BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qacarlar "İran" demək deyil - Faiq Ələkbərli

23:12 / 13-10-2017   /   baxış - 183

"Hələ də, Azərbaycan türkləri arasında (quzeyli-güneyli) hesab edirlər ki, 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində bağlanan müqaviləylə Azərbaycanın tarixi torpaqları Rusiya və "İran" arasında bölüşdürülmüşdür." 

Karabakhmedia.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Ocaqları (BAO) basqanının Türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli öz "Facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə, Pəhləvilər sülaləsi hakimiyyətə gələndən sonra "İran" adı qəbul edilmişdir.

"Bu düşüncə kökündən yanlışdı. Gülüstan (1813, 12 oktyabr) və Türkmənçay (1828, fevral) sülh müqavilələri çar Rusiyası ilə Qacarlar arasında bağlanmışdır. Azərbaycan torpaqları Rusiya və "İran" arasında bölüşdürülməmişdir. Daha dogrusu budur ki, Qacarlar Quzey Azərbaycani Rusiyayla müharibə nəticesində uduzmuşdur. Bunun və digər səbəblərin nəticəsində də 1925-ci ildə Qacarlar dövləti devirilərək İngilltərənin yardımıyla Pəhləvilər hakimiyyətə gətirilmiş, onlar da çox keçmədən "İran" adını (1936) qəbul etmişlər... 
Qacarlar "İran" demək deyil..."