BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (II yazı)

00:43 / 29-08-2017   /   baxış - 308

 

 

 

Qənirə Pirquliyeva: Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (II yazı) - MƏQALƏNİ YÜKLƏ

 

 

Qənirə Pirquliyeva

BDU-nun dosenti,

tarix üzrə fəlsəfə doktoru            

Beləliklə, araşdırmamızı davam etdirmək üçün əslində Azərbaycanın tarixi etnik ərazilərinin mərkəzi və ilk qədim paytaxtlarından olan Qazaka və Ekbatananın yerləşdiyi, elmdə daha çox Atropatena adlandırılan ikinci dövlətimizin sikkə sistemini nəzərdən keçirməliyik. Əvvəlcədən qeyd etmək istərdim ki, birinci məqalənin Azərbaycan Albaniyasından başlamağımızın səbəbi yaşadığımız müasir Azərbaycanın coğrafi sərhədləri ilə bağlıdır.Amma xronoloji-tarixi baxımdan əvvəlcə Atropatena, yaxud da rus sovet tarixçi alimi Dyakonovun yazdığı kimi Azərbaycandan başlamalıydıq( D, 1956, 93). İkinci arqument kimi dünya tarixində ilk dəfə Atropatenanın adının e.ə. VII-VI əsrlərdə, Albaniyanın adını isə e.ə. IV əsrdə müəyyən tarixi hadisələr zamanı qeydə alındığını görürük. Belə ki, Strabon “Coğrafiya”əsərində yazır ki, Midiya iki hissəyə bölünürdü.Birinci hissəsi Böyük Midiya adlanırdı və paytaxtı Ekbatan şəhəri olmuşdu.İkinci isə Atropat Midiyası adlanırdı”.(1, 10). Demək Midiya dövlətinin zamanından hələ Atropatena haqqında ciddi məlumatlar var idi. Bu o deməkdir ki,  bəzi alimlərin rus-sovet ideologiyasına uyğun olaraq, Atropatenanın dövlət kimi yaranmasını e.ə. 331-ci ildən sonrakı hadisələr zamanı tarixi ( yaxud,  hələ də tam dəqiqləşməmiş-Q.P.) sərkərdə, əhəmənilərin canişinlərindən olan Atropatla əlaqələndirmək olmaz. Bu isə o deməkdir ki, Azərbaycan dövlətinin adının kökündə şəxs adı-Atropat adlı adamın adı durmur. Bu daha çox məqsədli şəkildə yanlış fikirlər yaymaq üçün yazılan cəfəngiyyatlardan biridir.  Üçüncü arqument kimi, bu dövlət Midiyanın zamanında Strabonun yazdığı kimi var idi və Midiyanın əsas hissələrindən biri idi. Hansısa bir dövlət birdən –birə boş ərazilərdə kiminsə arzusu ilə yaranmır və heç zaman bəşər tarixində belə təcrübə olmamışdı. Dövlətlərin yaranma tarixində uzun minilliklər yaşam  yerləri, dövlətçilik ənənələri , lazımi infrastruktur və s. olmalı idi. Demək Azərbaycan adının erkən variantı kimi Atropaten,  Aturpatkan kimi adları qəbul etmək və bu dövlətin dövlət kimi tarixini e.ə. I minillikdən, daha dəqiq e.ə. VII əsrdən hesab etməyə bizim əlimizdə xeyli miqdarda saydığımız və araşdırdığımız mövzudan kənar olduğu üçün saymadığımız arqument və faklar vardır. Hər halda e.ə. VII əsrdən e.ə. 331 ci ilə qədər 300 ildən artıq vaxt var. Bir insan 300 il yaşaya bilməzdi ki, onun adına dövlət sonra nigah diplomatiyası səbəbindən belə adlansın. Hələ əhəmənilərə qədər Midiya dövləti zamanında bu dövlət yuxarıda qeyd etdiyimiz kimi mövcud olmuşdu. Midiya dövlətinə aid edilən konkret sikkə materialı elmə məlum deyildir. Bu səbəbdən belə sikkələrin mövcudluğunu ən tezi bizlər Əhəməni, sonra isə Parfiya dövləti zamanında görürük. Ən son , üzərində Atropatenanın məşhur 3 hərfin birləşməsindən ibarət monoqramını erkən ərəb-sasani sikkələri üzərində izləyirik. Bu monoqram demək olar ki, bütün nominallarda-qəzəl, gümüş və mis sikkələrdə dəyişilmədən qalmışdı. Nadir hallarda yunan əlifbasında Atropat adı(Roma imperiyası zamanı) zərb edilirdi. Bir başqa misal kimi Parfiya hökmdarlarından olan Atropatlı Daranın( e.ə.65 ci il) sikkələrini göstərmək olar.

