BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Aytac Əzizova: Həsrət qoydular (şeir)

23:50 / 17-04-2015   /   baxış - 738

Həsrət qoydular

 

Ayrılıq saldılar ürəyimizdə,

Ananı balaya həsrət qoydular.

Torpağı böldülər vətənimizdə,

Güneyi Quzeyə həsrət qoydular.

 

Çarpışdı, vuruşdu babam İsmayıl,

Bunlar bir gerçəkdir, deyildir nağıl.

İstəyirdi Bütöv Azərbaycanı,

Şahı Savalana həsrət qoydular.

 

Vətən həsrətiylə könüllər yandı,

Nədən güneyimi əlimdən aldı.

Həsrətdən güllər də soldu, saraldı,

Bülbülü güllərə həsrət qoydular.

 

Bütöv Azərbaycan görmək istərəm,

Güneyi, quzeyi bütöv istərəm,

Güneyimi azad görmək istərəm,

Məni bu arzuya həsrət qoymayın...!

 

Kaş ki...

Kaş yenə əvvəlki tək,

Ayrılıq olmayaydı,

Güneyimlə Quzeyim

Həsrətdən solmayaydı.

 

Kaş yenə də bu həyat

Üzümüzə güləydi,

İsmayıl  tək  oğullar

Bu  dünyaya  gələydi.

 

Kaş  deməkdən  nə  fayda,

Vətən  param-parçadı.

Tək  diləyim,  tək  arzum

Bütöv Azərbaycandı.

müəllif: Əzizova  Aytac

 

Vətənim

Bir  günəşsən  bulud kəsib önünü,

Qoymur ki, deyəsən ürək sözünü.

Ağlamaqdan kor elədin gözünü

Bəsdir daha ağlama, ey vətənim.

 

Dinləmədən yarı böldülər səni,

Əksik etmədilər qəmi, kədəri

Saldılar üstünə qara kəfəni

Bəsdir daha, qalx ayağa, vətənim.

 

İmkan vermə sındırsınlar qəddini.

Möhkəm ol ki, hamı bilsin həddini

Hamı bilsin vətəninin qədrini

Sən sınmazsan, qüdrətlisən vətənim!!!

 

Əzizova Aytac

313 saylı tam orta məktəbin

IX sinif şagirdi



Tofiq Bayram: Ana dilim (şeir)
23:46 / 21-02-2018
Ələkbər Ələkbərov: Kimdir bu mənim (şeir)
01:26 / 29-08-2017
Tural Turan: Tatarlara səsləniş (şeir)
14:18 / 08-03-2017
Elşən İsmayıl: Ulu öndər Rəsulzadə (şeir)
15:32 / 02-02-2017
Əmrah Azad: Oxu, Türkün nəğməsini (şeir)
12:47 / 30-09-2016
Aytac Əzizova: 20 yanvar şəhidlərimizə (şeir)
22:12 / 20-01-2016
Türkanə Əaədova: Muğamatım (şeir)
22:11 / 19-01-2016
Məhəmməd Hadi: Qarışıq xəyallar (şeir)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay: On beş ili qarşılarkən (şeir)
01:44 / 26-07-2015
Tural Turan: Güney mücahidlərinə (şeir)
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti: Bayrağımız (şeir)
22:08 / 23-12-2014
Cabir Novruz: Sevin Azərbaycanı (şeir)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə: Ana dili (şeir)
22:05 / 23-12-2014
Süleyman Rüstəm: Dilimə dəymə (şeir)
22:02 / 23-12-2014
Rəna Dərbəndli: Ayırma Dərbəndi Azərbaycandan (şeir)
22:01 / 23-12-2014
Fəxrəddin Oruc Qəribsəs: Dəmirqapı Dərbənd (şeir)
21:53 / 23-12-2014