BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Rəna Dərbəndli: Ayırma Dərbəndi Azərbaycandan (şeir)

22:01 / 23-12-2014   /   baxış - 653

Ayırma Dərbəndi Azərbaycandan

 

Ulu Türk nəsliyəm, oğuzdur babam,

Çöllərim qanlıdır, çıraxban - Qalam

Beş min il tarixin seyrinə dalaq.

 Ayırma Dərbəndi Azərbaycandan!

 

Azərbaycan-Ana, Dərbənd bir oğul,

Namərd öyunsə də, mərdə quldur, qul,

 Götür-qoy ediblər, gör neçə yüz yol,

Ayırma Dərbəndi Azərbaycandan!

 

Vətənim bilirəm başlayır hardan,

Möhkəm qalalardan, qən ormanlardan.

Bu tərəf Dərbənddir, o tərəf - İran,

 Ayırma Dərbəndi Azərbaycandan!

 

 Mənim də babamdır o Şah İsmayıl,

Ayrı düşən xalqım, bir oyan, ayıl!

 İçimdəki həsrət! Bir dağıl, yayıl!

Ayırma Dərbəndi Azərbaycandan!

 

Qədimdir tarixdə yurdumun adı,

İtib millətimin elmi, savadı.

Qedib doğmaları, qalıbdı yadı,

Ayırma Dərbəndi Azərbaycandan!

 

 Hər daşın altında bir iqid yatır,

 Abidəm, yaddaşım getdikcə batır.

Yeraltı yolları Təbrizə çatır,

Ayırma Dərbəndi Azərbaycandan!

 

Qalıb dağlarımda Babəkin səsi,

Qıratın, Bozatın silinməz izi.

Düşübdü qısmətə bir belə yazı,

Ayırma Dərbəndi Azərbaycandan!

 

Didərgin salıblar doğma ocaqdan,

Böhtanı yağdırır qaradan, ağdan.

Dərdlərim ağırdır inan ki, dağdan,

Ayırma Dərbəndi Azərbaycandan!

 

Cavadxan, Səttarxan fəxrimdir mənim,

Cavanşirim, Nəbim düşmənə qənim.

Təbrizdir, Dərbənddir mənim vətənim!

Ayırma Dərbəndi Azərbaycandan!

 

Gözəllər - Vaqifin qoşmalarında,

Çərqəti-örpəyi yaşmaqlarında.

Ceyranı-cüyuru aşmalarında,

Ayırma Dərbəndi Azərbaycandan!

 

Ağrısı toxunur heysiyyətimə,

Arzusu tuş gəlir xoş niyyətimə.

Əzəldən dayaqdır vilayətimə,

Ayırma Dərbəndi Azərbaycandan!

 

Doğma dilim olub biganə bizə,

Neçin gecəm dönmür nurlu gündüzə?

Söyləyəmək istərəm bu şeri sizə,

Ayırma Dərbəndi Azərbaycandan!

 

Anamsan, doğmasan, ey Azərbaycan!

Atəşgah yurdumsan, ey nurlu məkan!

Eşit bu sözləri doğma balandan:

Ayırma Dərbəndi Azərbaycandan!

 


Tofiq Bayram: Ana dilim (şeir)
23:46 / 21-02-2018
Ələkbər Ələkbərov: Kimdir bu mənim (şeir)
01:26 / 29-08-2017
Tural Turan: Tatarlara səsləniş (şeir)
14:18 / 08-03-2017
Elşən İsmayıl: Ulu öndər Rəsulzadə (şeir)
15:32 / 02-02-2017
Əmrah Azad: Oxu, Türkün nəğməsini (şeir)
12:47 / 30-09-2016
Aytac Əzizova: 20 yanvar şəhidlərimizə (şeir)
22:12 / 20-01-2016
Türkanə Əaədova: Muğamatım (şeir)
22:11 / 19-01-2016
Məhəmməd Hadi: Qarışıq xəyallar (şeir)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay: On beş ili qarşılarkən (şeir)
01:44 / 26-07-2015
Aytac Əzizova: Həsrət qoydular (şeir)
23:50 / 17-04-2015
Tural Turan: Güney mücahidlərinə (şeir)
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti: Bayrağımız (şeir)
22:08 / 23-12-2014
Cabir Novruz: Sevin Azərbaycanı (şeir)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə: Ana dili (şeir)
22:05 / 23-12-2014
Süleyman Rüstəm: Dilimə dəymə (şeir)
22:02 / 23-12-2014
Fəxrəddin Oruc Qəribsəs: Dəmirqapı Dərbənd (şeir)
21:53 / 23-12-2014