BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya keçiriləcək

22:17 / 20-04-2017   /   baxış - 184

22 aprel 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmlar Qurumunun (TDAQ) təşkilatçılığı ilə Mirzə Bala Məmmədzadə və Türk dünyası mövzusunda növbəti diskussiya keçiriləcək.

Mövzu üzrə məruzəçi tanınmış türkoloq, filologiya elmləri namizədi, dosent Aydın Qasımlı (Mədətoğlu) olacaq.

Tədbirdə həmçinin digər ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

BAO İnformasiya Xidməti

19.04.2017