BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tehranda türkcə “Keçəl Oğlan” tamaşası nümayiş etdiriləcək

15:15 / 04-09-2017   /   baxış - 118

“Keçəl Oğlan” tamaşası nümayiş olunacaq – Tehranda


Sentyabrın 4-də Tehranın Hünər Salonunda “Keçəl Oğlan” tamaşası təqdim olunacaq.

 

Türk dilində hazırlanan tamaşanın rejissoru Həmidrza Qızılbaş, ssenari müəllifi isə Əlirza Fəridraddır.

 

Bu barədə Zəncan Əyaləti Səhnə Sənətləri Dərnəyinin rəisi Hüseyn Nəcəfi “Fars” xəbər agentliyinə məlumat verib.

 

“Pupək Teatr Qrupu “Keçəl Oğlan” tamaşasını ötən il Zəncan Əyaləti Səhnə Sənətləri Dərnəyi və Zəncan İncəsənət Hövzəsinin dəstəyi ilə istehsal edib. Tamaşa istehsal olduğu ildə Fəcr Teatr Festivalı, həmçinin əyalətdə keçirilən festivallarda səhnələşdirilib. Tamaşa bu il avqustun 6-dan 20-dək Zəncanın İmam Mədəniyyət Evinin Hünər Salonunda da nümayiş olunub. Tamaşaçıların böyük rəğbətini qazanan tamaşa son illərin izləmə rekordunu qırıb”- deyə o bildirib.

 

18-ci Ənənəvi Tamaşalar Festivalı çərçivəsində səhnələşdiriləcək “Keçəl Oğlan” tamaşası sentyabrın 4-ü Təbriz vaxtı ilə saat 17:00 və 19:00-da Tehranın Hünər Salonunda nümayiş olunacaq.

 

“Keçəl Oğlan” tamaşası xan qızına aşıq olan keçəl və yoxsul bir oğlandan bəhs edir. Xan qızını həmin oğlana vermək istəmir, o isə sevdiyi qızla evlənmək üçün şeytan və cinlərlə müharibəyə gedir. Bu vəziyyəti görən xan sonda qızı ilə yoxsul oğlanın evlənməsinə razılıq verir.

 

GünAz TV.



Qafqaz İslam Ordusunu Azərbaycana gətizdirən kim idi?
21:45 / 23-11-2017
VƏLİQULU BİN DAVUDQULU ŞAMLININ “QİSƏSÜL-XAQANİ” ƏSƏRI
23:11 / 15-11-2017
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi (I yazı)
22:49 / 15-11-2017
S.Ə.Kəsrəvinin, “kəşf etdiyi Azəri dili” Ərəb mənbələrindəki Azəri dili deyil
22:42 / 15-11-2017
Алекпер Алекперов: К локализации и происхождению названия Аратта
23:10 / 13-11-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (IV yazı)
22:39 / 13-11-2017
“Müsavat” firqəsinə 100 il sonra baxış
01:09 / 07-11-2017
Urmiyədə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi təsis edilib
00:56 / 25-10-2017
Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və katib sənəti
00:35 / 25-10-2017
Qacarlar "İran" demək deyil - Faiq Ələkbərli
23:12 / 13-10-2017
ОТВЕТ В.А.ШНИРЕЛЬМАНУ
23:08 / 13-10-2017
Könüllərin Fatehi: Şah İsmayıl Xətai (III hissə)
21:47 / 12-10-2017
Tarixdə ilk Qızılbaş hərəkatı - Babailər
22:27 / 09-10-2017
Nadir şahın hərbi dəniz donanması yaratmaq cəhdləri
22:15 / 09-10-2017
Qafqazda erməni dövlətinin yaranması (III hissə)
20:29 / 06-10-2017
Könüllərin fatehi: Şah İsmayıl Xətai (II hissə)
20:25 / 06-10-2017