BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tahir Saleh (Hacıəliyev)

21:50 / 23-12-2014   /   baxış - 484

 

Tahir SalehDərbəndə gəl. (şeirlər və lirik poema). Dərbənd-1998 - YÜKLƏ

Tahir Saleh. Mən də belə doğulmuşam (şeirlər). Dərbənd-2008 - YÜKLƏ

 

 

 

 

DƏRBƏND

(Lirik poemadan bir parça)

 

Bir yanın Xəzərdir, bir yanın dağlar,

Cənnətə döndərib qoynunu bağlar.

Sən mavi sulardan çıxan pərisən,

Dünyanın ən qədim, gənc şəhərisən!

Hər daşın tarixdən bir yadigardır,

Onda babaların nişanı vardır.

Al günəş rəngini səndən alıbdı,

Xəzər ahəngini səndən alıbdı!

Səndən bir töhfədir sevgi, məhəbbət,

Sənə ana deyir gör neçə millət!

Gözəldir, əlvandır dillərin xoru,

 

Şərəfdir hər kəsə milli qüruru!...

 

Qırxlar qəbristanlığına dair misralar...

 

Dəlisov başlara gürzlər enibdi,

Qalxanlar, nizələr çiliklənibdi!

Burda neçə insan ömrü solubdu,

Qırx sərkərdə birdən həlak olubdu!..

Qaladan kənarda, bir az aralı

Çaşır heyrətindən insan xəyalı!

«Qırxlar qəbristanı» bir nişanədir,

Bəlkə də, dünyada bircə dənədir!

Varlığı bir sirdir, bir möcüzədir,

Qiyamdır, üsyandır, mübarizədir!

İlahi, bu necə bir hekayətdir,

Bu necə qələbə, məğlubiyyətdir?!

Məğlub edə-edə düşmənlər səni

Necə basdırasan qırx sərkərdəni!

Elə şərafətlə basdırasan ki,

Elə məhəbbətlə basdırasan ki,

Mat qala yer üzü, dünya bu işə,

Adın əbədilik tarixə düşə!

Sən bu başdaşların qüdrətinə bax,

Bizim babaların qeyrətinə bax!

Sənət əsəridir hər bir başdaşı –

Torpağın vüqarı, xalqın yaddaşı!..

Qurban verilibsə qırx sərkərdə, bəs

Hardandır millətdə bu eşq, bu həvəs?

Demək, nahaq deyil mübarizəmiz,

Yaşamaq hüququ qazanmışıq biz!

Demək xalq yaşayır, millət yaşayır,

Millətin qanında qeypət yaşayır!

 



MƏN, HƏR KƏS DEYİLƏM... - Elşən İsmayıl
11:25 / 23-03-2017
SÖYLƏ, ŞAMAN... - Elşən İsmayıl
19:33 / 08-03-2017
Tatarlara səsləniş - Tural Turan
14:18 / 08-03-2017
Elşən İsmayıl : "Xocalıya ağlamaram..."
18:16 / 01-03-2017
Susadım, hay qanı içmək istirəm... - ELŞƏN İSMAYIL
16:54 / 20-02-2017
ULU ÖNDƏR, RƏSULZADƏ - şeir (Elşən İsmayıl)
15:32 / 02-02-2017
Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsi açıldı - FOTO
13:44 / 10-01-2017
OXU TÜRKÜN NƏĞMƏSİNİ - Emrah Azad
12:47 / 30-09-2016
20 yanvar şəhidlərimizə
22:12 / 20-01-2016
Muğamatım
22:11 / 19-01-2016
Məhəmməd Hadi (1879-1920)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay (1885-1956)
01:44 / 26-07-2015
Aytac
23:50 / 17-04-2015
Tural Turan
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti (1855- 1931)
22:08 / 23-12-2014
Cabir Novruz (1933-2002)
22:07 / 23-12-2014