BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Heydər Oğuz

21:29 / 23-12-2014   /   baxış - 408

 

İran Türkün olub, Türkün olacaq.

Mənə Aranlısan deyən general,
Doğdu cavab haqqım, cavabını al,
Gün gələr, çin çıxar qurduğun xəyal,
Sənə ağır olar, qorxuram ancaq.
İran Türkün olub, Türkün olacaq.

Sən dünən çıxıbsan köhnə əbamdan,
Mənə xox gəlirsən doğma obamdan?
İran miras qalıb ulu babamdan.
Xətai sancıbdır o yurda sancaq
İran Türkün olub, Türkün olacaq.

Bir vaxt söz deməzdin sözüm üstünə,
Yoxsa kor olardın özün tüstünə.
Mən sənin dilini gözüm üstünə
Qaldırıb açmışdım qardaşa qucaq.
Sən mənim dilimi xor gördün ancaq.

Sən zülmə qərq etdin İran elini,
Cəhlin dili etdin doğma dilini.
İndi uzadırsan mənə əlini?
O əl öz saçını dönüb yolacaq.
İran Türkün olub Türkün olacaq.

Yorulub dövr etdim sənə növbəni.
Sən isə geyinib qara cübbəni,
Yadlara buraxıb Məkkə, Kəbəni.
Mənimmi yurdumda olubsan qoçaq?
İran Türkün olub Türkün olacaq.

Yoxsa yorğun Türkü  sanaraq ölü,
Yerinə qoymursan nöqtə, vergülü.
Qalxib ələyəndə başına külü
Sənə dar gələcək girdiyin bucaq.
İran Türkün olub, Türkün olacaq.

Yəqin utudubsan Alp Ər Tonqanı,
Məhəmməd Qacarı, Səlcuq sultanı.
O Uzun Həsəni, o Qazan xanı
Darıxma, yadına biri salacaq.
İran Türkün olub, Türkün olacaq.

Bəli,  Böyük İran Arandan keçir.
İrəvandan keçir, Muğandan keçir.
Turana gedən yol  İrandan keçir.
İransız qurulmaz bu ŞANLI OCAQ,
İran Türkün olub, Türkün olacaq.

Heydər Oğuz



Ələkbər Ələkbərov: Kimdir bu mənim (şeir)
01:26 / 29-08-2017
Almas İldırımın iki yeni şeiri tapıldı
22:46 / 27-04-2017
Tatarlara səsləniş - Tural Turan
14:18 / 08-03-2017
ULU ÖNDƏR, RƏSULZADƏ - şeir (Elşən İsmayıl)
15:32 / 02-02-2017
Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsi açıldı - FOTO
13:44 / 10-01-2017
OXU TÜRKÜN NƏĞMƏSİNİ - Emrah Azad
12:47 / 30-09-2016
20 yanvar şəhidlərimizə
22:12 / 20-01-2016
Muğamatım
22:11 / 19-01-2016
Məhəmməd Hadi (1879-1920)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay (1885-1956)
01:44 / 26-07-2015
Aytac: Həsrət qoydular (şeir)
23:50 / 17-04-2015
Tural Turan
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti (1855- 1931)
22:08 / 23-12-2014
Cabir Novruz (1933-2002)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə (1925-2009)
22:05 / 23-12-2014
Süleyman Rüstəm (1906-1989)
22:02 / 23-12-2014