BÜTÖV AZƏRBAYCAN OCAQLARI
FİFA Təbrizin “Traxtur” futbol klubuna transfer qadağası qoyub.

13:24 / 05-02-2017   /   baxış - 86

Qərara əsasən Azərbaycan klubu qış fəslindəkə transfer dövründə heç bir futbolçu keçidini həyata keçirə bilməyəcək.

 

Məlumata görə, “Traxtur” klubunun nümayəndəsi “İstiqlal”ın keçmiş oyunçusu Şəhbazzadəni öz komandasına cəlb etmək üçün Futbol Federasiyasına müraciət ediyi zaman FİFA-nın transfer qadağasından xəbərdar olub.

 

“Təsnim” xəbər agentliyi bildirir ki, son vaxtlarda komandaya cəlb olunan Alişah, Nurullahi və Beygzadənin də “Traxtur” yarışlarında oynayacaqları sual altındadır.

 

“Mehr” xəbər agentliyi klubun avstraliyalı oyunçuya olan borcunu ödəmədiyindən FİFA-nın belə bir qərar aldığını yazıb.

 

Qeyd edək ki, FİFA “Traxtur” klubuna ötən bir neçə mövsümdə Flavio Lopez, Anselmo, Zhao Vila və Eşpetim Arfi kimi oyunçulara gecikən ödənişləri səbəbindən dəfələrlə xəbərdarlıq edib.

 

BAO.AZ