BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Şair Saleh: Təbrizin haqq səsi

21:06 / 23-12-2014   /   baxış - 234

 

Təbrizin haqq səsi

Gəlmişəm şura Səhəndim, Savalandan soruram,
Ərdəbil, Urmiya, Zəngan, Həmədandan soruram,
Mil, Muğandan, Bakı, Gəncə, Qarabağdan soruram,
Bu kül altındakı köz, bir od olarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

Məktəbim taxtalanıbdır, açılıb dustaqlar
Kimliyim taptalanıb yüz cürə böhtan yağılar
Yasaq olmuş bu dilim, az qala kökdən dağılar
Şovinizmə, zülümə üsyan olarsa nə olar? 
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

Təbrizin Səttarı, Bağırxanı, Mir Cəfəri var,
Savalan gər ucalırsa günü-gündən yeri var,
Bax, Səhənd heybətinə lap özü tək şairi var
Qoca Heydər babanın səbri daşarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

İldırımlar çaxar onda səsi dünyayə dolar,
Sel olub düşməni məhv eylədiyində durular,
Xalqa qan utduranın əl-qolu əlbət burular,
El dəniz tək yenə də dalğalanarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

Azər övladı yenə birləşib üsyan salacaq,
Zalımı məhv eliyib bir yeni dövran quracaq,
Onda azadlıq olub, heç nə yasaq olmayacaq,
Şah başından yenə xalqım tac alarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

Salehəm xalqıma mən haqqıdan iman elərəm,
Xalqın uğrunda şirin canımı qurban elərəm,
Düşmənin bağrına bu sözləri peykan elərəm,
Şanlı bayraqla yenə ərk ucalarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

 

Saleh 1998

 


Ələkbər Ələkbərov: Kimdir bu mənim (şeir)
01:26 / 29-08-2017
Almas İldırımın iki yeni şeiri tapıldı
22:46 / 27-04-2017
Tatarlara səsləniş - Tural Turan
14:18 / 08-03-2017
ULU ÖNDƏR, RƏSULZADƏ - şeir (Elşən İsmayıl)
15:32 / 02-02-2017
Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsi açıldı - FOTO
13:44 / 10-01-2017
OXU TÜRKÜN NƏĞMƏSİNİ - Emrah Azad
12:47 / 30-09-2016
20 yanvar şəhidlərimizə
22:12 / 20-01-2016
Muğamatım
22:11 / 19-01-2016
Məhəmməd Hadi (1879-1920)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay (1885-1956)
01:44 / 26-07-2015
Aytac: Həsrət qoydular (şeir)
23:50 / 17-04-2015
Tural Turan
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti (1855- 1931)
22:08 / 23-12-2014
Cabir Novruz (1933-2002)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə (1925-2009)
22:05 / 23-12-2014
Süleyman Rüstəm (1906-1989)
22:02 / 23-12-2014