Birinci məqalədə zərbxana adları ilə bağlı fikirlərimizi təkrar etmədən qeyd etmək lazımdır ki, dünya numizmatika elmində sikkə zərbinin həyata keçirildiyi yerlərin həmişə və bütün zamanlarada şəhərlərlə bağlılığı vacib hesab edilmir. Daha çox yerləşdikləri vilayətlərin, dövlətlərin adı ilə birbaşa bağlı olması qəbul edilmiş və yüzlərlə numizmatik abidə-faktlarla sübut edilmişdi(5, 48-50).Eyni sikkə zərbi adəti Atropaten dövlətinin bütün dönəmlərinə aiddir. Bu dövlətin adı ilə bağlı sikkə zərbinin davamlılığı 1100 ili-yəni e.ə. IV əsrdən eramızın VII əsrinə qədərki vaxtı əhatə edir. Bu bir dövlətin dövlətçilik tarixi üçün kifayət qədər vacib faktdır. Bəzi numizmat-alimlərin fikrincə Atropatena monoqramlı sikkələr Ekbatanda ( müasir Həmədan şəhərində) zərb olunmağına baxmayaraq, həmişə dövlətin, yaxud böyük və güclü vilayətin adı sikkələrdə göstərilmişdi.

ATR monoqramı göstərilən sikkələr daha çox Arşakilər-Parfiya dövləti zamanında bütün imperiya ərazisində dövriyyədə olmuşlar. Bu dövlətin sak –türk tayfalarının bir qolu olan parn-part,   yaxud parf tayfaları tərəfindən e.ə. 247 –ci ildə yaranması elmə məlumdur. 500 il, yəni bir minilliyin yarısı qədər mövcud olan bu dövlətin tarixi hələ də araşdırılmaqdadır. Bəzi məsələlərdə, xüsusilə sikkə zərbi məsələsində alimlər arasında ortaq, qəbul edilmiş mülahizələr hələ də yoxdur. Azərbaycanın sikkə zərbi işi olan ilk dövləti olan və üzərində ATR monoqramı olan sikkələrə əsasən Parfiyanın ilk 5 hökmdarını çıxmaqla  25 hökmdarın adından zərb edilən sikkələr üzərində, əsasən reversdə-əks tərəfdə kartuşun sol hissəsində bu monoqram aydın olaraq təyin edilir. Bəzi hallarda ATR monoarammı hətta maraqlı tamğa şəklindədir. Misal kimi,  Fraatın, yaxud Fərhadın həyat yoldaşı Muzanın adından qısa müddət ərzində zərb edilən sikkələrdə eyni qaydada, yəni əks tərəfdə bu monoqram daha çox türk runi əlifbasında-tamğaya bənzər şəkildə zərb edilməsini görürük.  

       

