BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Şirvani Ədilli

21:31 / 23-12-2014   /   baxış - 486

Bayraq günü

9 noyabr 2015-ci il tarixində

Güneydə fars şovinizminə qarşı

kütləvi etiraza qalxmış fədagar soydaşlarımıza

 

Bayraq günü bayraq kimi yüksəldi, ucaldı

Türk millətinin haqq səsi bir anda Güneydə.

Bir həmlədə düşmənlərini lərzəyə saldı

Haqq yumruğu zülm üstünə qalxanda Güneydə.

 

Haydı, irəli, güclü, cəsarətli oğullar,

Xoşbəxt gələcək sizlərə möhtac, hamı anlar.

Tarixdə sizinlə yeni bir dövran açılmış,

Alqış bu fədakarlılğa, bu qeyrətə, alqış!

 

Qəlblərdə azadlıq kimi məfkurəni görcək

Yer-göy də müqəddəs bu savaşda sizə dəstək!

Hayqırtınıza yerdəki daşlar da oyanmış,

Mədh etmək üçün sizləri, amadə dayanmış,

Alqış sizə, alqış sizə, alqış sizə, alqış!

09.11.2015

 

Fars şovinizminə

 

Ey xalqlara düşmən kəsilən fars şovinizmi,

İnsanlığa bu zülmünü Allah götürərmi?

 

Ey saxta, münafiq, başı əmmaməli şeytan,

Bir gün də sənə bəs qənim olmazmı o Qur’an?

 

Xaricdən alıb dəstəyi çıxdın başa birdən,

Çıxmaqla da oldun bütün insanlığa düşmən.

 

Fars olmayanın varlığını görmədin əsla,

Farsdan savayı heç kəsə haqq vermədin əsla.

 

Fars olmayan hər xalqı yox etməkdir amalın,

Ancaq qalacaq bil ki, gözündə bu xəyalın.

 

Lənət sənə, lənət sənin amalına min yol,

Ey dövrümüzün qanlı bəlası, daha məhv ol!

 

Türk milləti öz haqqını mütləq alacaqdır,

Zülmə zəfəri mütləq ədalət çalacaqdır!

24.06.2014

 

         Millət oğulları

Güneyli fədakar hərəkatçılarımıza 

 

Ömrü fəda edib millət yolunda

Hər ağrı, əzaba dözən oğullar,

Bir məğrur görkəmlə, bir mərd duruşla,

Böyük Türk tarixi yazan oğullar!

 

Bu yol zindanlardan keçirmiş demə,

Zindan da bu yolun bir bələdçisi.

Hər zindan bir yeni yol açar sizə,

Hər yoldan ucalar türkün haqq səsi.

 

O zindanlara da şərəf gətirib

Qədəmlərinizin düşən hər izi.

Şərəflə yaşanan zindan ömrünüz

Tanrı dərgahına qaldrıb sizi!

12.02.2013.

 

Savaş

 

Millət kimi artıq özünü dərk çağımızdır,

Türkük, Vətənin üç yanı namərd yağımızdır,

Dərbənddən üzü Kəngərə öz torpağımızdır,

Yadlarda qalan elləri azad edərik biz,

Yol dahilərin qoyduğu yoldur, gedərik biz!

 

Bizlər sevərik xalqı, eli, milləti candan,

Öz xalqını sevməklə çatar haqqına insan,

Millətçilərik, indi bizimdir daha meydan,

Qoy hamı gəlib qüvvəmizi görsün, inansın,

Yoxdur önümüzdə elə qüvvət ki, dayansın!

 

Hürriyyət olar dünyada hər xalqa səadət,

Hürriyyətin uğrunda zəfərdir bizə qismət,

Bu yolda bizimlə olacaq çünki ədalət!

Bir qovğada hansı ulusun qayəsi haqdır,

Haqqın gücünə sonda o qalib çıxacaqdır!

 

Aprel, 2000.



Ələkbər Ələkbərov: Kimdir bu mənim (şeir)
01:26 / 29-08-2017
Almas İldırımın iki yeni şeiri tapıldı
22:46 / 27-04-2017
Tatarlara səsləniş - Tural Turan
14:18 / 08-03-2017
ULU ÖNDƏR, RƏSULZADƏ - şeir (Elşən İsmayıl)
15:32 / 02-02-2017
Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsi açıldı - FOTO
13:44 / 10-01-2017
OXU TÜRKÜN NƏĞMƏSİNİ - Emrah Azad
12:47 / 30-09-2016
20 yanvar şəhidlərimizə
22:12 / 20-01-2016
Muğamatım
22:11 / 19-01-2016
Məhəmməd Hadi (1879-1920)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay (1885-1956)
01:44 / 26-07-2015
Aytac: Həsrət qoydular (şeir)
23:50 / 17-04-2015
Tural Turan
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti (1855- 1931)
22:08 / 23-12-2014
Cabir Novruz (1933-2002)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə (1925-2009)
22:05 / 23-12-2014
Süleyman Rüstəm (1906-1989)
22:02 / 23-12-2014