

Ey, qapıları açan!

Göy və ağ rəngli fiqur (ərəbcə)

عمل العبد اسمعیل کاشانی

İsmayıl Kaşaninin şagirdinin işi

Fars dilində :

رایت فتح آید کردند تاریخ شروع

رایت نصر من الله بهر إتمامش علم١١٠٧

Zəfər bayrağı, işin başlanğıc tarixi

Allahın verdiyi zəfər bayrağı, bayrağın hazırlanma tarixi 1107

 

Aşağıdakı yaşıl xana(ərəbcə) :

یا رفیع الدرجات

Ey, əzəmətli!

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ədəbiyyat siyahısı
Azərbaycan Türkcəsində

1.        Azərbaycan tarixi. Mehman Abdullayevin redaktəsi ilə. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s.

2.        İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi(Tarixe-aləmaye-Abbasi). Bakı: “Şərq-Qərb”, 2010, 1144 s.
3.        Quran. Ərəb dilindən tərcümə edənlər: Ziya Bünyadov və Vasim Məmmədəliyev. Bakı: Azərnəşr, 1992
4.        Qurbanov A. Damğalar, rəmzlər, mənimsəmələr. Bakı: Strateji Araşdırmalar Mərkəzi, 2013, 328 s.
5.        Nəcəf Ə.N. İnanc Yaddaşı(köklər və tarixlər). Bakı: “Qanun Nəşriyyatı”, 2014, 352 s.
6.        Venesiyalılar I Şah Təmhasibin sarayında(Mikele Membre və Vinçenso Alessandri). Bakı: “Təhsil”, 2005, 112 s.
 
 
Türkiyə Türkcəsində
7.        Çoruhlu Y. Türk mitolojisinin ana hatları. İstanbul: Yeditepe Yayınevi, 2004, 151 s.
8.         Esin E. Türk kosmolojisine giriş. İstanbul: Kabalcı Yayınevi, 2001, 188 s.
9.         Roux J.P. Türklerin ve Moğolların eski dini. Çeviren: Prof.Dr. Aykut Kazancıgil. Ankara: İşaret Yayınları, 1994, 312 s.
10.    Türkler. Orta çağ. 21-ciltte, 6-cı cilt. Ankara, Yeni Türkiye Yayınları, 2002, 1654 s.
 
Elektron resurslar
11.    Metropoliten İncəsənət Muzeyi — metmuseum.org
12.     Nuriyev S. Metropoliten İncəsənət Muzeyində Azərbaycan İmperiyasına aid incəsənət nümunələri – Academia.edu (https://bakustate.academia.edu/NuriyevSadi)

Nuriyev Sədulla

Tarix fakültəsi, bakalavr, III kurs

Nuriyevqacar.77@gmail.com

 

 



ŞAH ABBAS ŞƏXSİYYƏTİ AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA
23:32 / 22-04-2017
31 Mart
20:11 / 06-04-2017
Bakıda Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi nümayiş olunur - "Bəxtəvər"
11:19 / 23-03-2017
Təbriz Heydərzadə Evi və Qacar Muzeyində xatirə şəkilləri...
11:16 / 23-03-2017
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
20:25 / 14-03-2017
Novruzda yenə də Bütöv Azərbaycan tonqalı qalanacaq
23:21 / 13-03-2017
Qədim Təbriz şəhərinin maketi təqdim olunub - FOTO
20:54 / 10-03-2017
Zəfər Oğuztürkdən daha bir milli əsər + FOTO
20:09 / 10-03-2017
Gənc istedadlı rəssam Zəfər Oğuztürk yenə öz əl işilə insanları heyrətə saldı
10:20 / 02-03-2017
Azərbaycan tarixində muğamın yeri və şöbələrinin təhlilinə dair
22:39 / 20-02-2017
İSTİQLAL BƏ İSTİQBAL YOLLARINDA
22:35 / 20-02-2017
Kimsəsizlər adası və heç kimlik vals... (hekayə)
13:10 / 15-02-2017
Ankarada ustad Şəhriyarın ədəbi-bədii gecəsi keçiriləcək
14:08 / 11-02-2017
MƏDƏNİYYƏTİMİZİ DÜNYAYA TANIDAN AZADLIQ MÜCAHİDİ
23:47 / 03-02-2017
Təbrizdə 90 nəfərlik “Barış” xor qrupunun konserti böyük rəğbətlə qarşılanıb - GÖRÜNTÜ
20:06 / 27-01-2017
Güney Azərbaycanın Şərq vilayətində 2 min nəfərlik Aşıqlar Birliyi yaradılıb.
20:15 / 25-01-2017