BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ələkbər Ələkbərov: Kimdir bu mənim (şeir)

01:26 / 29-08-2017   /   baxış - 260

Kimdir bu mənim               

 

Fihi mə fihi (içindədir, o ki onun içindədir (Cəlaləddin Rumi)

Mən mənəm, “Mən” məndədir. Bir Böyük “Mən” var içimdə. 
Mənə “mən”i O Yar göndərib, Yaradılış var Ismində!

Məni “mən” O “Yar” etdi. Etdi əşrəfi xilqətin. 
Nur verib, yol göstərdi. Sirlərin açdı Cənnətin.

Təəssüf... Mənə “Adəm” dedilər,Palçıqla bağlandı “mən”im.
“Mən”ə bir nəfs verdilər! Günahım nədədir mənim?

Bir neçə buğda yedi, cənnətdən qovuldu “mən”im,
Yalvarıb, sordum Ondan: “Cismimdə kimdir - bu “mənim?”

“Mən”i mən “Yar”dan sordum: -“Mən” məndədir, yoxsa Səndə?” 
Mənə O “Yar” dedi ki:”İndi səndə, sonra Məndə”


“Məni” “Mən”im Cunun eylədi, divanə saldı çöllərə.
“Mən”i “Mən”-dən elim sordu ... Abdal tək düşdüm dillərə


Yer dedi: “mənəm əvvəl”! Saldı “Məni” qəfəsinə.
Uyar olmadı “Mən”im şeytanın bu vəsvəsinə.

İndi də “mən” olaraq bilmirəm – kimdir bu “Mən”im?
Çun öz Yarını dərk edərək, qəfəsi tərk etdi “Mən”im.

 

Ələkbər Ələkbərov

Buzovna. avqust 2017

 

 



Tofiq Bayram: Ana dilim (şeir)
23:46 / 21-02-2018
Tural Turan: Tatarlara səsləniş (şeir)
14:18 / 08-03-2017
Elşən İsmayıl: Ulu öndər Rəsulzadə (şeir)
15:32 / 02-02-2017
Əmrah Azad: Oxu, Türkün nəğməsini (şeir)
12:47 / 30-09-2016
Aytac Əzizova: 20 yanvar şəhidlərimizə (şeir)
22:12 / 20-01-2016
Türkanə Əaədova: Muğamatım (şeir)
22:11 / 19-01-2016
Məhəmməd Hadi: Qarışıq xəyallar (şeir)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay: On beş ili qarşılarkən (şeir)
01:44 / 26-07-2015
Aytac Əzizova: Həsrət qoydular (şeir)
23:50 / 17-04-2015
Tural Turan: Güney mücahidlərinə (şeir)
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti: Bayrağımız (şeir)
22:08 / 23-12-2014
Cabir Novruz: Sevin Azərbaycanı (şeir)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə: Ana dili (şeir)
22:05 / 23-12-2014
Süleyman Rüstəm: Dilimə dəymə (şeir)
22:02 / 23-12-2014
Rəna Dərbəndli: Ayırma Dərbəndi Azərbaycandan (şeir)
22:01 / 23-12-2014
Fəxrəddin Oruc Qəribsəs: Dəmirqapı Dərbənd (şeir)
21:53 / 23-12-2014