Maraqlıdır ki, bu işarə məhz xanımın obrazı olan hissədədir. Burada artıq yunan dilində və əlifbasında əvvəlki və sonrakı hökmdarların adından zərb edilən sikkələrdə olduğu kimi hökmdarlar hökmdarı-“bezileus-bazileu” kimi sözləri görmürük. Burada tamamilə bütün adlar və sözlər türk dilində və əlifbasındadır. Belə sözlərin və işarələrin olmasını dünya numizmatları öz əsərlərində dəfələrlə yazmışlar. Bu faktın özü də bir daha yayıldıqları və yaşadıqları ərazilərdən biri də olan Azərbaycanın etnogenezində müəyyən rol oynamış sak –skif tayfalarının bir qolu olan parn-part-parf tayfalarının türk olmasını sübut edən vacib yazılı mənbədir. Parfiyanın yarım minillik tarixində bir neçə paytaxtı, yaxud da paytaxt şəhərləri olduğunu bir çox alimlər öz əsərlərində yazırlar. Belə olduqda sual meydana çıxır-niyə Parfiyanın 30 hökmdarından  25 hökmdarının adından zərb edilən sikkələr məhz ATR monoqramlıdır. Digər şəhərlərdə, yaxud vilayətlərdə niyə sikkə zərbi belə geniş öz təsdiqini tapmır? Yəni Azərbaycanın 1100 illlik Atropatena dövləti zamanı tarixini öyrənmək və 2500 illik dövlətçilik tarixini dəqiqləşdirmək üçün bizlər mütləq yaxın ərazimizdə yaradılan və yaşayan , çox vaxt bizim yaşadığımız Azərbaycan Albaniyasını da öz təsiri dairəsində saxlayan Parfiya dövlətinin sikkə zərbini öyrənməyimiz çox aktual məsələdir. Bizlər, bizə aid olan sikkələrdən imtina edə bilmərik. İndiki İran, qədim Persiya bütöv olaraq- Cənubi Azərbaycan Parfiya dövləti yaranandan onun ərazisinə daxil idi. Bu hadisə işğal və ya müharibələrlə baş verməmişdi. Belə ki, eyni dilə, eyni mədəniyyətə və etnik kökə aid olan xalq olaraq  Selevkilərlə bir dövlətin tərkib hissəsində qala bilməzdilər. Romanın təsiri ümumiyyətlə, yalnız ticarət əlaqələri vasitəsi ilə həyata keçirilirdi. Demək,  heç bir şübhə olmadan Atropatenanın, yəni tarixi Azərbaycan torpaqlarının  Parfiyanın mərkəzi və ən vacib strateji məkanı olması, burada sikkə zərbini həyata keçirməyi bu dövlətin əsas işi kimi qəbul etməliyik. Burada bir vacib faktı da nəzərdən keçirməliyik. Belə ki, hər iki ərazidə, ümumi Azərbaycanın tarixi sərhədləri çərçivəsində e.ə. I əsrin əvvəllərindən başlayaraq, həm Albaniyasında , həm də Atropatenasında Parfiyanın sikkələri zərb edilməklə yanaşı, hakimiyyətə gələn hökmdarlar birbaşa yerli hakim dairələrin nümayəndələri olmuşdu. Azərbaycan Albaniyasında yerli Ərsakların- sak ərlərinin hakimiyyətə gəlməsi, yəni qanuni olaraq mərkəzi Parfiya hakimiyyəti tərəfindən təyin edilməsi I Vaçaqanın zamanından (cəmi 11 hökmdar-Q.P.),  Atropatendə isə bir əsr əvvəl  III Fraatın( e.ə. 70-ci ildən) hakimiyyəti zamanından baş vermişdi. Bu proses Parfiyanın son tarixinə qədər, yəni sasanilərin hakimiyyətə gəlməsi zamanına qədər davam etmişdi. Yazılı mənbələrdə daha çox Albaniyanın bu zaman hakimiyyətdə olan hökmdarları Aranşahları- Arranşahları adlanır; yəni ərazi Azərbaycan Albaniyası, hakimiyyətdə Aranşahları adlandırılan ərsaklar olmuşlar (7,168-174,8).  Bundan başqa,  Parfiyanin idarə edilməsi zamanı, onun bir dövlət kimi çiçəkləndiyi  zaman hakimiyyəti idarə edən atropatenli hökmdarlardan III Artaban (10-38), II Vonon (50-51), Dara (50-51), V Vologez (207-223) adlarını çəkmək lazımdır. Tarixi ədəbiyyatda bu hökmdarlar haqqında bəzi maraqlı məqamlar araşdırlmışdı. Məsələn, A.Qamkrelidze adlı alim əsərlərinin birində qeyd edir ki, “Romaya hörmətlə yanaşan Parfiya hökmdarı Vonon, Artaban tərəfindən taxtdan salınmışdı və sürgünə Kilikiyaya  göndərilmişdi. Tatsitin məlumatlarına görə oradan qaçaraq,  albanlara və genioxlara qədər çataraq, öz qohumu olan skif hökmdarına yetişməyə uğursuz cəhd göstərmişdi”(4, 10). Məlum olur ki, Parfiya zamanında hələ də insanlara skif çarları məlum idi.


 

Atropatenanın sikkə zərbinin bir çox özəllikləri vardır. Əgər Azərbaycan Albaniyasının yerli sikkələrində ox və yay obrazına demək olar ki, rast gəlmək çox az mümkündürsə, əksinə zərb tarixinə görə daha qədim olan Atropaten sikkələrində türklərə və demək olar ki, bütün dövlət quran türk xalqlarında ümumi  hakimiyyət rəmzi olan ox və yay obrazı əsas  işarə kimi zərb edilməsi faktını tam olaraq bütün nominallarda görmək mümkündür.  Ox-yay obrazının sikkələrdəki tarixini  əhəmənilərlə əlaqədar hesab edən alimlər ümumiyyətlə, bu adətin köçəri müasir İranda məskunlaşan qədim türk tayfaları ilə əlaqəli yaranmasını yazırlar ( 2, 46-49;3,5). Əslində bu faktın özü də bizlər üçün çox maraqlıdır. Demək,  Əhəmənilər dövlətçiliyin atributu olan sikkə zərbi işini türk xalqlarından öyrənərək, onların hakimiyyət rəmzi olan ox-yay obrazını sikkələrdə zərb etmişlər.

