BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Məhəmməd Tağı Zehtabi və Türk dünyası” mövzusunda növbəti diskussiya keçiriləcək

21:23 / 11-05-2017   /   baxış - 210

13 may 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmlar Qurumunun (TDAQ) təşkilatçılığı ilə Məhəmməd Tağı Zehtabi və Türk dünyası mövzusunda növbəti diskussiya keçiriləcək.

Mövzu üzrə məruzəçi filologiya üzrə fəlsəfə doktoru, Pərvanə Məmmədli olacaq.

Tədbirdə həmçinin digər ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

BAO İnformasiya Xidməti

10.05.2017