BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əbdülxaliq Cənnəti (1855- 1931)

22:08 / 23-12-2014   /   baxış - 503

 

 

BAYRAĞIMIZ

 

Olsa meydanda əgər şəqqəgüşa bayrağımız,

Düşmənin qəddini etməzmi düta bayrağımız?

 

Çün hilali çəkib ağuşə səadət təcmin,

Məhi-nov tək olub əngüştnüma bayrağımız.

 

Görsə köksündəki ay-yulduzu, göz xirələnir,

Bərqi-lame kimidir çöhrənuma bayrağımız.

 

Donadılmış gül ilə, səbzə ilə, zənbəq ilə,

Sanki gülşəndə tapıb nəşvü nüma bayrağımız.

 

Qibleyi-taəti-ixfvanı-səfadır, əlhəq,

Kəfəni-cismi-şərifi-şühəda bayrağımız.

 

Ta ki türk oğlu ayıqdır, vətəni qoruyacaq,

Yatmayıb, yatmayacaqdır əbəda bayrağımız!

 

Cənnəti, xiteyyi-Azərbaycan cənnətdir,

Sayə salmış ona tuba kimi ta bayrağımız.

                                                           1919.

 


MƏN, HƏR KƏS DEYİLƏM... - Elşən İsmayıl
11:25 / 23-03-2017
SÖYLƏ, ŞAMAN... - Elşən İsmayıl
19:33 / 08-03-2017
Tatarlara səsləniş - Tural Turan
14:18 / 08-03-2017
Elşən İsmayıl : "Xocalıya ağlamaram..."
18:16 / 01-03-2017
Susadım, hay qanı içmək istirəm... - ELŞƏN İSMAYIL
16:54 / 20-02-2017
ULU ÖNDƏR, RƏSULZADƏ - şeir (Elşən İsmayıl)
15:32 / 02-02-2017
Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsi açıldı - FOTO
13:44 / 10-01-2017
OXU TÜRKÜN NƏĞMƏSİNİ - Emrah Azad
12:47 / 30-09-2016
20 yanvar şəhidlərimizə
22:12 / 20-01-2016
Muğamatım
22:11 / 19-01-2016
Məhəmməd Hadi (1879-1920)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay (1885-1956)
01:44 / 26-07-2015
Aytac
23:50 / 17-04-2015
Tural Turan
21:43 / 12-02-2015
Cabir Novruz (1933-2002)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə (1925-2009)
22:05 / 23-12-2014