BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Məhəmmədhüseyn Şəhriyar: Türkün dili

21:16 / 23-12-2014   /   baxış - 413

                 Türkün dili

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

Məhəmmədhüseyn Şəhriyar, 1969.



Ələkbər Ələkbərov: Kimdir bu mənim (şeir)
01:26 / 29-08-2017
Almas İldırımın iki yeni şeiri tapıldı
22:46 / 27-04-2017
Tatarlara səsləniş - Tural Turan
14:18 / 08-03-2017
ULU ÖNDƏR, RƏSULZADƏ - şeir (Elşən İsmayıl)
15:32 / 02-02-2017
Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsi açıldı - FOTO
13:44 / 10-01-2017
OXU TÜRKÜN NƏĞMƏSİNİ - Emrah Azad
12:47 / 30-09-2016
20 yanvar şəhidlərimizə
22:12 / 20-01-2016
Muğamatım
22:11 / 19-01-2016
Məhəmməd Hadi (1879-1920)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay (1885-1956)
01:44 / 26-07-2015
Aytac: Həsrət qoydular (şeir)
23:50 / 17-04-2015
Tural Turan
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti (1855- 1931)
22:08 / 23-12-2014
Cabir Novruz (1933-2002)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə (1925-2009)
22:05 / 23-12-2014
Süleyman Rüstəm (1906-1989)
22:02 / 23-12-2014