BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tofiq Fikrət (1867-1915)

21:24 / 23-12-2014   /   baxış - 387

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Millət şərqisi

 

Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə,

Doğrandı mübarək vətənin bağrı səbəbsiz.

Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,

Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.

 

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

 

Gəl, qardaş, anan xalq sənə möhtac, onu qurtar.

Yardım ona, qurtarmaq o bədbəxti vəzifən.

Qarşında anan bağrı açıq, xəstə, zarıldar,

Görmək bunu, durmaq bizə bədtərdir ölümdən!

 

Hər an o gözəl sinəni xəncərləyir ellər,

İmdadına çatmazsaq əgər - məhvi müqərrər.

 

Zulmün topu var, gülləsi var, qələsı varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Göz yumma günəşdən, nə qədər nuru qaralsa

Sönməz əbədi, hər gecənin gündüzü vardır.

 

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

 

Vaxtilə atan kimsəyə minnətmi edərdi?!

Yox, qalmadı haşa sənə zillət pədərindən.

Dünyada şərəfdir yaşadan milləti, fərdi,

Silkin, bu zəlalət tozu uçsun üzərindən.

 

İnsanlığı pamal edən alçaqlığı yıx, əz!

Billah yaşamaq! Yerdə sürüklənməyə dəyməz!

 

Hərr rəng ilə haqsızlığı gördün... Bumu qanun?

Ən qəmli səfalətlərə düşdün... Bumu dövlət?..

Dövlətsə də, qanunsa da artıq yetər olsun,

Artıq yetər olsun bu dəni zülmü cəhalət...

 

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

 


Ələkbər Ələkbərov: Kimdir bu mənim (şeir)
01:26 / 29-08-2017
Almas İldırımın iki yeni şeiri tapıldı
22:46 / 27-04-2017
Tatarlara səsləniş - Tural Turan
14:18 / 08-03-2017
ULU ÖNDƏR, RƏSULZADƏ - şeir (Elşən İsmayıl)
15:32 / 02-02-2017
Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsi açıldı - FOTO
13:44 / 10-01-2017
OXU TÜRKÜN NƏĞMƏSİNİ - Emrah Azad
12:47 / 30-09-2016
20 yanvar şəhidlərimizə
22:12 / 20-01-2016
Muğamatım
22:11 / 19-01-2016
Məhəmməd Hadi (1879-1920)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay (1885-1956)
01:44 / 26-07-2015
Aytac: Həsrət qoydular (şeir)
23:50 / 17-04-2015
Tural Turan
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti (1855- 1931)
22:08 / 23-12-2014
Cabir Novruz (1933-2002)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə (1925-2009)
22:05 / 23-12-2014
Süleyman Rüstəm (1906-1989)
22:02 / 23-12-2014