 


Klassik olaraq, yəni hüquqi cəhətdən varisliklə hakimiyyətə gələn bütün hökmdarların sikkələrində insanlar-kişi obrazlı hökmdarlar sağa tərəf profildən bütün geyimləri, baş bəzəkləri, tac nümunələri ilə bir-birini təkrar etmədən zərb edilmişdi. Antropoloji quruluşda demək olar ki bütün hökmdarların obrazlarını birləşdirən cəhət burun forması, gur saçlar, uzunsov baş quruluşudur. Nadir hallarda sikkələrdə hökmdarlar sola tərəf yönəlmiş şəkildə zərb edilmişdir. Numizmatika elminin qəbul etdiyi mülahizələrə əsasən bu cür qeyri-adi sola, yaxud anfasdan təsvir tarixi-siyasi hadisələrlə bağlı olmuşdu. Sola tərəf zərb edilən obrazlar qeyri-qanuni yolla, müvəqqəti hakimiyyəti zəbt etmiş insanlara aid olan bir zərb adətidir. Anfasdan zərb edilən hökmdar obrazları mərkəzi hakimiyyət tərəfindən hansısa bir əyalətə, yaxud yeni zəbt edilmiş vilayətə təyin edilmiş canişinlərə verilən bir hüquq olmuşdu. Parfiyanın tarixində də belə hökmdarların obrazlarını görmək mümkündür. Sikkələrin ikonoqrafik analizi bizə mühüm elmi mülahizələr irəli sürməyə imkan verir. Bu sikkələrdə insan obrazları dəyişikdir. Bu məsələ yalnız aversdə göstərilən hökmdarlarla bərabər, həm də reversdə zərb edilən tanrı, yaxud insan-hökmdar obrazlarına aiddir. Əks tərəfdə olan insan obrazlarını fikrimizcə Parfiya dövlətinin əsasını yaratmış Arşak-Ərsakla əlaqələndirmək lazımdır. Belə ki,  bu obrazın üz quruluşunda demək olar ki, sona qədər ciddi bir dəyişiklik yoxdur. Fərqli əlamətlər geyimdə, taxtın ölçülərində, bəzən də ayaq geyimində- çəkmə formasında daha çox nəzərə çarpır. Əldə tutmuş olduğu yay həmişə sağa tərəf uzadılmış şəkildədir. Əgər sikkəni saat əqrəbi istiqamətində fırlatsaq, onda yay bir başa başı sağa yönələn hökmdara çatan şəkildədir, varislik məsələsi-hakimiyyətin atadan oğula çatması,  dəqiq olaraq zərb işində göstərilmişdi.

 

 

Dünya numizmatika elmində bütün mütəxəssislər təfərindən qəbul edilmiş başqa bir elmi mülahizəyə görə “varvar” –“oxşatma” sikkələr üçün əsasən uzun zaman və bir çox dövlətlərin ərazisində hüquqi cəhətdən dəyər vahidi kimi qəbul edilən möhür və sikkə tipləri seçilirdi. Tanınmayan və dünya xalqları tərəfindən  qəbul edilməyən sikkələrin öz ölkələri çərçivəsindən çıxması , hətta oxşarlarının belə zərb edilməsi mümkün deyildi. Biz artıq Azərbaycan Albaniyası ərazisində belə oxşatma sikkələr haqqında yazmışıq. Eynilə Atropatena-Aturpatkan-Adurbadqan adı dövlətdə də e.ə. III əsrdən etibarən az miqdarda olsa da Parfiya sikkələrinin oxşatmaları olmuşdu. Xüsusi olaraq bu fakt yalnız müasir Azərbaycan ərazisində tapılan sikkələr arasında keçən əsrdə qeydə alınmışdı. Makedoniyalı İsgəndərin yaratdığı imperiyanın şərqində yaradılan bütün Parfiya dövləti ərazisində yalnız bizim hansısa naməlum zərbxanamızda konkret olaraq II Mitridatın hakimiyyəti illərinə aid belə saxta sikkələr zərb edilib dövriyyəyə buraxılmışdı.

