BÜTÖV AZƏRBAYCAN OCAQLARI
‘’Tarixi şəxsiyyətlərimizə sahib çıxaq-Şah İsmayıl Səfəvi’’

20:04 / 16-05-2017   /   baxış - 322

15 may 2017-ci il tarixdə Tovuz rayonu  A.S.Puşkin adına tam orta məktəbdə ‘’Tarixi şəxsiyyətlərimizə sahib çıxaq - Şah İsmayıl Səfəvi’’ mövzusuna həsr  olunmuş tədbir keçirilib.

Tədbir  “Tariximizə Sahib Çıxaq”  tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ümumtəhsil müəssisələrində tarix dərslərinin ictimai və yaradıcı şəkildə təşkili” layihəsi çərçivəsində təşkil olunub.

Dövlət himni ilə açılan tədbirdə öncə Şah İsmayıl Xətai haqqında videoçarx nümayiş etdirilib. Sonra Məktəb şagirdlərinin təşkil etdiyi səhnəciklər göstərilib.

Tədbirin aparan – Tovuz rayonu Əlimərdanlı kənd orta məktəbinin tarix müəllimi Namiq Muradaov gələn qonaqaları salamlayaraq ilk sözü Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseyinovaya verdi. Validə xanım çıxışında bu cür tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etdiyini dedi, bu cür tədbirlərin şagirdlərin marifləndirilməsində və şəxsiyyət kimi formalaşdırılmasında böyük rol oynadığının vurğulayaraq təşkilatçılara minətdarlığımı bldirirəm.

İctimai Birliyin rəhbəri Araz Şamilov öz çıxışında tədbir iştirakçılarına minnətdarlığını bildirdi və bu layihə çəçivəsində yeni-yeni tədbirlər keçiriləcəyini qeyd etdi.

Tədbirdə həmçinin Şagirdlər Şah İsmayıl Xətainin ədəbi yaradıcılığından bayatı və şeirlər söylədilər.

Tarixci alim Əkbər Nəcəf Türk dünyasının görkəmli tarixi şəxsiyyəti Şah İsmayıl Xətainin ədəbiyyatımızda və tariximizdə oynadığı roldan söz açdı. O, Xətainin həyat və fəaliyyətinə toxundu.  

Tovuz rayon Düzqıqıqlı kənd orta məktəbinin şagirdi İbrahimov Rəhman sazda ruhani havasını ifa etdi.

Gənc tarixşi Sədi Nuriyev öz vçıxışında Şah İsmayılın yaradıcılığını tarixi qəhramanlıq baxımdan qiymətyləndirdi.

Tədbirdə Atatürk Liseyinin tarix müəllimi Elmar Həsənov, Məktəbin direktoru Rəşid Əmrahov və digərlərib. çıxış edərək maraqlı fkir və təkliflərini bildirdilər.

Sonda Rayonun fərqlənən şagirdlərinə diplomlar təqdim edildi. Həmçinin onlara AMEA Folklor İnstitutu adından kitablar hədiyyə edildi. 

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsad orta məktəblərdə şagirdlərin tarix dərsinə marağını artırmaqla yanaşı, onlarda fitri istedadı aşkarlamaq, dərslərin interaktivliyini təşkil etmək, uşaqların dünyagörüşünü və özünə inamını artırmaq və gələcək nəsli milli-mənəvi dəyərlərimizi öyrənmək istiqamətində inkişaf etdirməkdir.

BAO.az 



’Tarixi şəxsiyyətlərimizə sahib çıxaq-Şah İsmayıl Səfəvi
20:03 / 16-05-2017
RAMAZAN BAYRAMINIZ MÜBARƏK!
13:03 / 25-06-2017
Dilavər Əzimli “Faiq Ələkbərli aydınlarımıza məsləhət görür ki, tarixi münasibətlərə Türk qafası ilə yanaşmaq lazımdır!”
21:55 / 12-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya keçiriləcək
02:17 / 02-06-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya keçiriləcək
01:50 / 19-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk dünyası” mövzusunda növbəti diskussiya keçiriləcək
21:23 / 11-05-2017
İrəvan qədim türk torpağıdır
14:02 / 06-05-2017
Çaldıran döyüşünün gerçək tarixi
13:56 / 06-05-2017
ŞAH ABBAS ŞƏXSİYYƏTİ AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA
23:32 / 22-04-2017
31 Mart
20:11 / 06-04-2017
Bakıda Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi nümayiş olunur - "Bəxtəvər"
11:19 / 23-03-2017
Təbriz Heydərzadə Evi və Qacar Muzeyində xatirə şəkilləri...
11:16 / 23-03-2017
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
20:25 / 14-03-2017
Novruzda yenə də Bütöv Azərbaycan tonqalı qalanacaq
23:21 / 13-03-2017
Qədim Təbriz şəhərinin maketi təqdim olunub - FOTO
20:54 / 10-03-2017
Zəfər Oğuztürkdən daha bir milli əsər + FOTO
20:09 / 10-03-2017