BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya keçiriləcək

02:17 / 02-06-2017   /   baxış - 201

3 iyun 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmlar Qurumunun (TDAQ) təşkilatçılığı ilə Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri mövzusunda növbəti diskussiya keçiriləcək.

Mövzu üzrə məruzəçi Mütləqə İnam Ocağının ruhani başçısı Safruh Atalı olacaq.

Tədbirdə həmçinin digər ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

BAO İnformasiya Xidməti

01.06.2017