 

 

 Bunlar artıq «varvar oxşatmalar»dan daha çox Azərbaycanda ilk dəfə zərb edilən qeyri-qanuni-saxta pullardır (6,23). Arşaki-parfiya sikkələrinin oxşatmaları da müəyyən qədər daxili bazar münasibətlərində əsil gümüş draxmaları əvəz etmişdi. Bundan başqa,  keçən əsrin I yarısında Y. A. Paxomov qeyd edirdi ki, “”bizim eranın əvvəllərinə aid bəzi qəbir abidələrində aşkar olunan arşaki draxmaları zərb etmə üsulu ilə deyil, tökmə metodu ilə hazırlanmışlar. Ehtimal ki, sikkə çatışmazlığı olduqda, yerli əhali əsil pulların üzünü qəliblərdə tökmə üsulla hazırlamışlar” (10,6-10). Adarbadqan adı sasanilər zamanında , konkret olaraq, sasani hökmdarı Viştaspi -Spandiat Rvalinin hakimiyyəti zamanında adlanmışdı-fikri elmdə artıq təsdiqlənmişdi(9, 19). Amma bu ölkə adının tarixi e.ə.VII-VI əsrlərdə hələ Midiya Atropateninin adında əks olunmuşdur.

Nəticədə, iki məqalənin sonluğunda məntiqi olaraq, hər iki Azərbaycan Albaniyası və Atropatendə zərb olunan sikkələrin üzərində A hərfi əsas baş hərfdir. Bu Azərbaycan dövlətinin adının ilk hərfidir. Sikkələr üzərində monoqramda olan dəyişikliklər daha çox dildə deyil, əlifbada baş verən qrammatik dəyişikliklər, yaxud dialektlər nəticəsində baş verə bilərdi. Bu faktları daha dəqiq dilçilər izah edirlər. Numizmatik materiallar üzərində olan yazıların izahı-yəni əlifba, dil və digər vacib incəliklər daha yaxşı dilçilər tərəfindən izah olunurlar.Bizlərə də onların araşdırmalarının nəticələrinə inanmaq qalır.

 

Ədəbiyyat siyahısı

1. Страбон. География. 11 кн.

2. Зеймаль Е.В. Парфянский лучник  и его происхождение. Сообщение Гос. Эрмитажа.Вып.27, Ленинград, 1982

3. Дьяконов И.М., Зеймаль Е.В. Правитель Парфии Андрогор и его монеты. //Вестник древней истории .M.,1988,4

4.  Гамкрелидзе А.Ш. Римско-парфянские отношения от Суллы до Траяна. Автор. kанд. диссер. Москва, 1986

5. Rəcəbli Ə. Azərbaycan sikkələri. Bakı,2013

6.  Pirquliyeva Q. Numizmatikanın əsasları. Bakı, 2009

7. Мамедова Ф. Политическая история и историческая география Кавказской Албании. Баку,1986

8. Мамедова Ф.Албанский каталикосат и албанские Аршакиды.Бартольдовские чтения.М.,1982

9. Картлис  Цховреба.История Грузии.Тбилиси,  2008

10. Пахомов  Е.А. Монеты Азербайджана.T.1,Баку,1956

 

 

 

 

 



Qafqaz İslam Ordusunu Azərbaycana gətizdirən kim idi?
21:45 / 23-11-2017
VƏLİQULU BİN DAVUDQULU ŞAMLININ “QİSƏSÜL-XAQANİ” ƏSƏRI
23:11 / 15-11-2017
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi (I yazı)
22:49 / 15-11-2017
S.Ə.Kəsrəvinin, “kəşf etdiyi Azəri dili” Ərəb mənbələrindəki Azəri dili deyil
22:42 / 15-11-2017
Алекпер Алекперов: К локализации и происхождению названия Аратта
23:10 / 13-11-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (IV yazı)
22:39 / 13-11-2017
“Müsavat” firqəsinə 100 il sonra baxış
01:09 / 07-11-2017
Urmiyədə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi təsis edilib
00:56 / 25-10-2017
Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və katib sənəti
00:35 / 25-10-2017
Qacarlar "İran" demək deyil - Faiq Ələkbərli
23:12 / 13-10-2017
ОТВЕТ В.А.ШНИРЕЛЬМАНУ
23:08 / 13-10-2017
Könüllərin Fatehi: Şah İsmayıl Xətai (III hissə)
21:47 / 12-10-2017
Tarixdə ilk Qızılbaş hərəkatı - Babailər
22:27 / 09-10-2017
Nadir şahın hərbi dəniz donanması yaratmaq cəhdləri
22:15 / 09-10-2017
Qafqazda erməni dövlətinin yaranması (III hissə)
20:29 / 06-10-2017
Könüllərin fatehi: Şah İsmayıl Xətai (II hissə)
20:25 / 06-10-2017