BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ramiz Abdullayev (Şair, dramaturq).

21:47 / 23-12-2014   /   baxış - 448

 


 

Dərbəndim

 

Gördüm məğrur duran, gözəl bir şəhər

Başqa möcüzədir açılan səhər.

Məndə yaşayarkən, sevinc, qəm, qəhər

Daşlar sirlər açır, deyir Dərbəndim.

 

Cümə məscidin var, narın qalan var

Altıncı əsirdən qalıb yadigar.

Tarixdə hücumlar, neçə talan var

Daşlar sirlər açır, deyir Dərbəndim.

 

Gəlmiş hüzuruna neçə ölkələr

Qarşında diz çökmüş, çox sərkərdələr.

Qara buludlardan, olmuş kölgələr

Daşlar sirlər açır, deyir Dərbəndim.

 

Qarşında Xəzər var, arxanda Qafqaz

Səndə gözəl olur yay, payız,qış,yaz.

Đnsanlar qədrini, kaş bilsin bir az,

Daşlar sirlər açır, deyir Dərbəndim.

 

Sən Xəzər qoynunda məskən salmısan

Xəfif ləpələrdən ilham almısan.

Tanrıya hər zaman sadiq qalmısan

Daşlar sirlər açır, deyir Dərbəndim.

 

Mənim ürəyimin, sən parasısan

Dəmir Dərbənd adlı, bir qalasısan.

Azərbaycanımın, bir parçasısan

Daşlar sirlər açır, deyir Dərbəndim.

 

Ulu türk diyarı gülüstan-Vətən,

Sinəndə gizlənib çox dastan-Vətən.

Dağların qoynunda Dağıstan-Vətən

Daşlar sirlər açır, deyir Dərbəndim.

 


Ələkbər Ələkbərov: Kimdir bu mənim (şeir)
01:26 / 29-08-2017
Almas İldırımın iki yeni şeiri tapıldı
22:46 / 27-04-2017
Tatarlara səsləniş - Tural Turan
14:18 / 08-03-2017
ULU ÖNDƏR, RƏSULZADƏ - şeir (Elşən İsmayıl)
15:32 / 02-02-2017
Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsi açıldı - FOTO
13:44 / 10-01-2017
OXU TÜRKÜN NƏĞMƏSİNİ - Emrah Azad
12:47 / 30-09-2016
20 yanvar şəhidlərimizə
22:12 / 20-01-2016
Muğamatım
22:11 / 19-01-2016
Məhəmməd Hadi (1879-1920)
20:31 / 21-10-2015
Midhət Camal Kubtay (1885-1956)
01:44 / 26-07-2015
Aytac: Həsrət qoydular (şeir)
23:50 / 17-04-2015
Tural Turan
21:43 / 12-02-2015
Əbdülxaliq Cənnəti (1855- 1931)
22:08 / 23-12-2014
Cabir Novruz (1933-2002)
22:07 / 23-12-2014
Bəxtiyar Vahabzadə (1925-2009)
22:05 / 23-12-2014
Süleyman Rüstəm (1906-1989)
22:02 / 23-12-2014